"Xevruta" - 5-ci dərsə uyğun olaraq. Orijinal Kabalistik kitablarda olan ruhani güc
Orijinal Kabalistik kitablarda olan ruhani güc
“Xevruta” – 5-ci dərsin ardınca:
Həqiqi kabala kitablarında mövcud olan ruhani güc.
Kabalanın dili – Kök və Budaqlar dili.
Seminar
Dairə qaydaları
Ötən dərsdən təəssüratlarımızı bölüşək:
Son dərsdə sənin üçün ən yadda qalan məqam nə oldu?
Hansı fikir və ya anlayış sənə ən çox toxundu və ya təsir etdi?
“Kabala hikməti bizim cismani dünyamızdan heç nə demir.”
— Baal Sulam, “Azadlıq”
Kabalanın dili – Kök və Budaqlar dili
“Aşağı dünyada reallığın hər hansı bir elementi və ya reallıqda baş verən elə bir hadisə yoxdur ki, onun bənzəri yuxarı dünyada olmasın; iki su damcısı kimi . Və onlara ‘kök və budaq’ deyilir. Bu o deməkdir ki, aşağı dünyadakı şey, daha yuxarı dünyada olan, aşağı elementin kökü sayılan nümunəsinin budağı hesab olunur, çünki aşağı dünyadakı həmin şey oradan iz salınaraq həkk olunmuş və yaranmışdır. Müdriklərimizin ‘Aşağıda elə bir ot saplağı yoxdur ki, yuxarıda onun bir talehi və bir qoruyucusu olmasın, hansı ki, ona vurub “Böyü!” deməsin!’- deməklə nəzərdə tutduqları da buydu!”
— Baal Sulam, “Kabala hikmətinin mahiyyəti”
“Yadda saxlamalıyıq ki, kabalanın bütün hikməti zaman və məkan tutmayan ruhani məsələlər üzərində qurulub. Onlar dəyişməyə və yoxluğa tabe deyillər və bu hikmətdə danışılan bütün dəyişikliklər, birinci formanın yox olub başqa bir forma ilə əvəzlənməsini ifadə etmir. Yuxarıdakı dəyişiklik, əksinə, əlavə bir formanın artmasını ifadə edir, halbuki birinci forma öz yerindən tərpənmir, çünki yoxluq və dəyişiklik cismani davranışlardır…
…Bu, başlanğıc səviyyəsində olanlar üçün çətindir, çünki onlar məsələləri cismani sərhədlər – zaman, məkan, dəyişmə və dəyişdirmə vasitəsilə qavrayırlar. Halbuki müəlliflər bunlardan yalnız yuxarı köklərə işarə etmək üçün nişanələr kimi istifadə ediblər.
Bu səbəbdən, mən hər bir sözə zaman, məkan və dəyişmədən ayrılmış ruhani mahiyyətini verməyə çalışacağam.
Oxucuların üzərinə düşür ki, bu sözlərin mənasını yaxşı yadda saxlasınlar, çünki onları hər dəfə təkrar etmək mümkün deyil.”
— Baal Sulam, “On Sfirotun Tədrisi”, 1-ci hissə, 1-ci fəsil, “Daxili Nur”
Seminar sualı:
Niyə Baal Sulam “On Sfirotun Tədrisi”ni məhz bu cür girişlə açmağı seçdi?
Çünki – [düzgün cavabı seçin]:
1/ Kabala kitabları bizim dünyamızdan götürülmüş nümunələrlə doludur və bu çaşqınlıq yarada bilər.
2/ Sözlərimiz yalnız bu dünyanın reallığını təsvir etdiyi üçün, fərqli bir reallığı təsvir edən sözləri başa düşmək bizim üçün çətindir.
3/ Köklərlə budaqlar arasındakı əlaqələri bilmirik.
BÜTÜN CAVABLAR DÜZGÜNDÜR!
