Dərsin mövzuları:
- kabala elminin tərifi;
- kabala haqqında yanlış təsəvvürlər;
- kabalanın Yaradanı necə müəyyən etdiyini öyrənmək;
- kabala elminin öyrənilməsinin bizə nə aidiyyəti var?
Gizlilikdən aşkarlığa
Kabala elminin nə olduğunu izah etməzdən əvvəl, onun tarixinə qısa bir ekskursiya edək.
Kabala elmi bir neçə min il əvvəl yaranıb. İlk dəfə bu elmi aşkar edən şəxs Adam Rişon idi — mifoloji və ya nağıl qəhrəmanı deyil, bizim kimi adi bir insan, təxminən 5774 il əvvəl yaşamışdır. O, kabala elmini ilk dəfə aşkar etdiyinə görə "Birinci İnsan" (ivritcə Adam Rişon; Adam — insan, "adame" — "Yaradana bənzəyəcəm") adlandırılıb.
Növbəti əhəmiyyətli şəxsiyyət isə atalarımızın atası İbrahimdir. İbrahimin unikallığı ondadır ki, o, kabala elmini öyrənmək üçün bir metodika hazırladı. İbrahim ətrafına bir qrup insan topladı və onlar bu metodikanı ondan öyrəndilər. Daha sonra İbrahimin davamçılarından İsrail xalqı (ivritcə İsrail — "Yaşar El", yəni "düz Yaradan") yarandı.
Kabala elmi İsrail xalqı arasında getdikcə daha populyarlaşdı və birinci və ikinci məbədlərin dövrlərində öz zirvəsinə çatdı. Lakin İkinci Məbədin dağıdılmasından sonra kabala elminin öyrənilməsi kəskin şəkildə dayandırıldı. İki min il ərzində bu elm gizli saxlanıldı və hər nəsildə yalnız bir neçə nəfər onu öyrənməyə davam etdi.
Dünyamız hələ də eqoizmin son inkişaf mərhələsinə daxil olmadığı müddətdə, kabala elmi gizli saxlanıldı, çünki insanlar onu təhrif edə və ya yanlış başa düşə bilərdilər. kabala elmi hesab edir ki, insanın öz təbiətini dəyişməsi zəruridir. Kabalanın tarixi, onun gizliliyi və açıqlığı barədə daha sonra ətraflı danışacağıq. İndi isə kabala elminin nə ilə məşğul olduğunu və əslində bu elm haqqında nə bildiyimizi başa düşməyə çalışaq.
Əvvəlcə qeyd edək ki, məhz bu gün, iki min illik gizlilikdən sonra kabala elmi hər kəs üçün açılır. Bu uzun müddət ərzində kabala müxtəlif şayiələr və ön mühakimələrlə əhatə olunub, bu da onun mahiyyətini təhrif edib və hətta onun öyrənilməsinin mümkünlüyünü şübhə altına alır. Bu gün bir çoxları səmimi olaraq kabala elminin nə ilə məşğul olduğunu bildiklərinə inanırlar, halbuki əslində bu belə deyil.
Kabala haqqında çoxlu yanlış təsəvvürlərdən yalnız bir neçəsini qeyd edək: kabala yəhudi mistikasıdır; kabala talismanlardan, dualardan, qırmızı saplardan istifadə edir; kabala parapsixologiya ilə bağlıdır; kabalanı qırx yaşa çatmamış öyrənmək qadağandır; kabala elmini öyrənən dəli ola bilər; kabalanı yalnız seçilmişlər öyrənə bilər və s.
Yuxarıda qeyd etdiyimiz kimi, bütün bu yanlış təsəvvürlər (və bir çox digər yanlışlıqlar) səhvdir. Kabala elmi haqqında çoxlu ön mühakimələrin yaranması bu elmin iki min il ərzində gizli saxlanılmasının nəticəsidir. Buna görə də, bu elmin öyrənilməsində ilk addım bütün bu yanlış təsəvvürlərin aradan qaldırılması və onun həqiqi mahiyyətinin başa düşülməsi olmalıdır.
Kabala elmi nədir? Bu suala dövrümüzün böyük kabalisti Yehuda Aşlaqın (1884–1954) tərifinə müraciət edərək cavab tapaq.
Məşhur kabalist Yehuda Aşlaq, daha çox "Baal Sulam" adı ilə tanınır. İvrit dilindən tərcümədə bu ad "Yüksəliş Pilləsinin Sahibidir" mənasını verir. O, bu adı "Zohar Kitabı"na (ivritcə "Parıltı, Aydınlanma") yazdığı şərhi – "Yüksəliş Pillələri" – səbəbindən almışdır.
