Kabala Hikmətinin Əsasları — Ətraflı Kurs Proqramı
Bu əsas proqram tələbələri Kabalanın orijinal müdrikliyinə Rav Yehuda Aşlaq (Baal Sulam), Rav Barux Şalom Levi Aşlaq (Rabaş) və Rav Dr. Mixael Laytmanın izahları vasitəsilə tanış edir. Kurs Kabalanın əsas anlayışlarını, yaradılışın məqsədini, ruhun təbiətini, reallığın qavranılmasını, ruhani qanunları, qrup işi və praktiki daxili inkişafı — orijinal mənbələr əsasında araşdırır.
BNEY BARUX KABALA AKADEMİYASIQlobal Kurs 2026/27Kabala Hikmətinin Əsasları — Tam Kurs ProqramıKursa BaxışBu əsas proqram tələbələri Rav Yehuda Aşlaq (Baal Sulam), Rav Barux Şalom Levi Aşlaq (Rabaş) və Rav Dr. Mixael Laytmanın izahları vasitəsilə orijinal Kabalanın hikmətini tanıtdırır.Kurs Kabalanın əsas …
BNEY BARUX KABALA AKADEMİYASI
Qlobal Kurs 2026/27
Kabala Hikmətinin Əsasları — Tam Kurs Proqramı
Kursa Baxış
Bu əsas proqram tələbələri Rav Yehuda Aşlaq (Baal Sulam), Rav Barux Şalom Levi Aşlaq (Rabaş) və Rav Dr. Mixael Laytmanın izahları vasitəsilə orijinal Kabalanın hikmətini tanıtdırır.
Kurs Kabalanın əsas konsepsiyalarını, yaradılışın məqsədini, ruhun təbiətini, reallığın qavranmasını, ruhani qanunları, qrup işini və praktiki daxili inkişafı - orijinal mənbələr əsasında - araşdırır.
Kursun Məqsədləri
Tələbələr:
- Orijinal Kabalanın əsas konsepsiyalarını öyrənəcək.
- Əsas Kabalistik mənbələrlə tanış olacaq.
- Ruhani nailiyyət yolunu anlayacaq.
- Kabalanın bu günün qlobal reallığında nə qədər aktual olduğunu kəşf edəcək.
Öyrənmə Nəticələri
Proqramın sonunda tələbələr:
- Kabalanın əsas termin və prinsiplərini anlayacaq və tərif edəcək.
- Orijinal Kabala mətnlərini necə oxumağı və onlara münasibət bildirməyi biləcək.
- Şəxsi ruhani inkişaf üçün vasitələr əldə edəcək.
- Həyatın məqsədi haqqında fundamental suallara cavab alacaq.
HİSSƏ I: Kabala Hikmətinininin Əsas Anlayışları
1-ci Həftə
İnsan Təbiətinin Əsas Qanunları
- İnsan təbiətini nə idarə edir?
- Düşüncələr və istəklər haradan gəlir?
- Yaradılışın əsas tikinti blokları: zövq almaq istəyi.
- Niyə orijinal Kabala öyrənilməlidir və o, niyə bu gün xüsusilə aktualdır?
2-ci Həftə
Kabala Hikmətinin Mahiyyəti
- Yaradılış fikri və onun məqsədi.
- Təsadüf yoxsa dizayn — reallığın arxasında istiqamətləndirici sistem varmı?
- Əsas konsepsiyalar: Nur, Kli (qab), Yaradan, qəlbdə nöqtə, təbiət.
- Orijinal Kabala mənbələrinə giriş.
3-cü Həftə
Üç Oxlu Model
- Kabala hikmətinə görə yaradılışın prosesinin qürülüşü.
- Tarix boyu insan istəklərinin inkişafı.
- “Qaranlıq üzərində nurun üstünlüyü” — onun mənası və açdığı ruhani qanun.
- Ruhani dünyanı necə hiss etməyə başlayırıq və daxil oluruq.
4-cü Həftə
Reallığın Qavranması
- Beş duyğu ilə qavradığımız tam reallıqdırmı?
- Kabala niyə “gizli hikmət” adlanır?
- Elmi inkişaflar və insanın qavranyışındakı dəyişikliklər.
- Niyyətin gizli qanunu.
- Forma bənzərliyi qanunu.
5-ci Həftə
Kabalanın Tarixi və Yayılması
- Kabalist kimdir?
- Kabalanın inkişafındakı əsas mərhələlər.
- İnsan tarixi ilə ruhani inkişaf arasındakı əlaqə.
