<- Kabala Kitabxanası
Oxumağa Davam Et ->

Dərsin mövzuları:

- İstək və niyyət;

- almaq  üçün niyyət və vermək üçün niyyət;

- özünü və ətrafdakı dünyanı qavramaq;

- vermək nədir?


 

Nəyi nəzərdə tutursunuz?

İşıq sürəti ilə plutonium atomuna doğru hərəkət edən kiçik bir hissəcik, onunla toqquşur və atomun nüvəsini parçalayaraq ondan böyük bir enerji çıxarır. Bu, partlayışdır.  Atom partlayışı.

Bu nəhəng enerjini – atom enerjisini – insanları məhv etmək kimi zalım məqsədlə istifadə etmək olar, necə ki, İkinci Dünya müharibəsinin sonunda baş verdi. Yaxud da, əksinə, insanlıq üçün fayda əldə etmək olar – onu tibbi məqsədlər və elmi tədqiqatlar üçün istifadə edərək. Atomun nüvəsini parçalayaraq öldürmək üçün də istifadə etmək olar, xəstəni müalicə etmək üçün də – hər şey niyyətdən asılıdır!

Əziz dostlar, əsas məsələ niyyətdədir! Kəmərlərinizi bağlayın. Kainatın dərinliklərinə dalmağın vaxtıdır – burada gizli, abstrakt və ən güclü qüvvələr fəaliyyət göstərir! Niyyətlər dünyasına xoş gəlmisiniz!

Bizim dünyamızda həyat bizə öyrədir ki, nə qədər güvvə abstrakt olsa, o qədər də güclüdür. Məsələn, böyük bir ağacın fidanını göturək: onun hansısa hadisəyə zərər yetirmək və ya əksinə, əhəmiyyətli fayda gətirmək imkanı varmı? Əlbəttə ki, yox. Amma onun təsir güvvəsini gözlə görünməyən uran atomunun kiçik nüvəsi ilə müqayisə etsək necə? Atomun dağıdıcı güvvəsi və ya ağıllı istifadəsindən əldə edilən fayda,ağacın bizim üçün görünən və toxuna biləcəyimiz güvvəsi ilə müqayisə edilə bilməz. İndi isə təsəvvür edin ki, atomda hərəkət edənlərdən daha abstrakt qüvvələrdə – yəni bizim fikirlərimizdə və niyyətlərimizdə nə qədər enerji cəmləşmişdir!

Beləliklə: “Kəmərlərinizi bağlayın!”, partlayışa hazır olun... Kabala elminin niyyət tərifini anlamaq üçün əvvəlcə kainatın əsas anlayışını – almaq  istəyini dəqiqləşdirək. Bütün kurs boyu, bizim təbiətimizin nə olduğunu, bizi Yaradanın qarşısına alan məşhur almaq  istəyimizi müzakirə edəcəyik. Almaq  istəyi yalnız almaq  istəyir, Yaradan isə yalnız vermək istəyir – bu ziddiyyət Yaradanı tanımağımıza mane olur.  

Kabalistlər yazırlar ki, Yaradanın gizli və ya aşkar olmasını yalnız ona nə qədər oxşadığımıza görə dəyərləndirə bilərik. Məxluqat nə qədər çox verirsə, Yaradan o qədər çox açılır. Əksinə, məxluqat nə qədər almaq  qüvvəsinin təsiri altındadırsa, Yaradan ondan bir o qədər gizlənir. Bütün deyilənlərdən belə nəticə çıxır ki, biz almaq  istəyimizi düzəltməliyik.

Belə çıxır ki, əgər biz almaq  istəyimizi vermək üçün dəyişdirsək, bizə ruhani dünya və kainatdakı bütün nemətlər açılacaq. Lakin problemin mənbəyi almaq  istəyinin özü deyil və onu düzəltmək lazım deyil. Almaq  istəyi – kainatın materialıdır. Düzəldilməsi lazım olan istək deyil, bu əsas istəyimizdən necə istifadə etməyimizdir. Yuxarıdakı nümunədə olduğu kimi: radioaktiv material yalnız materialdır və bundan artıq bir şey deyil, lakin onu həm insanların müalicəsi, həm də onların məhv edilməsi üçün istifadə etmək olar. Kabala elmində “islah” dedikdə, almaq  istəyindan istifadə üsulunun dəyişdirilməsi nəzərdə tutulur.

