Onluqda iş Kursu – Dərs #31. Onluğu Gücləndirmə: Onluqda İş Prinsipləri

Onluqda iş Kursu – Dərs #31. Onluğu Gücləndirmə: Onluqda İş Prinsipləri

Dərs məzmunu
Materiallar

Onluqda iş Kursu – Dərs #31. Onluğu Gücləndirmə: Onluqda İş Prinsipləri

İlkin mənbələrdən seçilmiş parçalar


  1. Baal Sulam. Məqalə “600.000 ruh”

“Həqiqətən dünyada yalnız bir ruh vardır, necə ki, yazılıb (Bereşit 2:7): “və onun burun dəliklərinə həyat ruhunu üfürdü”. Həmin ruh İsrail övladlarının hamısında mövcuddur, hər birində tam şəkildə, Adam Rişonda olduğu kimi, çünki ruhani bölünməzdir və kəsilə bilməz — bu isə maddi şeylərə xas olan xüsusiyyətdir.Əksinə, 600.000 ruh və ruh qığılcımlarının mövcud olduğu deyilməsi elə təsəvvür yaradır ki, guya o, hər bir insanın bədəninin qüvvəsi ilə bölünür. Başqa sözlə, əvvəlcə bədən bölür və onu ruhun nurundan tamamilə məhrum edir, Tövrat və Mitzva [ehkam] qüvvəsi ilə isə bədən təmizlənir və təmizlənmə ölçüsünə görə ümumi ruh onun üzərində parlayır.Bu səbəbdən maddi bədəndə iki fərqləndirmə edilmişdir: birinci fərqləndirmədə insan öz ruhunu ayrıca bir orqan kimi hiss edir və bunun bütün İsrail olduğunu anlamır. Bu isə həqiqi nöqsandır və yuxarıda deyilənlərin səbəbidir.İkinci fərqləndirmədə isə İsrail ruhunun həqiqi nuru onun üzərində bütün işıqlanma gücü ilə parlamır, yalnız qismən, insanın özünü ümumiyə qayıdaraq nə dərəcədə saflaşdırmasına görə parlayır.

Bədənin tam islahının əlaməti odur ki, insan öz ruhunun bütün İsraildə, onların hər birində mövcud olduğunu hiss edir və bu halda o, özünü ayrıca fərd kimi hiss etmir, çünki biri o birindən asılıdır. O zaman o, kamil və nöqsansız olur və ruh onun üzərində həqiqətən bütün gücü ilə parlayır, necə ki, Adam Rişonda zahir olmuşdu.”


  1. Baal Sulam. “On Sfirotun Tədrisinə Ön Söz”

“Bilməliyik ki, insana yoldaşlarına xidmət etmək üçün aşılanan bütün meyllər, yönəlişlər və xüsusiyyətlər — bu meyllərin və təbii xüsusiyyətlərin hamısı Yaradanın işində tələb olunur.Əvvəlcədən onlar insanda yalnız son roluna görə — insanın son məqsədinə görə yaradılıb və həkk olunub, necə ki, yazılıb: “Heç bir qovulan Ondan qovulmaz.” İnsan bolluğun qəbul edilmə yollarında özünü tamamlamaq və Yaradanın iradəsini yerinə yetirmək üçün bunların hamısına ehtiyac duyur.Bu, “Mənim adımla çağırılan hər kəsi Öz şöhrətim üçün yaratdım” (Yeşaya 43:7) və həmçinin “Rəbbin etdiyi hər şey Öz naminədir” (Məsəllər 16:4) sözlərinin mənasıdır. Lakin hələlik insana bütöv bir dünya verilmişdir ki, o, insanlarla ünsiyyətdə olaraq bu təbii meyllərin və xüsusiyyətlərin hamısını inkişaf etdirsin və kamilləşdirsin və beləliklə onları öz məqsədlərinə uyğun hala gətirsin.Bu, müdriklərimizin dediyi kimidir: “İnsan deməlidir: ‘Dünya mənim üçün yaradılıb’”, çünki dünyadakı bütün insanlar insan üçün zəruridir, çünki onlar hər bir fərdin xüsusiyyət və meyllərini inkişaf etdirir və onları Onun işi üçün yararlı alətə çevirirlər.Beləliklə, biz Yaradan sevgisinin mahiyyətini insanın digər insana münasibətində təzahür edən sevgi xüsusiyyətlərindən anlamalıyıq. Yaradan sevgisi mütləq şəkildə məhz bu xüsusiyyətlər vasitəsilə verilir, çünki başlanğıcda onlar insanda yalnız Onun naminə həkk olunmuşdur.”