- Orijinal Kabalanın nəsildən-nəslə necə ötürülüb.
6-cı Həftə
Kabala Mətnlərinin Gücü
- Budaqlar və köklərin dili.
- Kabala mətnlərinin içindəki “ruhani qüvvə” nədir?
- Təhsil necə ruhu oyadır və insanın məqsədini yerinə yetirir.
- Kabala mətnlərində istifadə olunan dörd dil — fərqlər və məna.
7-ci Həftə
Seçim Azadlığı
- Azad seçim varmı? Əgər varsa, nədə?
- İnsan inkişafında dörd faktor.
- Mühitinin ruhani inkişafdakı rolu.
- “Hər şey əvvəldən müəyyən edilmişdir və icazə verilir” — məna və kontekst.
8-ci Həftə
Bədən, Ruh və Reinkarnasiya
- Kabalaya görə ruh nədir?
- Konsepsiyalar: bədən, ağıl, ruh və reinkarnasiya — bunlar necə əlaqəlidir?
- Adam Rişonun ruhani sistemi.
- “Parçalanma” və “Bilik Ağacı” hekayəsinin mənası.
9-cu Həftə
Kabalanın Unikallığı
- Orijinal Kabalanı digər ruhani ənənələrdən və təlimlərdən nə fərqləndirir?
- Əsas prinsiplər və Kabala üsulunun unikallığı.
10-cu Həftə
Parçalanmadan İslaha
- Adam Rişonun ruhu, onun parçalanması və islahı.
- Bizim ruhani işimizin Adam Rişonun ruhu ilə əlaqəsi necədir.
11-ci Həftə
İlk Tam Mətn Tədris Sessiyası: “Ondan Başqa Heç Kim Yoxdur” — Daxili əməlin Əsasları
- Baal Sulam - Şamati, Məqalə No. 1-in yönləndirilmiş təlimi: “Ondan Başqa Heç Kim Yoxdur”.
- Orijinal Kabalaya görə ruhani daxili əməlin əsas prinsipləri, .
- Həyatın çətinliklərinə düzgün yanaşma formalaşdırmaq və reallığa doğru münasibət qurmaq necədir.
12-ci Həftə
“Zoar” Kitabını Kəşf Etmək
- Niyə “Zoar” Kitabı ən güclü Kabala mətnləri hesab edilir.
- Onun yazılması və açılmasının ilhamverici hekayəsi.
- Rav Yehuda Aşlaqın (Baal Sulam) “Sulam” şərhini anlamaq.
- “Zohar Kitabını” açan bizim xüsusi nəşrimiz olan “Hər kəs üçün Zoar” kitabını tədqiq etmək.
- “Zoar Kitabına Girişi” birgə oxumaq.
13-cü Həftə
“On Sfirotun Tədrisi” — Yaradılışın Planı
- Baal Sulamın fundamental əsəri olan “On Sfirotun Tədrisi”- ARİ-nin (Rav İsaak Luriyanın) yazılarına geniş şərhə giriş.
- On Sfirotun yaradılışın strukturundakı funksiyasının tədqiqi.
- Ruhun konsepsiyasını və onun təzahürü üçün ruhani qabın (Kli) qurulması prosesini izah etmək.
- On Sfirotun Tədrisindən seçilmiş parçalarla davamlı oxu və əlaqə.
14-cü Həftə
“Mən Əks Dünyanı Görəcəyəm” — Tövrat Hekayələrinin Daxili Mənası
- Kabala ilə Tövrat hekayələri arasındakı əlaqə.
- İncil narrativlərin arxasındakı ruhani mənanı üzə çıxarmaq.
- Daxili iş prizmasından praktiki misallar.
15-ci Həftə
Kabalada Dua — Daxili Tələbat
- Kabalanın dilində “dua” nədir?
- Müqayisəli dualardan nə ilə fərqlənir?
- Baal Sulam-a görə duanın üç şərti.
- Ruhani irəliləyiş üçün duanı praktik bir vasitə kimi istifadə etmək.
16-cı Həftə
Kabalistik nəğmələr
HİSSƏ II: Ali Aləmlərin Quruluşu
17- 21ci Həftələr
Ali Aləmlərin Quruluşu
- Yaradılışın düşüncəsi
- Birbaşa Nurun dörd mərhələsi
- Masax (Ekran) anlayışı
- Beş aləm
- On Sefirot
Baal HaSulamın “Kabbala hikmətinə giriş” əsəri əsasında
22-ci Həftə
Nur Yoluyla yoxsa Əzab Yoluyla — Həyat Seçimi
- Əzab üzərindən deyil, şüurlu seçimlə ruhani irəliləyiş.
