Dünya Kabala Konqresi, Oktyabr 2025 - ״Tək Duada".
Dərs #2 ״Duadan Əvvəl Dua״
İlkin Mənbələrdən Seçilmiş parçalar
- Noam Alimelex. Duadan əvvəl dua.
Ey bizim və atalarımızın Yaradanı , duaları, yalvarışları qəbul edən və İsrail xalqının duasını mərhəmətlə dinləyən, qəlbimizi və düşüncələrimizi Sənə yönəltməyi,
dilimizi dualara alışdırmağı nəsib et. Qullarının Sənə yönələn dualarını mərhəmətlə dinlə, kömək üçün yalvaran və ruhən sarsılmış qullarının səsini eşit.
- "Hamı üçün Zoar". "Zoar kitabına müqəddimə". Məqalə "Tövrat və dua"
Dua etməzdən əvvəl Şxinada çatışmayanı görməliyik ki, onda nəyi islah etmək və onu nə ilə doldurmaq lazım olduğunu bilək.
Lakin İsrail xalqının bütün nəsilləri müqəddəs Şxinaya daxildir. Və onun əvvəlki nəsillərdən aldığı islahları artıq onda biz etməməliyik, ancaq onları tamamlamalıyıq — onların islahlarından sonra onda çatışmayan qalanı islah etməliyik.
- Rabaş. Məqalə 27 (1991) "Ruhani işdə «birinci hamilə qalan qadın oğlan doğar» nə deməkdir"
İnsan Yaradana dua edərkən, Onun ona kömək etməsi üçün, o, hər şeydən əvvəl hazırlıq görməli, özünü yoxlamalı və baxmalıdır ki, onun nəyi var və nəyi çatmır. Və onda Yaradandan nə istəməli olduğunu bilə biləcək ki, O da ona kömək etsin. Və bu haqda belə deyilmişdir: «Dərinliklərdən Sənə səsləndim, Rəbbim».
«Dərinliklərdən» – o deməkdir ki, insan o an mövcud ola biləcək ən aşağı bir yerdədir, deyildiyi kimi: «cəhənnəmin dibində», yəni onun xisaronu aşağı səviyyədədir və o, özünü bütün insanlardan alçaq olduğunu hiss edir.
Yəni o, özünü müqəddəslikdən nə dərəcə uzaq olduğunu hiss edir – yəni digərlərindən də uzaq. Yəni indi onun üçün elə bir kəs yoxdur ki, bu dərəcədə ,həqiqətən - onun bədəninin müqəddəsliyə heç bir aidiyyətinin olmadığını hiss edə bilsin. Və buna görə də həqiqəti görməyən insanlar, müqəddəslikdən nə qədər uzaq olduqlarını, buna uyğun olaraq öz ruhani işləri ilə razı qala bilərlər, halbuki o isə özünün olduğu bu vəziyyətdən əziyyət çəkir.
- Rabaş. Məqalə 17 (1986) “Yığıncağın qaydası”
Biz bir nöqtə üzərində çalışmağa borcluyuq: ruhaniliyi uca tutmalıyıq. Bu isə diqqətin həmişə belə suallarda olması ilə ifadə olunur: “Mən kimə səslənirəm?”, “Kimin ehkamlarını yerinə yetirirəm?”, “Kimin Tövratını öyrənirəm?”— yəni Tövratı Verənə necə dəyər verməyi göstərən məsləhətləri diqqətlə nəzərdən keçirmək nəzərdə tutulur.
İnsan, yuxarıdan hansısa bir işıqla şərəflənməzdən öncə, özünə az-çox bənzər insanları axtarmalıdır—elə insanları ki, onlar da Yaradanla, necə olursa-olsun, heç olmasa ən kiçik təması belə ucaldıb böyütməyin yolunu axtarsınlar. Çünki burada çoxların rəyinin gücü işləyir: hər kəs öz yoldaşından dayaq və kömək ala bilər.
Lakin bilmək gərəkdir: “ən kiçik çoxluq—ikidir”. İki yoldaş yan-yana oturub Yaradanın ucalığını necə artırmağı düşünürlərsə, artıq onlarda “aşağıdan oyatmaq” hesabına Yaradanın böyüklüyünü gücləndirməyə güc var; və bu əmələ sonra “yuxarıdan oyadılış” gəlir.
- Baal Sulam. Şamati. 122. “«Şulxan Arux»da nə aydınlaşdırıldığını anlamaq”
Dua üçün hazırlıq olmalıdır ki, insan özünü duaya alışdırsın — elə ki, dodaqları ilə qəlbi uyğunluqda olsun. Bu isə adət sayəsində qəlbin razılaşdığı zaman baş verə bilər: nə vaxt ki, o anlayır ki, alma vəziyyəti ayrılıq adlanır, əsas olan isə Həyat Mənbəyi ilə vəhdətdir — hansı ki, vermək istəyidir.