Almaq  istəyindan necə istifadə etdiyimizə “niyyət” deyilir. Kabala elminə görə, almaq  istəyini iki əks məqsədlə istifadə etmək olar:

- öz xeyrimiz üçün;

- başqalarının xeyri üçün.

 

Almaq  istəyini öz xeyrimiz üçün istifadə etməyə “almaq  niyyəti ilə almaq ” deyilir. Almaq  istəyini başqalarının xeyri üçün istifadə etməyə “vermək niyyəti ilə almaq ” deyilir. Şəxsi mənfəət üçün almaq  niyyəti ruhani dünyanı bizdən gizlədir. Onu hiss etmək üçün niyyəti almaqdan verməyə çevirmək lazımdır. vermək niyyəti ilə hərəkət etmək şəxsi mənfəət düşüncəsindən əməl etmək deməkdir. Yaradan kimi tam verici olmaq – bu, vermək əməlidir.

Həqiqət budur ki, biz dünyamızda olduğumuz müddətdə, istisnasız bütün hərəkətlərimizdə müəyyən dərəcədə şəxsi mənfəət var. Hətta öz uşağını bəsləyən ana belə bunu öz zövqü üçün edir.  

Ba'al Sulam “Tövratın bəxş edilməsi” əsərində yazır: “İnsan başqası üçün nə edirsə etsin, o, əvəzində mükafat alacağını bilə-bilə bunu edir... Amma başqasına sevgi naminə, heç bir mükafat ümid etmədən hərəkət etmək – bu, insan təbiətinə ziddir.”

Bizim dünyamızda niyyətlə verməyi təcəssüm etdirən bir misal yoxdur. Bu dünyadakı bütün insanlar almaq  niyyəti ilə hərəkət edirlər. Vermək niyyətinin nə olduğunu başa düşmək üçün kabala elmini öyrənmək və bu niyyəti özümüzdə dərk etmək, almaq  istəyini özümüz üçün deyil, başqaları üçün istifadə etməyi öyrənmək lazımdır. Biz buna nail olana qədər, vermək niyyətinin nə olduğunu anlaya bilməyəcəyik.

 

(Ba'al Sulam. “Tövratın bəxş edilməsi”, bənd 13.)

Nəticə olaraq yekunlaşdırsaq:- almaq  istəyi özü-özlüyündə nöqsan deyil, lakin onu öz xeyri üçün istifadə etmək niyyəti islah edilməlidir . Kabalistlər yazanda ki, almaq  istəyi islah edilməlidir, onlar sadəcə olaraq fikirlərini qısaca ifadə edirlər. Kainatın digər hər hansı bir materialı kimi, almaq  istəyi nə pis, nə də yaxşı ola bilər. Yaxşılıq və pislikdən danışanda, biz yalnız insanın almaq  istəyindən necə istifadə etdiyini, yəni hansı niyyətlə hərəkət etdiyini mühakimə edə bilərik. Məlum olub ki, ruhaniyyətı (həmçinin hər hansı digər xüsusiyyəti) almaq  istəyində dərk edirik, lakin vermək niyyəti ilə. Əvvəlki dərsdə biz müəyyənləşdirdik ki, heç bir hadisə abstrakt şəkildə qəbul edilə bilməz, yalnız almaq  istəyi prizmasından qəbul edilə bilər. Hətta Yaradanı (Ruhaniyyətı) biz almaq  İstəyində qəbul edirik, lakin yalnız islah edilmiş istək ilə, vermək niyyəti ilə.

Əgər özünüzdən soruşursunuzsa, bütün bunlar reallığın qavranılması ilə necə bağlıdır, onda cavab belədir: almaq  üçün almaq  niyyəti – bizim dünyamızda almaq  istəyinin işlədiyi proqramdır. Bu proqram ruhani reallığı bizdən gizlədir. Ruhani reallığı dərk etmək üçün biz niyyəti düzəltməliyik: almaq  niyyətini vermək niyyəti ilə əvəz etməliyik. Bizim dünyamızın reallığının qavranılmasından ruhani dünyanın qavranılmasına keçidin şərti niyyətin islah edilməsidir.

