Mixael Laytman

Баал Сулам. İradə azadlığı - konspekt (1)

Azad iradə (konspekt)

(tanışlıq üçün adaptasiya olunmuş, ədəbi işlənmiş mətn)

Arzunun azadlığı

İnsanın arzulamaq və hərəkət etmək seçim azadlığı varmı?

Biz aşkar edirik ki, onun hərəkətləri həzz almaq və ya əzabdan qaçmaq arzusu tərəfindən məcburidir. O, əzabı seçməyə və ya həzzi rədd etməyə qadir deyil. Lakin heyvanlardan hesab aparmaq qabiliyyəti ilə fərqlənir: uzaq bir məqsəd naminə əzabı qəbul etməyə hazırdır.

Həzz və ya əzab təsiri ilə Ali idarəetmə hər kəsi öz məqsədinə aparır.

Həzz növləri mühit tərəfindən müəyyən olunur.

Keçmiş dövriyyələrin təcrübəsi yeni dövriyyədə meyllər və instinktlər şəklində mövcuddur və insan niyə belə davrandığını bilmir.

Əgər arzuların və hərəkətlərin azadlığı yoxdursa (onları mühit diktə edirsə), deməli mükafat və cəza yoxdur.

Mühit amil kimi

Mühit insanın inkişafını, onun gələcəyini tamamilə müəyyən edir.

Azadlıq yalnız mühiti seçməkdədir (kitablar, müəllim, yoldaşlar).

Cəza və ya mükafat insanın seçim etmədiyi, mühitdən məcburən aldığı pis düşüncə və hərəkətlərə görə deyil, yaxşı mühit seçmədiyinə görə olur.

İnsanın taleyi üzərində hakimiyyəti yalnız mühiti seçməsi ilə müəyyən olunur. Lakin mühiti seçdikdən sonra o, onun hakimiyyəti altındadır.