Kabala lüğətindən nümunələr
Baal Sulam, “On Sfirotun Tədrisi”, “Sözlərin mənası üzrə sual və cavablar”:
“Yaradan” nədir (1-ci hissə, “Daxili təfəkkür”, 18)
“Yaradan” adı yalnız yeniliyə, yəni “yoxdan varın” yaradılmasına aiddir; bu da klinin materiyasıdır və hər bir mahiyyətdə “almaq istəyi” kimi müəyyən edilir. O, yaradılışdan əvvəl Onun Öz mahiyyətində zəruri olaraq yox idi.
“Bitişmə” nədir (1-ci hissə, 1-ci fəsil, “Daxili Nur”, 30)
Ruhani obyertləri bir-birinə yaxınlaşdıran və bir-birinə bağlayan forma bənzərliyidir; forma fərqliliyi isə onları bir-birindən uzaqlaşdırır.
“Zaman” nədir (1-ci hissə, “Daxili təfəkkür”, 34)
Bu, səbəb və nəticə ardıcıllığı ilə bir-birindən törəyib bir-birinə qarışan müəyyən mərhələlər toplusudur; günlər, aylar və illər kimi.
“Məkan” nədir (1-ci hissə, “Daxili təfəkkür”, 11)
Yaradılmış varlıqda “almaq istəyi” onun içindəki bütün bolluq və nur üçün “məkan”dır.
Maddi aləm nədir
Beş duyğu ilə təsvir edilən və qavranılan, yaxud məkan və zaman tutan hər şey “maddi aləm” adlanır.
Ruhani aləm nədir
Kabala kitablarında təqdim olunan “ruhaniyyət” termini cismani hadisələrdən – yəni zaman, məkan, təxəyyül və s.-dən uzaq olmasını bildirir. Bəzən bu, yalnız klidəki Ali nuru ifadə edir, baxmayaraq ki, kli də hər mənada ruhani sayılır.
Kabala Elminin dörd dili
İncil dili — onun adları və adlandırmaları.
Alaxa (qanunlar) dili — quruluş və üslub baxımından İncilin dilinə çox yaxındır.
Əfsanələr (Aqada) dili — İncil üslubundan uzaqdır; o, hiss edilən reallığa riayət etmir. Qəribə adlar və rəmzlərdən istifadə edir və anlayışları kök və budaq sistemi vasitəsilə izah etmir.
Sfirot və Parsufim dili — ruhani strukturları təsvir etmək üçün istifadə olunan ən dəqiq və texniki dildir.
İncil dili
Bu dilin iki üstünlüyü və bir çatışmazlığı var.
1-ci üstünlük: Anlamaq asandır və hətta yeni başlayanlar dərhal ehtiyac duyduqları hər şeyi anlayırlar.
2-ci üstünlük: O, məsələləri bütün digər dillərdən daha geniş və daha dərindən aydınlaşdırır.
Bir çatışmazlıq: O, səbəb-nəticə ardıcıllığında xüsusi məsələləri və ya əlaqələri müzakirə etmək üçün istifadə edilə bilməz, çünki hər bir məsələ tam ölçüdə açıqlanmalıdır...
Həmçinin xeyir-duaların dili də İncil dilindən götürülüb.”
- Baal Sulam “Kabalanın Tədrisi və Onun Mahiyyəti”
İncil dili
“Başlanğıcda Allah göyləri və yeri yaratdı.”
Bu, işdə olan iki qüvvəni təsvir edir:
- vermək istəyi, və
- almaq istəyi (eqo).
Məxluq Yaradan səviyyəsinə çatmaq üçün bu iki qüvvənin birini deyil, birlikdə istifadə edir.
“Alaxa (Qanunlar) dili
Bu dil İncil dilindən götürülüb, orada təqdim olunan qanunların köklərinə görə. Onun İncil dilindən bir üstünlüyü var – hər bir məsələni çox geniş izah edir və buna görə yuxarı köklərə daha dəqiq işarə edir.