Kabala elmi gizli olanın elmi adlanır, çünki o, insanın daxili qatlarına toxunur, yalnız ona açıq olan və başqalarından gizli olana: onun düşüncələri, istəklərı və niyyətlərinə. Biz öz “mən”imizin daxili quruluşunu araşdırmalıyıq. Bizim istək və niyyətlərimizdə bizim güvvələrimizin tətbiq nöqtələri var. Elə orada ruhani dünya bizə açılacaq. Xarici heç bir hərəkət bizə ruhaniyyətı açmaq güvvəsinə malik deyil, əgər bu hərəkətin düzgün niyyəti olan vermək niyyəti yoxdursa. Bizim etməli olduğumuz dəyişikliklər daxili dəyişikliklərdir: xüsusiyyətlərimizin və niyyətlərimizin dəyişdirilməsi.

 

Özünüzü yoxlayın:

 Amaq  üçün niyyət və vermək üçün niyyət nədir?


Zahiri dünya

Dünya – genişdir. Məsələn, ABŞ-da hər şey böyükdür: nəhəng məkanlar, göydələnlər, qeyri-məhdud imkanlar...

Bu böyüklüyə əsaslanan axtarışda nəsə təsirli bir şey var. Hər nə olsa da, Amerikanın böyüklüyü dəliliyi hər birimizin qəlbinə toxunur. Bu, insanlığın heç vaxt bitməyən, mənasız daha yaxşı bir şey istəyinin başqa bir nümunəsidir. Manxettenin köhnə sakinləri deyirlər ki, “sənin göydələnin nə qədər hündür olsa da, o heç vaxt kifayət qədər hündür olmayacaq.”

Kabala elmi baxımından, daha çoxunu arzulamaq tamamilə təbiidir. Əslində, bundan daha təbii bir şey yoxdur. Yaradan (təbiət) bizi belə yaratdı ki, biz kainatdakı bütün nemətlərdən həzz alaq. Lakin hər şeyi almaq  əvəzinə, biz mümkün olanın yalnız kiçik bir hissəsini alırıq. Kainatın geniş və tam mənzərəsi əvəzinə, bizə onun məhdud və çox dar bir fraqmenti açılır. Düşünmək qorxuludur: hətta bir an sonra bizim başımıza nə gələcəyini bilmirik!

Təəccüblü deyil ki, hər birimiz daha çox şeyə ehtiyac duyduğumuzu hiss edirik. Təəccüblü deyil ki, bütün tariximiz boyunca biz reallığımızı daha dərindən başa düşmək üçün gizli mozaikanın yeni fraqmentlərini açmağa çalışırıq. Biz daha dərin idrak etməyə can atırıq, lakin bunun üçün adi hiss üzvlərimizdən istifadə edirik – və bu bizi çıxılmaz vəziyyətə gətirir.

Nə qədər ki, biz reallığımızın mənzərəsini genişləndiririk, o, nəticədə çox məhdud qalır.Niyə? Çünki reallıq qavrayışımızın mexanizmi olan eqoist niyyət – almaq  niyyəti ilə idarə olunur.Biz daim özümüzə diqqət yetiririk, hər addımımızdan nə fayda götürə biləcəyimizə, buna görə də reallıq qavrayışımız öz sərhədlərimizə qədər sıxışdırılıb. Bizim istəyimiz və yaddaşımız almaq  niyyəti ilə işlədiyi üçün biz, ayrılmış hüceyrələr kimi, məhdud, dar və sıxışdırılmış maddi dünya mənzərəsini qəbul edirik.

Bütün nəhəng ruhani reallığı hiss etmək üçün biz əlavə hiss üzvü inkişaf etdirməliyik. Biz eqoist “şəxsi mənfəət” motivlərindən çıxmalı və başqalarının istəklərınə qoşulmalıyıq.

 

 

sxem 1.7


 

Amma məsələ ondadır ki, “başqalarının istəklərinə qoşulmaq” elə də asan deyil. Bunun üçün biz başqalarının istəklərını sanki öz istəklərımız kimi hiss etməyi bacarmalıyıq. Bunu həyata keçirməyin yeganə yolu – niyyəti dəyişməkdir. Əslində, niyyət istəyi “idarə edir”, ona rəhbərlik edir. Eqoist, özünə yönəlmiş niyyəti vermək niyyəti ilə əvəz etmək lazımdır.

Yalnız vermək niyyəti ilə başqalarının istəklərını hiss etmək olar. Yalnız yoldaşların istəklərı ilə birləşdikdə biz həqiqi reallığın mənzərəsini aça biləcəyik.

