"Kabalistik Qrupda/Onluqda praktiki iş" Kursu- Dərs № 24: "Xanuka: Tarixi döyüşdən daxili ruhani qələbəyə"

"Kabalistik Qrupda/Onluqda praktiki iş" Kursu- Dərs № 24: "Xanuka: Tarixi döyüşdən daxili ruhani qələbəyə"

Dərs məzmunu
Materiallar

"Kabalistik Qrupda/Onluqda praktiki iş" Kursu- Dərs № 24:

"Xanuka: Tarixi döyüşdən daxili ruhani qələbəyə"

Kabalistlərin əsərlərindən seçilmiş parçalar


  1. Rav Eliyahu Ki Tov, İrsimiz kitabı, “Yunanlar”
    “Əvvəlcə yunanlar xalqın ürəyini öz elmlərinə müharibəsiz, yalnız hiylələrlə cəlb etməyi düşündülər. Nə etdilər? Xalqın içindən ruhca möhkəm olmayanların ürəklərini, onlara ölkədə və Məbəddə hakimiyyət verərək satın aldılar və idarəçilər və nazirlər, baş kahin və administrasiya, tayfaların ağsaqqalları və keşikçilər təyin etdilər. Onların hamısı «Ellinistlər» adlanan bir kasta halında birləşdi, yəni krallıqda yunanlar özləri hökm sürmürdülər, ellinistlər isə istək üzrə hökm sürürdülər. Və onlar çıxıb xalq arasında yunan elmini  yayır və genişləndirirdilər. Xalqı qızışdırır, Yaradanın xidmətini tərk etməyə, yunan həyat tərzini mənimsəməyə çağırırdılar. Dəb-dəbəli ballar, xalq rəqsləri təşkil edir, yunan allahları ilə postamentlər qurur, öz mədəniyyətlərini gətirir, bütün həyatı sərxoşluğa və bayrama çevirir, öz dəbdəbələri, alovlu həzzləri ilə valeh edirdilər”.


     

  2. Rabaş. Məqalə 9 (1986) "Xanuka şamı haqqında"
    “Xanuka […] – yaradılışın islahı üzrə işdir, məqsədi verici kelim əldə etməkdir ki, onlarla sonra yaradılışın məqsədinə gəlmək mümkün olsun. Bunu «ruhani» sözü ilə adlandırmaq olar, çünki o, özü üçün heç bir hərəkət etmək istəmir, yalnız [istəyir ki] hər şeyi Yaradan üçün etsin”.


     

  3. Rabaş. Məktub 68
    “Ümumiyyətlə, möcüzə nədir? [...] Təbiət çərçivəsində olan möcüzə sayılmır, təbiətin üstündə olan isə möcüzə adlanır. Təbiət – insanın özü edə biləcəyi şeydir. Və bu, təbii adlanır. Halbuki əgər insanın bunu etməyə imkanı yoxdursa, bu artıq təbiətin üstündə adlanır”.


     

  4. Rabaş. Məktub 68
    “Xanuka ruhani möcüzə idi, ruhaniyyətdə isə «nə» deyə soruşmaq lazımdır, yoxsa möcüzə hiss olunmur. Ona görə onlar soruşdular: «Xanuka nədir?» Hər kəsin ruhani möcüzə haqqında soruşması üçün. Yəni, əvvəlcə o, ruhani sürgünün nə olduğunu bilsin, sonra ruhani qurtuluşa layiq ola bilər. Və buna görədə  bunu ictimai şəkildə yaymaq lazımdır ki, hər kəsdə maraq oyansın, yoxsa nə sürgünü, nə də qurtuluşu hiss etmək olmaz”.


     

  5. Rabaş, məqalə 7 (1987) "Xanuka möcüzəsi"
    “…Yunanların prinsipi ondan ibarətdir ki, yalnız ağılın daxilində getmək lazımdır, həm moxa -‘baş’da, həm də liba- ‘ürək’də. Və öz-özünə aydındır ki, İsrail xalqı bilikdən yuxarı getmək istəyəndə, xarici ağılın tələb etdiyinə baxmayaraq, bunu edə bilmirdi.

Və bu, yunanlarla müharibə adlanır və məhz burada həqiqi iş başlayır; o iş ki, İsrail xalqı getdikcə daha çox Yaradanla birləşməyə aparan yola qalxmaq istəyir. Və bu yol «bilikdən yuxarı inam» adlanır. Yunanlar isə bədəni, ağlın razılığı olmadan heç nədə güzəştə getmədən, idarə etmək istəyirlər”.


  1. Rabaş. Məqalə 12 (1991) "Bu şamlar müqəddəsdir"
    “Biz ( «Qayam, xilasımin dayağı»mahnısında) deyirik: “Yunanlar Xaşmoneylər günlərində bizə hücum etdilər və qülləmin divarını deşdilər”. Və “yunanlar” – bilik daxilində gedənlərdir. Yəni, onların biliyə qarşı nə isə etməyə imkanı yoxdur. Və onda yunanların hakimiyyəti vardı, yəni bu hakimiyyət İsrail xalqının üzərində hökm sürürdü. Və bu hakimiyyət, yunanların zalım səltənəti adlanan, xalqı “Sənin Tövratını unutdurmağa və Sənin qanunlarından uzaqlaşdırmağa” məcbur etməkdədir, yəni hakimiyyət məhz bilik daxilində getməkdır ki,  bu da, qülləni qoruyan divarın deşilməsinə gətirib çıxarır”.


     

  2. Rabaş. 897. "Xanuka nədir"
    «Yunanlar» – yəni fəlsəfə, hər şeyi xarici ağıl ilə anlamaq istəyənlərdir. «O zaman, Xaşmoneylər günlərində» – yəni məhz Xaşmoneylər olduqda, yəni Yaradanın işçiləri olduqda, görünür ki, yunanların hakimiyyəti var”.


     

  3. Rabaş. 897. "Xanuka nədir"
    “«Divarlar» ‘xomot’ sözü «sərhəd» ‘txum’ sözü ilə eyni hərflərdən ibarətdir (Ari-nin əsərlərində izah olunur), yəni insan öz fikrinə sərhəd qoyur ki, işi xarici ağıl ilə deyil, inamla anlamaq istəsin, və inam – xaricilərə qarşı duran divardır.

«Mənim sarayım» – yəni bütün nemətlərlə dolu saray”.


  1. Rabaş. 895. "Xanuka ilə bağlı"
    «Və mənim sarayımın divarlarını deşdilər». «Divarlar»ın mənası – o, qoruyucudur ki, yad kəs sarayın içinə girməsin. «Saray»ın mənası isə – müqəddəslikdir, «bütün nemətlərlə dolu saray» adlanır. Halbuki Sitra Axrada boşluqdan başqa heç nə yoxdur. Divar «müqəddəsliklə Sitra Axra arasında sahə və iz» adlanır və bu, inamdır. Və sahə adlanır, yəni fikrin və xarici ağılın sərhədi, və bu «müqəddəs ittifaq əlamətinin izi» adlanır”.