- Dəstəkləyici ruhani mühitin zəruriliyi.
- Düzgün mühiti necə qurmaq və saxlamaq.
23-cü Həftə
“Burada Toplandıq” — Ruhani Cəmiyyət Qurmaq (Rabaş-ın “Cəmiyyətin Məqsədi” məqaləsi əsasında)
- Ruhani qrupu unikal edən nədir.
- Ruhani qrup işinin qaydaları və prinsipləri.
- Kollektiv daxili inkişaf üçün şərait yaratmaq.
24-cü Həftə
Rabaş “Cəmiyyətin Məqsədi-2”
25-ci Həftə
Kabalada Müəllim — Rolu, Münasibət və Təhsil
- Həqiqi Kabala müəllimidir kimdir?
- Bir Kabalistin şagirdi olmaq nə deməkdir?
- Ruhani biliklər necə ötürülür?
26-cı Həftə
“Onluq” Konsepsiyasının İzahatı
- Kabalanın ruhani təcrübə çərçivəsində Onluqda praktik işin tədqiqi.
- “Onluq” konsepsiyasının tərifi və onun mənbələrdəki mənşələri.
- Onluq olaraq birgə iş üçün əsas prinsiplər və münasibətlərə giriş.
27-33-cü Həftələr
Onluqda birləşmənin prinsipləri
34-cü Həftə
Yoldaşların sevgisi
35-ci Həftə
Yoldaşların çatışmazlıqlarını yox, onların üstünlüklərini görməyə öyrənirik
36-cı Həftə
"Əsas olan niyyətdir"
37-ci Həftə
Qlobal Bniy Barux Təşkilatı
- Kiçik bir təhsil qrupundan qlobal hərəkata qədər.
- Dünyanın hər yerindəki tələbələr icmasına giriş.
38 - 42-ci Həftələr
Ümumdünya Kabbala Konqresinə hazırlıq
- Konqresin mənəvi mənasını anlamaq.
- Daxilən və qrup olaraq necə hazırlaşmaq lazımdır.
- İştirak üçün niyyət və gözləntiləri müəyyənləşdirmək.
43-cü Həftə
Konqresdən sonra — İnteqrasiya və fəaliyyət planı
- Konqresdən alınan mənəvi təəssüratları nəzərdən keçirmək.
- Şəxsi qənaətləri və sualları aydınlaşdırmaq.
- İkinci semestr üçün fəaliyyət planı və niyyət.
44-cü Həftə
Ruhani Çərçivələrin vacibliyi
45-ci Həftə
Dərs üçün qəlbi açmaq: Kabalanın orijinal mətnləri ilə iş
46-cı Həftə
Kabala Hikmətinin yayımı
47-ci Həftə
Kursun başa çatması və növbəti, daha dərin təhsilə keçid
- Kursun yekunlaşdırılması və təhsil yolu haqqında şəxsi düşüncələr.
- Bney Barux təhsil icmasına və onluq əsasında aparılan daha dərin təhsilə giriş.
- Qlobal Bney Barux icmasına isti salam!
Təkminləşdirilmiş təhsil: Bney Barux təhsil icmasında birlikdə inkişaf
Bu proqram orijinal Kabalanın praktiki tətbiqini daha da inkişaf etdirir. İştirakçılar giriş tədris proqramında öyrənilən əsas prinsipləri daha dərindən mənimsəyir və onları gündəlik həyatda və insanlararası münasibətlərdə tətbiq etmək bacarıqlarını inkişaf etdirirlər.
Proqramın fəaliyyət istiqamətləri
- Baal Sulamın və Rabaşın əsas əsərlərinin sistemli şəkildə öyrənilməsi.
- Qrup işi və birləşmə üzrə rəhbərlik edilən təcrübi çalışmalar.
- Kabalistik prinsiplərin gündəlik vəziyyətlərdə tətbiqi.
- Dəstəkləyici və inkişafa yönəlmiş mühitin tədricən formalaşdırılması.
Tədrisin Məqsədi
Daimi iştirak yolu ilə tələbələr:
- Ruhani inkişaf üçün vacib alətləri tətbiq etməkdə səriştə qazanacaqlar.
- Əsas Kabalistik mətnləri oxumaqda və onlarla işləməkdə inam qazanacaqlar.
- Daxili iş və kollektivi təcrübə bacarıqlarını inkişaf etdirəcəklər.
- Ruhani 'Onluq' -da iştirakında tələb olunan xüsusiyyət və münasibətləri gücləndirəcəklər.