Kabala elminə görə, "Yaxınını özün kimi sev" şüarı insan tərəfindən icad edilmiş, bizdən başqalarına hörmət etməyi tələb edən əxlaqi kodeks deyil, ruhani reallığı açmaq üçün riayət etməli olduğumuz təbiət qanunudur.

Yaradan kainatı tək bir orqanizm kimi idarə edir, onun bütün hissələri bir-biri ilə sevgi bağı ilə əlaqəlidir. Biz də “Yaxınını özün kimi sev” qanununa uyğun olaraq bir-birimizlə birləşməliyik. Almaq  niyyətini vermək niyyəti ilə əvəz etmək başqalarına olan münasibətimizin düzəldilməsidir. Başqasını öz xeyrimiz üçün istifadə edəcəyimiz bir obyekt kimi deyil, özümüzün bir hissəsi kimi qavramaq lazımdır.

Dediyimiz kimi, yaxınımıza münasibətin düzəldilməsi ruhani dünyanın dərk edilməsinin şərtidir. Bu baxımdan bizə verilmiş reallıq formalarının dərin mənasını başa düşmək olar. Mənim “mən”imlə məndən kənarda olanları ayıran bu mənzərə bizə Yaradan kimi olmaq üçün birləşmək üzərində işləməyə məcbur edir.

Əgər biz yalnız “mən”in mövcud olduğu reallığı dərk etmək üçün yaradılmış olsaydıq, düzəldilməyə ehtiyac olmazdı. Əgər biz artıq vahid istəkdə birləşdiyimiz bir reallığı dərk etmək üçün yaradılmış olsaydıq, niyyəti dəyişdirmək üçün müstəqil istəyimiz olmazdı.

Buna görə də həqiqi reallığı, həqiqi dünyanı dərk etmək üçün biz özümüzdən “kənara çıxmalı” və həqiqətən mövcud olanı öyrənməyə başlamalıyıq. Onda biz anlayacağıq ki, reallıq insan bədənindən, onun hiss üzvlərindən, onun daxili eqoist istəyindən və ya yaddaşından asılı deyil. Həyat yalnız ondan asılıdır ki, insan özünü başqalarına hansı dərəcədə bağlayır, özünü xaricindəki istəklərlə birləşdirir.

Ba'al Sulam öz tələbələrinə ünvanladığı məktublarından birində yazır: “Yaradan tərəfindən mübarək edilmiş sahəyə çıxıb ruhunun qopmuş bütün qığılcımlarını toplayıb onları vahid bir bədəndə birləşdirdiyin zaman, sənin heç nəyin əskik olmayacaq. Və bu vahid bədəndə Yaradanın ruhu daima və fasiləsiz mövcud olacaq. Böyük ağıl mənbəyi və ali nur çayları tükənməz bulaq kimi olacaq.”

 

-Özünüzü yoxlayın:

- Başqalarının istəklərı ilə ruhani reallığın dərk edilməsi arasında hansı əlaqə var?


Saleh olmaq

“Kaş ki, bütün insanlığı bir yerə yığa biləydim ki, hamını qucaqlaya bilim.” Rav Kukun bu isti və müdrik sözləri, böyük kabalistin müstəsna müdrikliyinin kiçik bir parçası olaraq, qarşıda keçəcəyimiz islah prosesini ümumiləşdirir.

Nəticə etibarilə, hər birimiz vermək niyyətinə sahib olmalıyıq. Başqa insanların istəklərını öz istəklərımız kimi hiss etməliyik və bütün insanlığı vahid bir orqanizm halına gətirməliyik. Və o vahid bədəndə, vahid Yaradan açılacaq.

Amma bizim bu çılğın, eqoist dünyamızda belə bir birliyə yaxınlaşmağın mümkün olduğunu təsəvvür etmək, bu bir tərəfə qalsın, real olaraq bu birliyə nail olmaq belə çətindir. Üstəlik, hər keçən dəqiqə ilə inkişaf qatarımızın əks istiqamətə getdiyi görünür. XXI əsrin Homo Sapiens-i dəli bir inadkarlıqla yalnız özü ilə məşğuldur. Tayvandan olan bir qadın həddini aşmış kimi görünür: o, gəlinlik paltarı alıb, bir məclis salonu kirayə edib və... özünə ərə gedib. İnanılmazdır, amma faktdır.