Beləliklə, Baal Sulam yazır: "Bu hikmət, daha çox və ya az olmayaraq, səbəb-nəticə əlaqəsi ilə şərtləndirilmiş ali qüvvələrin eniş ardıcıllığıdır. Bu ardıcıllıq daim olan və dəyişməz qanunlara tabedir və bu qanunlar bir-birilə əlaqəlidir, hamısı ali, lakin çox gizli bir məqsədə yönəlmişdir. Bu məqsəd "Yaradılışda Yaradanın Bütövlüyünün Açıqlanması" adlanır."
Sadə dillə desək, kabala elmi Yaradanın bu dünyada yaradılışlara açıqlanması metodikasıdır. Bəs Yaradan nədir? kabala deyir: Yaradan – bütün reallığı idarə edən təbiətin ümumi qanunudur. Bu qanun bizdən gizlidir və kabala həmin qanunun açıqlanma metodikasıdır.
Kabala, digər elmlərdən fərqli olaraq, bizim dünyamızda aşkar görünən təbiət qanunlarını deyil, bizdən gizli olan qanunları araşdırır. Başqa sözlə, kabala elmi – hər şeyi idarə edən vahid gizli qüvvənin açıqlanma metodikasıdır. Yaradanın – təbiətin ümumi qanununun, bütün yaradılışı idarə edən qüvvənin – açıqlanması, Ruhani dünyanın açıqlanması adlanır. kabalistlər bildirirlər ki, "təbiət" sözü gematriyasında (ivritcə rəqəmlərlə hərflərin uyğunluğu) "Yaradan" sözü ilə eynidir.
Başqa sözlə, təbiətin ümumi qanunu elə Yaradan, Yaradıcı, Ali Qüvvədir ki, biz onu açmalıyıq. Yuxarıda qeyd edildiyi kimi, bu, kabala elminin məqsədidir. Baal Sulam bununla bağlı belə yazır: "Yaradanın bu dünyadakı yaradılışlarına açıqlanması."
Özünüzü yoxlayın:
- Kabala elmini tərif edin və kabala haqqında yaranmış yanlış təsəvvürləri qeyd edin.
Ruhani dünyanın açılması nə üçün lazımdır?
"Ruhani dünyanı açmaq nəyə lazımdır?" deyə soruşa bilərsiniz. "Bizim mövcud olduğumuz dünya hissiyyatımız üçün kifayət deyilmi?"
Bu sual tamamilə yerindədir, çünki əgər qavradığımız reallıq sadə və aydın olsaydı, Ruhaniyyət haqqında düşünmək daha asan olardı. Lakin məsələ burasındadır ki, bizim dünyamız qarşımıza çətin vəzifələr qoyur, problemlərlə və çətinliklərlə doludur. Ola bilsin, əvvəlcə bu dünyanın problemlərini həll etmək, sonra isə Ruhaniyyətlə məşğul olmaq daha doğru olar?
Bu suala cavab kabala elminin tərifindədir. Qeyd edildiyi kimi, kabala elmi bizdən gizli olan təbiət qanunlarının açıqlanma metodikasıdır. Bu qanunlar bizim dünyamızın qanunları (məsələn, cazibə qanunu) kimi realdır. Lakin onlar bizim qavrayışımızdan gizlidir, buna görə də biz onları dərk etmirik. Onlarla düzgün qarşılıqlı əlaqədə olmadığımız zaman biz yalnız onların mənfi təsirini hiss edirik. Cazibə qanununun göz ardı edilməsi necə ki yıxılma ilə nəticələnir, gizli təbiət qanunlarının göz ardı edilməsi də bizi əzab hissiyyatına gətirir.
Təbiət qanunlarını bilməmək həyatımızdakı bütün çətinliklərin səbəbidir, halbuki onları anlamaq bizi lazımsız problemlərdən qoruyar. Üstəlik, qarşımızda tamamilə yeni bir reallıq – Ruhani, əbədi və mükəmməl bir dünya açılar.
Ruhani dünyanı anlamaq üçün kifayət qədər əsaslı bir səbəbdir, elə deyilmi?