  1. Baal Sulam. “Mal-qaranın Toplanması Zamanı Deyil” 

“İnsan özünü cəmiyyətdən ayırmamalı və özü üçün istəməməlidir, hətta Yaradanına zövq vermək üçün belə, yalnız bütün cəmiyyət üçün istəməlidir. Öz canı üçün xüsusi olaraq istəmək üçün cəmiyyətdən ayrılan şəxs qurmaz. Əksinə, o, öz canına zərər yetirər, necə ki (Midraş Raba, 7-ci fəsil, 6-cı maddə) deyilir: “Təkəbbürlü olan hər kəs...” Çünki təkəbbür libası olmadan cəmiyyətdən ayrılan olmaz. Vay onun halına, çünki o, öz canına zərər vurur. Hətta iş zamanı da, insan tək dua edəndə, istəmədən də olsa, cəmiyyətdən ayrılır və öz canını zədələyir. İsrail oğullarından heç kimdə şəxsi bir şey tələb etmək üçün oyanış belə olmamışdı, çünki heç kim özünü ayrı varlıq kimi hiss etmirdi və heç kimin heç nəyə ehtiyacı yox idi. Onların Misirdən qüdrətli əl ilə çıxmalarının gücü də məhz bu idi.Buna görə də hər kəs dua zamanı və işdə Yaradan qarşısında hər bir yalvarışında bütün gücü ilə özünü İsrailin bütövlüyünə daxil etməlidir. O, özünü tək olanın — bütün İsrailin kökünə daxil etməlidir.”


4. Rabaş. Məqalə 4 (1984) Onlar Hər Kəsə Yoldaşı Kimi Kömək etdilər

“Hamıya məxsus olan bir şey var — əhval‑ruhiyyə. Deyilir: ‘Ürəkdə bir nigaranlıq varsa, onu başqaları ilə danışsın.’ Bu ona görədir ki, yüksək əhval məsələsində nə sərvət, nə də bilik kömək edə bilər. Əksinə, bir insan digərinə onun yoldaşının ruh düşkünlüyündə olduğunu görərək kömək edə bilər. Yazılıb: ‘İnsanın həbsdən özünü çıxarması mümkün deyil’ Əksinə, yoldaşı onun ruhunu qaldıra bilər. Bu o deməkdir ki, yoldaşı onu bu vəziyyətindən canlılıq vəziyyətinə köçürür. Sonra insan yenidən güc və həyat və sərvətə inam qazanmağa başlayır və elə bil məqsədi indi ona yaxınlaşmışdır. Belə çıxır ki, hər kəs diqqətli olmalı və yoldaşının  ruhunu yüksəltmək üçün necə kömək edə biləcəyini düşünməlidir, çünki ruhlar məsələsində hər kəs yoldaşıında doldura biləcəyi bir ehtiyac yeri tapa bilər.


  1. Baal Sulam. “Arvut” [Qarşılıqlı Zaminlik], 17–18

“Bütün İsrail bir-birinə görə məsuldur – həm müsbət tərəfdən, həm də mənfi tərəfdən. Müsbət tərəfdən, əgər onlar Arvutu elə səviyyədə qoruyurlarsa ki, hər biri yoldaşılarının qayğısına qalır və onların ehtiyaclarını ödəyir, onda onlar Tövrat və ehkamları tam şəkildə yerinə yetirə bilərlər, yəni Yaradanlarına razılıq gətirmək üçün, “Matan Tövrat”, 13-cü maddədə deyildiyi kimi.Mənfi tərəfdən isə, əgər xalqın bir hissəsi Arvutu qorumaq istəmirsə və özünə sevgi içində çabalayırsa, onlar xalqın qalan hissəsinin də öz çirkinlik və alçaqlığında batıb qalmasına səbəb olur və onların bu çirkinlikdən çıxış yolu tapmasına mane olurlar.Buna görə də Tanna Arvutu belə bir məsəl ilə izah edir: iki nəfər qayıqda idi və onlardan biri qayıqda deşik açmağa başladı. Dostu ona dedi: “Nə üçün deşik açırsan?” O cavab verdi: “Sənə nə? Mən öz altımda deşik açıram, sənin altında yox.” O isə dedi: “Axmaq! Biz ikimiz də birlikdə bu qayıqda batacağıq!””