 

Siz, əlbəttə, qaşqabağınızı sallayırsınız: “Bu nə ümumiləşdirmədir?! Qara eynəkləri çəhrayı eynəklərə dəyişmək və hər kəsin özünə qapılmadığını görmək lazımdır. Əslində, hələ də zəiflərə qayğı göstərən və xəstələrə təmənnasız yardım edən insanlar var, başqalarının rifahı üçün narahat olanlar var. Biz də dəfələrlə pul bağışlamışıq, şəxsi vaxtımızı sərf etmişik. Qısası, könüllülük ruhu dünyamızdan hələ də tam yox olmayıb!”.

Bu cür ifadələr kabala elminin baxışını təsdiq edir. Kabala elminə görə, bizim dünyamızda şəxsi mənfəət güdməyən heç bir insan yoxdur. Dünyanın bütün sakinlərində daxili bir proqram var ki, bu da bizi şəxsi mənfəət baxımından hərəkət etməyə məcbur edir. Bəzən bu və ya digər hərəkətin həqiqi motivini müəyyən etmək çətin olur, lakin hətta bu hallarda da stimul dəyişməz olaraq qalır – şəxsi maraq.

Məsələn, ehtiyacı olanlara anonim şəkildə ianə edən insan, bir gün özü və ya ailəsindən kimsə bu vəziyyətə düşə biləcəyini düşünə bilər. Səxavət göstərərək, o, özünü təsəlli edir ki, əgər Allah göstərməsin, çətin vəziyyətə düşsə, kiminsə ona kömək edəcəyi tapılacaq. Hələ bununla yanaşı, etdiyi nəcib hərəkətə görə qürur hissindən danışsaq – bu da almaq  istəyini dolduran bir növ mükafatdır.

Bizim dünyada vermək adı altında maskalanan hər hansı bir hərəkət qazanc hesabı ilə idarə olunur – mən bundan nə qazanacağam. Bu baxımdan (və yalnız bu nümunə də deyil), kabalistlər aydın bir formula verir: ya sən almaq  niyyəti ilə işləyirsən, ya da vermək niyyəti ilə. Bizim reallığımızda, bu dünyada hamı almaq  niyyəti ilə işləyir.

Niyyət – hər hansı bir hərəkətin ən vacib tərkib hissəsidir. Biz hansı hərəkəti edirik, önəmi yoxdur: sülh üçün dua edirik, delfinlərin məhv olmaqdan xilas edilməsi üçün çalışırıq, qaçqınların hüquqlarını qoruyuruq... Əgər bu hərəkətin arxasında "Mən bundan nə qazanacağam" niyyəti dayanırsa, o, vermək hərəkəti kimi qiymətləndirilə bilməz. Kabala elmi belə bir xarakterdən danışmır.

Biz niyyəti islah edirik: başqalarına qarşı daxili, dərin münasibətimizi. Şəxsi mənfəət motivasiyasını bir kənara qoymaq və ümumi rifah üçün yaşamağı öyrənmək lazımdır: başqalarının istəklərını öz istəklərımız kimi hiss edəcəyimiz vəziyyətə gəlmək lazımdır. Kabala elmində məhz buna vermək deyilir. Bu hikməti dərk edənlərə ruhani dünya açılacaq. Bu, o qədər də sadə islah deyil: axı biz təbiətimizi dəyişdirməliyik. Məlum məsələdir ki, bunu öz güvvəsimizlə edə bilmərik. Burada köməyə kabala elmi gəlir.

Buradan kabala elmi ilə müxtəlif təlimlər arasındakı fərqi başa düşmək olar. Bütün dünya tarixi boyu bir çox filosoflar eqonu bütün bəlaların mənbəyi kimi göstəriblər. Kabalist olmaq lazım deyil ki, başa düşəsən: əgər eqoizmdən düzgün istifadə etməyi bacarsaq, həyatımız daha yaxşı olacaq. Lakin kabala elminin əksinə olaraq, müxtəlif ruhani təlimlər birbaşa eqoya təsir etməyi təklif edirlər: onu azaltmaq, “bankaya bağlamaq” və ona özünü göstərməyə imkan verməmək.

Lakin “eqo” insandakı ən güvvətli xüsusiyyətdir. Onu bağlamaq üçün heç bir banka yoxdur və ona nəzarət edə biləcək heç bir sistem mövcud deyil. Yaradılışın planına görə, eqo böyüməlidir və o, həqiqətən də böyüyür. Bəlkə də, eqoizmi cilovlamaq və etik normalarımızın güvvətsizliyini göstərən ən əhəmiyyətli nümunə təhsil və tərbiyə sistemidir. Uzun illər uşaqlar düzgün davranışa məcbur edildi, amma ziddiyyətlər qaynayan lava kimi qızışdı. İndi vulkan partlayıb – tərbiyə sistemi çökür.