Bəs təbiətin ümumi qanunu kimə açıqlanır? Cavabı Baal Sulamın yuxarıda verilmiş tərifində tapmaq olar: "Bu dünyadakı yaradılışlara", yəni bu dünyada insana. Başqa sözlə, Ruhaniyyət, yaxud hər şeyi idarə edən təbiətin ümumi qanunu ilə əlaqə bu dünyada, insanın həyatı boyunca açıqlanır. Bu, başa düşmək üçün vacibdir, çünki çoxları inanır ki, Ruhani əməyin nəticəsini yalnız digər dünyada, ölümdən sonra görmək olar. Lakin əslində hər şey tam əksinədir.
Kabalist – bu, Yaradanı açmış insandır. Kabalist mistik deyil, alimdir. O, öz təbiətini və yaşadığı dünyanın təbiətini araşdıran rasional bir insandır. kabalist suallar verir və cavablar axtarır. Bizim hər birimiz kimi, o da bu "dəli" dünyanın necə fəaliyyət göstərdiyini anlamağa çalışır. Ancaq bir çoxlarımız həyatın axışında bu sualları kənara qoyub unutsaq da, kabalistlər kainatın sirlərini açmayana qədər təslim olmurlar.
Baal Sulam yazır: "‘Ruhaniyyət’ sözünün fəlsəfəyə heç bir aidiyyəti yoxdur, çünki heç vaxt görmədiyin və hiss etmədiyin bir şeyi necə müzakirə etmək olar? Bu nəyə əsaslanır? Əgər Ruhaniyyətı maddiyyatdan fərqləndirməyə və ayırmağa imkan verən müəyyən bir tərif varsa, onu yalnız Ruhaniyyətı bir dəfə də olsa dərk etmiş və hiss etmiş kəslər – yəni həqiqi kabalistlər verə bilər."
Özünüzü yoxlayın:
- Kabala elminin öyrənilməsi hansı faydaları verir?
Sevgi Qanunu
Biz müəyyən etdik ki, kabala elmi Yaradanı – yəni, bütün yaradılışı idarə edən təbiətin ümumi qanununu dərk etməkdir. İndi bu qanunun mahiyyətini və onun bizə birbaşa təsirini müzakirə edək.
Təbiəti araşdıran kabalistlər aşkar edirlər ki, Yaradan vermək və sevgi qüvvəsidir. Bu qüvvə bütün yaradılışı harmoniya içində saxlayır, sanki bütün hissələri bir-birinə görünməz tellərlə bağlı olan böyük bir orqanizm kimi. Bu qanuna uyğun olaraq, hər bir hissənin mövcudluğu yalnız digər yaradılış hissələri ilə tarazlıq və harmoniya içində olmaqla mümkündür. Bu tarazlıq "homeostaz" adlanan özünü tənzimləmə prosesidir.
Biz insanlar da bu vahid orqanizmin bir hissəsiyik və bir-birimizlə və təbiətlə tarazlığa və harmoniya içində yaşamağa borcluyuq. Təbiətin təbii bir parçası olaraq, həqiqi məqsədimizi həyata keçirmək, həzz və xoşbəxtliyi hiss etmək üçün aramızda sevgiyə və əməkdaşlığa əsaslanan harmonik münasibətlər qurmalıyıq. Ancaq cansız, bitki və heyvan təbiətindən fərqli olaraq, biz bu vəzifəni dərhal hiss etmirik. Tarazlıq qanunu bizdən gizlədilib, və buna görə də bu dünyada etdiyimiz əksər hərəkətlər ona ziddir.
Lakin məlum olduğu kimi, qanunu bilməmək insanı məsuliyyətdən azad etmir. Yuxarıda izah edildiyi kimi, məhz tarazlıq qanununu pozmağımız hazırda bütün cəmiyyətin yaşadığı dərin böhranın əsas səbəbidir. Bu böhran yer üzünün hər yerində insan cəmiyyətini təsirləndirir.
Əslində, son minilliklər ərzində getdiyimiz yola baxsaq, görərik ki, təbiət qüvvələri bizi tarazlıq qanununu anlamağa və bir-birimizlə düzgün qarşılıqlı əlaqələr qurmağa məcbur edir. Görünür ki, bizim inkişafımızın müəyyən edilmiş bir proqramı var, amma biz bunu hələ dərk etməmişik.
İnsan nəslinin təkamülü, mahiyyətcə, insanların qarşılıqlı əlaqələrinin birləşməyə doğru inkişafıdır. Tarix prosesinin əvvəlində insanlar fərdi qruplar və tayfalar şəklində yaşayırdılar, lakin zaman keçdikcə onlar bir-biri ilə daha çox qarşılıqlı əlaqə qurmağa başladılar və icmalar böyüyüb inkişaf etdi. Onlar daha geniş ərazilər ələ keçirmək və digər tayfaları əsarət altına almaq üçün mübarizə apardılar.