- Rabaş. Məqalə 13 (1988) “Ruhani işdə «xalqın rəhbəri — elə xalqın özüdür» nə deməkdir”
İnsan Tövratı öyrəndikdə və ya ehkamlarla məşğul olduqda, yaxud dua etdikdə, fikrini ona cəmləməlidir ki, gördüyü bütün xeyirxah işlərə mükafat olaraq Yaradan ona kamil inam versin. Və bunun barəsində rav Elimelexin duasında (“Duadan əvvəl dua”da) yazılıb: «Və Sənin inamını qəlbimizdə əbədi, fasiləsiz bərqərar et və qoy Sənin inamın qəlbimizdə sarsılmaz təməl kimi birləşsin».
- Rabaş. Məqalə 27 (1991) “Ruhani işdə «birinci hamilə qalan qadın oğlan doğar» nə deməkdir”
Dua etməyə hazırlaşan insan dua üçün hazırlıq görməlidir. Bəs bu hazırlıq nədir? Yazıldığı kimi: «İsrail, qoy özünü Yaradana yönəltsin» (Şabbat, 10). Və orada deyilir ki, hazırlığa gəldikdə, hər kəs bunu öz anlayışına uyğun edirdi. Bunu belə izah etmək lazımdır ki, yəni kəs nə istəyəcəyini bilmək üçün hazırlıq etdi. Çünki insan nə istəyəcəyini bilməlidir, yəni ona nəyin çatmadığını bilməlidir.
Bu o deməkdir ki, insanın çox ehtiyacları var ki, onlar barədə istəyə bilər, lakin adətən insana ən çox çatmayan şeyi istəmək qəbul olunub. Çünki dünyada belə qəbul olunub: insan həbsxanada olanda, onun bütün qayğısı yalnız Yaradandan onu həbsxanadan çıxarmasını istəməkdir. Və baxmayaraq ki, bəzən insanın qazancı da olmur və sairə, hər halda o zaman insan qazanc verilməsini də istəmir, halbuki buna da ehtiyacı var, çünki onun əsas iztirabı ondadır ki, o, həbsxanadadır. Buna görə də insan məhz ona ən çox lazım olan şeyi istəyir.
- Rabaş. Məqalə 10 (1986) “Dua barədə”
İnsan dua etməyə və Yaradandan öz xisaronunu doldurmasını istəməyə hazırlaşanda, əlbəttə, o zaman onun duasının aydın olması gərəkdir. Yəni o, öz xisaronunu dəqiq bilməlidir. Başqa sözlə, Yaradandan istəməyə hazırlaşanda gərək təsəvvür etsin ki, o, indi Padşahla danışır. Və Padşah onu bir anda elə nemətləndirə bilər ki, o, dünyada ən xoşbəxt insan olsun; çünki padşahın evində heç nədən qıtlıq yoxdur. Belə olduqda insan dua etməzdən əvvəl layiqincə yoxlamalıdır ki, ona həqiqətən nə çatmır; elə ki, Padşah onun xisaronuna dolmaq hissi verərsə, onda artıq heç nədə çatışmazlığı qalmayacaq və o, dünyada ən kamil insan olacaq.
- Baal HaSulam. Məktub 18
Elə indi səhər, yuxudan qalxarkən, [insan] ilk anı Yaradanla vəhdətə həsr etsin və qəlbini Yaradana töksün ki, O, onu günün bütün 24 saatında qorusun; elə olsun ki, başından bihudə bir fikir belə keçməsin və bu ona qeyri-mümkün, yaxud təbiətdən yuxarı kimi görünməsin — guya təbiət dəmir pərdə qoyub və s. Və insana məsləhətdir ki, onun üçün bu qədər real olan təbiət pərdələrini kənarlaşdırsın. Əvvəlcə qoy o, təbiət pərdələrinin — demək belə qorxuludur — Yaradandan ayırmadığına inansın, sonra isə bütün qəlbi ilə dua etsin — hətta təbiətinin istəyindən yuxarı olması barədə də.
Və bunu hər zaman anlamağa çalış; eləcə də hər hansı saatda, onun içindən irəli-geri keçən, müqəddəslik olmayan formalar olanda, ayılar-ayılmaz elə indi dayansın, bütün gücü ilə qəlbini tökməyə can atsın ki, bu andan etibarən və sonra da Yaradan onu Onunla vəhdətin kəsilməsindən qurtarsın. Və tədricən onun qəlbi Yaradana ram olacaq və Onunla həqiqətən vəhdətə can atacaq. Və Yaradanın iradəsi Onun əli ilə yerinə yetəcək.
10. Rabaş. Məktub 13
Hər zaman çalış ki, maneə quranların səbəb olduğu yıxılmağın, vaxtını çox almasın: dərhal özünü topla, Yaradana etibar et və “dərinliklərdən” dua et; yəni dərin bir quyuya düşəndə, “Sənə səsləndim, ey Yaradan” de.