"Qrupda/onluqda" iş kursu - dərs № 19. "Onluqda qərarların qəbulu"
Mövzu: "Onluqda qərarların qəbulu"
İlkin mənbələrdən seçilmiş parçalar
Raşinin Xulin traktatına 5:1 şərhi haqqında
"Dostluq və məhəbbətlə, birlikdə, bir-birinə şübhə etməməklə , bir-birini görüb eşitmək üçün Sinedrion kimi oturmuşdular və düzgün qərar çıxana qədər bir-birləri ilə müzakirə edirdilər".
2. Likutey Etsot (Məsləhətlər toplusu). "Sülh"
"Dünyanın əsas məğzi iki ziddiyyətin birləşməsidir, buna görə də başqa bir insanın fikrinin tamamilə sənin fikrinə zidd olduğunu gördüyündə və onunla barışmanın tamamilə mümkün olmadığını düşündüyündə, qorxma. İki tamamilə bir-birinə zidd insan gördüyündə, aralarında sülhün qurulmasının mümkün olmadığını demə, çünki dünyanın bütün kamilliyi məhz budur – iki ziddiyyəti barışdırmağa cəhd etmək."
3. Rabaş Məktub 42
"Əgər biz hər kəsin öz ehtiyaclarına qayğı göstərdiyini söyləsək, belə çıxır ki, "bir insan kimi" ola bilməzlər, çünki "onlar bir-birinə bənzəmirlər". Halbuki, əgər hər kəs öz hakimiyyətini ləğv edərsə və hamı yalnız Yaradanın faydasına qayğı göstərərsə – o zaman onların şəxsi fikirləri artıq mövcud olmaz, çünki bütün fərdi olan ləğv olunub və onların hamısı Vahid olanın hakimiyyəti altına keçmiş olur".
5. Rabaş. Məqalə 36 (1991) "Ruhani işdə "sülh, uzaqdakı və yaxınlıqdakı üçün sülh" nə deməkdir"
"Ziddiyyət - zəruri bir şeydir. Bu o deməkdir ki, əgər məxluqlar ziddiyyətin mahiyyətini başa düşmürlərsə, onlar heç vaxt məxluqlarına [Yaradan tərəfindən] xeyir verməkdən ibarət olan yaradılış məqsədinə çata bilməzlər. Çünki nəyin çatışmazlıq olduğunu bilmədən nəyisə düzəltmək mümkün deyil. Buna görə də, istəklər arasında mövcud olan ziddiyyətin nədən ibarət olduğunu biləndə, artıq onlar arasında sülh əldə edə bilərlər."
7. "Zoar kitabı", Tikuney Zoar: «Bu, Yaradan naminə olan bir mübahisədir - sonda dayanacaq və hər iki tərəfə sülh və birlik gətirəcək bir mübahisədir. Amma Korax və onun icmasının Haruna qarşı mübahisəsi kimi parçalanma mübahisəsi deyil».
8. "Zoar Kitabı". Axarey Mot. Məqalə "Necə də gözəl və necə də xoşdur", s. 65-66
"Necə də gözəl və necə də xoşdur qardaşların birlikdə oturması" - bu, yoldaşların bir-birindən ayrılmadan birlikdə oturduqları zamandır. Əvvəlcə onlar bir-biri ilə döyüşən, bir-birini öldürmək istəyən insanlar kimi görünürlər. Sonra isə qardaş sevgisinə qayıdırlar. Və Yaradan onlar haqda nə deyir: "Necə də gözəl və necə də xoşdur qardaşların birlikdə oturması". "Birlikdə" onların Şxina ilə birlikdə olmasını nəzərdə tutur. Amma bu da azdır, Yaradan onların danışığını eşidir, bu Ona xoş gəlir və O sevinir. Bu, deyilənin mənasıdır: "Onda Yaradandan qorxanlar bir-biri ilə danışdılar; və Yaradan diqqət etdi, dinlədi, və Onun önündə bir xatirə kitabı yazıldı"".