Bu proses eyni zamanda kənd təsərrüfatının inkişafı ilə yanaşı getdi və bu da ticarət münasibətlərini yaratdı. Kənd təsərrüfatının inkişafı insanlar arasında daha sıx qarşılıqlı əlaqələrə təkan verdi. İctimai və mədəni inqilablar əlaqələri daha da güvvələndirdi. Sənaye inqilabından bəri, insanların dünyada qarşılıqlı əlaqələri daha sıx və intensiv oldu və bu proses XX əsrin sonunda zirvəsinə çatdı.
İnsanlar çox müharibə apardılar və bir-birinə qarşı çıxdılar. Lakin təbiət bizə daim göstərirdi ki, daha çox fayda əldə etmək üçün güvvələri və resursları birləşdirmək daha yaxşıdır. Təbii olaraq biz vahid qlobal cəmiyyətə çevrildik, sanki insan bədəninin hissələri kimi, hər bir hissə düzgün qarşılıqlı əlaqələrə bağlıdır.
Bütün təkamül prosesinin əsasında duran qanunauyğunluq bizi bir-birimizlə minlərlə görünməz tellərlə əlaqələndirir. Bu əlaqəni bu günlərdə daha çox dərk etməyə başlayırıq və onu gündəlik həyatımızda, məsələn, Dünya Ticarət Təşkilatı (WTO), internet, Birləşmiş Millətlər Təşkilatı (BMT) kimi nümunələrdə görürük.
Beləliklə, qloballaşma sadəcə bir gözəl söz deyil. O, bizi yeni bir həyata yönəldən təbii, davamlı təkamül prosesini əks etdirir. Hər bir hüceyrə və hər bir orqan, hər bir insan və hər bir ölkə bu prosesin bir hissəsidir.
Yalnız qarşılıqlı əməkdaşlıq və hər birinin bütöv orqanizmin ehtiyaclarına qayğı göstərməsi şəraitində insanlar xoşbəxt yaşaya biləcəklər. Əks halda, təbiətə zidd gedərək təcrid olunmuş şəkildə yaşamağa çalışsaq, canlı orqanizmdə baş verənlərin bizə də təsir edəcəyini görəcəyik: əgər orqanlardan biri sistem üçün fəaliyyətini dayandırıb yalnız özü üçün işləməyə başlayarsa, bu, xərçəng şişinə çevrilir.
Bu gün insanlıqla da məhz bu baş verir. Bir-birimizdən asılı olmağımıza baxmayaraq, biz hələ də bir-birimizi istismar edir və yalnız özümüzə və ən yaxın ətrafımıza qayğı göstəririk, bununla da təbiətin tarazlıq qanununa tamamilə zidd hərəkət edirik. Məhz bu səbəbdən biz hamımız əziyyət çəkirik. Biz təbiətin qalan hissəsindən fərqlənirik, çünki bizim üçün bir-birimizlə düzgün qarşılıqlı əlaqəyə əsaslanan əlaqələr qurmağın zəruriliyi gizlidir, halbuki bu əlaqələr vahid bir orqanizmdə olduğu kimi fəaliyyət göstərməlidir.
Biz məntiqi olaraq birləşməyin zəruriliyini dərk edə bilirik, lakin bunu həyata keçirməkdə acizik. Təbiətdəki harmonik tarazlıq qanunu bizdən o qədər dərindir ki, bunu dərk edə bilmirik. Bizim daxilimizdə ilkin və dərin bir şey var ki, bu qanuna tabe olmağımıza mane olur. Bu gizlilik səbəbləri haqqında daha sonra danışacağıq.
İndilikdə dərk etməliyik ki, əgər özümüzü dərk etməz və təbiətin qanunlarına riayət etməli olduğumuzu qəbul etməsək, təhlükəsizlik və dinclik hissinə nail ola bilməyəcəyik. kabalistlər yazır ki, bizim borcumuz bütün dünyadakı insanlara təbiətin qanunlarına riayət etməyin zəruriliyini izah etməkdir, çünki təbiət bizi həqiqi yaxınlaşmaya və qəlblərin birləşməsinə doğru yönləndirir. Əgər yalnız öz şəxsi maraqlarımıza diqqət yetirəcəyiksə, böhranlar daha da güvvələnəcək və biz heç vaxt xoşbəxt bir cəmiyyət qura bilməyəcəyik.