İncil dili ilə müqayisədə onun böyük çatışmazlığı ondan ibarətdir ki, onu anlamaq çox çətindir.”
- Baal Sulam “Kabalanın Tədrisi və Onun Mahiyyəti”
“Aqada (Əfsanələr) dili
Əfsanələr dili istənilən mənaya mükəmməl uyğun gələn alleqoriyalar vasitəsilə anlamaq üçün asandır. Səthi baxışda, o, hətta İncil dilindən də asan görünür. Lakin tam anlama üçün, çox çətin dildir, çünki o, kök və budaq ardıcıllığında danışmaqla məhdudlaşmır, yalnız alleqoriyalar və möcüzəli zəkayla danışır. Bununla belə, o, məsələlərin öz-özünə olan mahiyyətinə aid çətin və qəribə anlayışları həll etməkdə çox zəngindir; bu anlayışları İncil və qanunlar dillərində izah etmək mümkün deyil.”
Zoar kitabının dili
“Ravvin Elazar Ravvin Yosi ilə görüşməyə getdi, Ravvin Şimonun oğlu, Lakuniyanın oğlu, qayınatası, və Ravvin Aba onunla idi. Bir adam onların eşşəklərini sürürdü, yəni eşşəkləri aparırdı…
…‘Sürmək’ iynələmək deməkdir, çünki bu, eşşək sürənə verilən ləqəbdir, onun adəti eşşəkləri çubuq ilə iynələmək idi ki, daha tez getsinlər. Ravvin Aba dedi: “Gəlin Tövratın qapılarını açaq, çünki indi yollarımızın düzəlməsi üçün vaxt və saatdır.””
- Zoar kitabı, Sulam [Nərdivan] Şərhi ilə, Zoar kitabına Ön söz, “Eşşək sürən,” bənd 74
Kabala Elminin dili
“Kabalistlərin dili sözün tam mənasında bir dildir – həm kök və budaq baxımından, həm də səbəb və nəticə baxımından çox dəqiqdir. Onun unikallığı odur ki, bu dildə ən incə detalları heç bir məhdudiyyət olmadan ifadə etmək mümkündür. Həmçinin, onunla arzu olunan məsələyə birbaşa yaxınlaşmaq mümkündür, əvvəlki və sonrakı ilə bağlamağa ehtiyac olmadan.
...Lakin onu öz ağlı ilə anlayan bir müdrikdən almaqdan başqa ,demək olar ki, heç cür dərk etmək mümkün deyil.. Bu o deməkdir ki, pillələri aşağıdan yuxarıya və yuxarıdan aşağıya öz ağlı ilə anlayan biri belə, öz müəllimindən üzbəüz almış bir müdrikdən almayınca bu dildə heç nə başa düşməyəcək.”
- Baal Sulam “Kabalanın Tədrisi və Onun Mahiyyəti”
Videodan parça - 2
“Beləliklə, bu dörd dilin hamısı — hamısı — kabala elminin və Yaradanın dərkinin bir hissəsidir. Elə deyil ki, bir dil nəyisə hekayələr vasitəsilə izah edir, digəri tarixlə məşğul olur, digəri psixologiya ilə, və yalnız kabala dili gizli sahəyə aiddir. Xeyr. Bu dillərin hamısı Yaradanın yaradılmışlara aşkarlanması haqqında danışır — yalnız müxtəlif üslublarda, səviyyələrdə və aspektlərdə. Onların hamısı bizdən gizli olanı təsvir edir.”
— Rav Mixael Laytman
NÖVBƏTİ DƏRSİN MÖVZUSU
Dərs 5 — 21 dekabr 2025
Kabalanın tarixi və ötürülməsi
Kabalist kimdir?
Kabalanın inkişafında əsas mərhələlər.
İnsan tarixi ilə ruhani təkamül arasındakı əlaqə.
Həqiqi kabalanın nəsillər boyunca ötürülməsi.