Kabala elminə görə, eqoizmi birbaşa basdırmağın heç bir mənası yoxdur. Kabalistlər deyirlər ki, eqoizmi azaltmaq və ya məhdudlaşdırmağa cəhd etmək əvəzinə, ondan düzgün istifadə etməyi öyrənmək lazımdır. Yəni, eqoizmi başqa bir niyyətlə – vermək niyyəti ilə istifadə etmək lazımdır.

Yalnız vermək niyyəti ilə biz başqalarının istəklərını özümüzə qoşa, hiss üzvlərimizi genişləndirə və ruhani reallığı dərk edə bilərik.

 

-Özünü yoxla:

- Kabala elmində vermək nədir, necə müəyyən edilir?


 

-Dərsin yekunları. Qısa nəticələr-

 

- almaq  istəyi mahiyyət etibarı ilə nə pis, nə də yaxşıdır: bu, yaradılışın materialıdır. Yaxşılıq və pislik yalnız almaq  İstəyindən necə istifadə etdiyimizlə ölçülür: öz xeyrimiz üçün, yoxsa başqalarının xeyri üçün.

 

- almaq  İstəyindən şəxsi mənfəət üçün istifadə etməyə “almaq  niyyəti” deyilir. Amaq  istəyindən başqalarının xeyri üçün istifadə etməyə isə “vermək niyyəti” deyilir.

 

- Bizim dünyamızda hər bir insan almaq  niyyəti ilə hərəkət edir. Almaq  niyyətində dəyişikliyə nail olmaq üçün kabala elmini öyrənməliyik.

 

- Yaxınımıza olan münasibətimizi almaq  niyyətindən vermək niyyətinə dəyişməklə, biz başqalarının istəklərını özümüzə birləşdirir, hiss üzvlərimizi genişləndirir və ruhani reallığı düzəldilmiş qabda qəbul edirik.

 

- Kabala elmi ilə müxtəlif ruhani təlimlər arasındakı fərq ondadır ki, kabala elmində İstək basdırılmır, niyyət düzəldilir.


 

-Terminlər-

 

- Niyyət (ivritcə, kavanah) – almaq  İstəyindən istifadənin istiqaməti (üsulu).

- almaq  niyyəti – almaq  istəyinin öz xeyri üçün istifadəsi.

- vermək niyyəti – almaq  istəyinin başqaları üçün istifadəsi.

- islah (ivritcə, tikkun) – almaq  niyyətini başqalarının xeyri üçün vermək niyyətinə dəyişmək.

- vermək (ivritcə, aşpaa) – başqasının istəklərını öz istəklərımız kimi hiss etdiyimiz hal.


 

-Suallara cavablar-

 

- Sual: almaq  niyyəti nədir və vermək niyyəti nədir?

- Cavab: almaq  niyyəti – almaq  istəyinin öz xeyri üçün istifadəsidir; vermək niyyəti – almaq  istəyinin başqalarının xeyri üçün istifadəsidir.

- Sual: Başqalarının istəklərı ilə ruhani reallığın dərk edilməsi arasında hansı əlaqə var?

- Cavab: ruhani reallığı hiss etmək üçün biz əlavə hiss üzvlərini inkişaf etdirməliyik. Eqoist “şəxsi mənfəət” motivindən imtina etmək və başqalarının istəklərinə qoşulmaq lazımdır.

- Sual: Kabala elmində vermək nədir, necə müəyyən edir?

- Cavab: Başqalarının istəklərını öz istəklərımız kimi hiss etdiyimiz vəziyyətdir.


 

-Dərs kursunun məntiqi ardıcıllığı.-

- Kabala elmi – bu dünyada məxluqlara Yaradanı açan bir metodikadır.

- Yaradanı açmaq üçün biz niyyəti almaq dan vermək istiqamətində dəyişməliyik.

- Növbəti hissədə biz niyyəti necə dəyişdirməyi öyrənəcəyik.


1 Baal Sulam. «Tövratın bəxş edilməsi», bənd 13.

2 Baal Sulam. «Müdrikliyin Bəhrələri. Məktublar», məktub 4.