Əzablardan xilas olmaq qərarı, aramızda gizli təbiət qanununu – birləşmə, vermək və sevgi qüvvəsini – aşkar etmək istəyindədir.** Yaradanın açıqlanma metodikası kabala elmi ilə mümkündür.
Özünüzü yoxlayın:**
Yaradılışın və bütövlükdə bəşəriyyətin hər bir hissəsinin mövcudluğu nədən asılıdır?
Dərsin yekunu. Qısa nəticələr:
- kabala elmi iki min illik məqsədli gizliliyin ardından bizim dövrümüzdə açılır. Uzun müddət gizlədilməsi səbəbindən kabala haqqında çoxlu yanlış təsəvvürlər yaranmışdır, çox az insan bu elmin nəyi öyrətdiyini həqiqətən bilir.
- kabala elmi Yaradanın yaradılışlara açıqlanma metodikasıdır.
- kabalada Yaradan, bütün reallığa nəzarət edən təbiətin ümumi qanunu adlanır. Bu qanun bizdən gizlənib.
- dünya ağrı və əzablarla doludur, çünki biz yaradılışın ümumi qanununa zidd hərəkət edirik.
- Yaradanın açıqlanması bizi lazımsız əzablardan qoruyacaq və bizə yeni bir reallıq – Ruhani, əbədi, mükəmməl bir dünya göstərəcək.
- Yaradan, tamamilə vermək və sevgi qüvvəsini təmsil edən qüvvədir. O, bütün yaradılışı bir böyük orqanizm kimi harmonik şəkildə idarə edir, burada hər bir hissə digər hissələrlə qarşılıqlı asılılıq telləri ilə bağlıdır.
Terminlər
-Kabala elmi – bu dünyada yaradılışlara Yaradanın açıqlanma metodikasıdır.
- Yaradan – təbiətin ümumi qanunu.
- Yaradan – ivritcə "Bore", iki sözdən ibarətdir: "bo" və "re", yəni "gəl" və "bax". Diqqət yetirin ki, Kabala elmi Yaradanı insanın dərk etməsindən danışır, Yaradanın mahiyyətindən deyil.
- kabalist – Yaradanı açıqlayan insan.
- Kabalistlər
- Adam Rişon (ivritcə Birinci insan) – Yaradanı dünyada ilk dəfə açıqlayan insan, kabalist.
- Əcdadımız İbrahim – Yaradanı dərk etmə metodikasını ilk dəfə hazırlayan kabalist.
- Baal Sulam – XX əsrdə yaşamış böyük kabalist Yehuda Aşlaq.
Suallar və Cavablar
- Sual: Kabala elmini tərif edin və izah edin, niyə onun ətrafında çoxlu yanlış təsəvvürlər yaranıb?
-Cavab: Kabala elmi bu dünyada yaradılışlara Yaradanı açıqlama metodikasıdır. İki min il ərzində insanlar üçün gizli olduğuna görə, onun ətrafında çoxlu yanlış təsəvvürlər yaranıb.
- Sual: Kabala elminin öyrənilməsi hansı faydaları verir?
-Cavab: Kabala elminin öyrənilməsi bizə ağrı və əzablardan qaçmağa, yeni bir reallığı – Ruhani, əbədi və mükəmməl dünyanı açmağa kömək edir.
- Sual:Yaradılışın və bəşəriyyətin hər bir hissəsinin mövcudluğu nədən asılıdır?
-Cavab: Bütün dünyamızın, o cümlədən insanın mövcudluğu yaradılışın bütün hissələri arasında tarazlıq və harmoniyadan asılıdır.
Yəhudi yeni ilinin günlərinin hesablanmasına tişrey ayının 1-ci günündən başlayırlar. Yəhudi təqviminə uyğun olaraq yeni 5774-cü il 5 sentyabr 2013-cü ildə başladı. Dünyanın yaradılışından etibarən, bu sətirlərin 2013-cü ildə yazıldığına görə.
2 Baal Sulam, «Kabala elminin mahiyyəti» məqaləsi.
3 «Təbiət» və «Yaradan» sözlərinin gematriyası üst-üstə düşür: 86.
4 Baal Sulam, «Kabala elmi və fəlsəfə» məqaləsi.
5 Homeostaz – özünütənzimləmə, açıq sistemin öz daxili vəziyyətinin sabitliyini, dinamik tarazlığın saxlanmasına yönəlmiş koordinasiya olunmuş reaksiyalar vasitəsilə qoruma qabiliyyəti.