Kabala Hikmətinin Əsasları — Ətraflı Kurs Proqramı
Bu əsas proqram tələbələri Kabalanın orijinal müdrikliyinə Rav Yehuda Aşlaq (Baal Sulam), Rav Barux Şalom Levi Aşlaq (Rabaş) və Rav Dr. Mixael Laytmanın izahları vasitəsilə tanış edir. Kurs Kabalanın əsas anlayışlarını, yaradılışın məqsədini, ruhun təbiətini, reallığın qavranılmasını, ruhani qanunları, qrup işi və praktiki daxili inkişafı — orijinal mənbələr əsasında araşdırır.
BNEY BARUX KABALA AKADEMİYASI
Qlobal Kurs 2025/26
Kabala Hikmətinin Əsasları — Tam Kurs Proqramı
Kursa Baxış
Bu əsas proqram tələbələri Rav Yehuda Aşlaq (Baal Sulam), Rav Barux Şalom Levi Aşlaq (Rabaş) və Rav Dr. Mixael Laytmanın izahları vasitəsilə orijinal Kabalanın hikmətini tanıtdırır.
Kurs Kabalanın əsas konsepsiyalarını, yaradılışın məqsədini, ruhun təbiətini, reallığın qavranmasını, ruhani qanunları, qrup işini və praktiki daxili inkişafı - orijinal mənbələr əsasında - araşdırır.
Kursun Məqsədləri
Tələbələr:
- Orijinal Kabalanın əsas konsepsiyalarını öyrənəcək.
- Əsas Kabalistik mənbələrlə tanış olacaq.
- Ruhani nailiyyət yolunu anlayacaq.
- Kabalanın bu günün qlobal reallığında nə qədər aktual olduğunu kəşf edəcək.
Öyrənmə Nəticələri
Proqramın sonunda tələbələr:
- Kabalanın əsas termin və prinsiplərini anlayacaq və tərif edəcək.
- Orijinal Kabala mətnlərini necə oxumağı və onlara münasibət bildirməyi biləcək.
- Şəxsi ruhani inkişaf üçün vasitələr əldə edəcək.
- Həyatın məqsədi haqqında fundamental suallara cavab alacaq.
SEMESTR I
Noyabr 2025 – Fevral 2026
Dərs 1 — 9 Noyabr 2025
İnsan Təbiətinin Əsas Qanunları
- İnsan təbiətini nə idarə edir?
- Düşüncələr və istəklər haradan gəlir?
- Yaradılışın əsas tikinti blokları: zövq almaq istəyi.
- Niyə orijinal Kabala öyrənilməlidir və o, niyə bu gün xüsusilə aktualdır?
Dərs 2 — 16 Noyabr 2025
Kabala Hikmətinin Mahiyyəti
- Yaradılış fikri və onun məqsədi.
- Təsadüf yoxsa dizayn — reallığın arxasında istiqamətləndirici sistem varmı?
- Əsas konsepsiyalar: Nur, Kli (qab), Yaradan, qəlbdə nöqtə, təbiət.
- Orijinal Kabala mənbələrinə giriş.
Dərs 3 — 23 Noyabr 2025
Üç OX Modeli
- Kabala hikmətinə görə yaradılışın prosesinin qürülüşü.
- Tarix boyu insan istəklərinin inkişafı.
- “Qaranlıq üzərində nurun üstünlüyü” — onun mənası və açdığı ruhani qanun.
- Ruhani dünyanı necə hiss etməyə başlayırıq və daxil oluruq.
Dərs 4 — 30 Noyabr 2025
Reallığın Qavranması
- Beş duyğu ilə qavradığımız tam reallıqdırmı?
- Kabala niyə “gizli hikmət” adlanır?
- Elmi inkişaflar və insanın qavranyışındakı dəyişikliklər.
- Niyyətin gizli qanunu.
- Forma bənzərliyi qanunu.
Dərs 5 — 7 Dekabr 2025
Kabalanın Tarixi və Yayılması
- Kabalist kimdir?
- Kabalanın inkişafındakı əsas mərhələlər.
- İnsan tarixi ilə ruhani inkişaf arasındakı əlaqə.
- Orijinal Kabalanın nəsildən-nəslə necə ötürülüb.
Dərs 6 — 14 Dekabr 2025
Kabala Mətnlərinin Gücü
- Budaqlar və köklərin dili.
- Kabala mətnlərinin içindəki “ruhani qüvvə” nədir?
- Təhsil necə ruhu oyadır və insanın məqsədini yerinə yetirir.
- Kabala mətnlərində istifadə olunan dörd dil — fərqlər və məna.
Dərs 7 — 21 Dekabr 2025
Seçim Azadlığı
- Azad seçim varmı? Əgər varsa, nədə?
- İnsan inkişafında dörd faktor.
- Mühitinin ruhani inkişafdakı rolu.
- “Hər şey əvvəldən müəyyən edilmişdir və icazə verilir” — məna və kontekst.
Dərs 8 — 28 Dekabr 2025
Bədən, Ruh və Reinkarnasiya
- Kabalaya görə ruh nədir?
- Konsepsiyalar: bədən, ağıl, ruh və reinkarnasiya — bunlar necə əlaqəlidir?
- Adam Rişonun ruhani sistemi.
- “Parçalanma” və “Bilik Ağacı” hekayəsinin mənası.
Dərs 9 — 4 Yanvar 2026
Kabalanın Unikallığı
- Orijinal Kabalanı digər ruhani ənənələrdən və təlimlərdən nə fərqləndirir?
- Əsas prinsiplər və Kabala üsulunun unikallığı.
Dərs 10 — 11 Yanvar 2026
İlk Tam Mətn Tədris Sessiyası: “Ondan Başqa Heç Kim Yoxdur” — Daxili əməlin Əsasları
- Baal Sulam -Şamati, Məqalə No. 1-in yönləndirilmiş təlimi: “Ondan Başqa Heç Kim Yoxdur”.
- Orijinal Kabalaya görə ruhani daxili əməlin əsas prinsipləri, .
- Həyatın çətinliklərinə düzgün yanaşma formalaşdırmaq və reallığa doğru münasibət qurmaq necədir.
Dərs 11 — 18 Yanvar 2026
Parçalanmadan İslaha
- Adam Rişonun ruhu, onun parçalanması və islahı.
- Bizim ruhani işimizin Adam Rişonun ruhu ilə əlaqəsi necədir.
Dərs 12 — 25 Yanvar 2026
Qlobal Bney Barux Təşkilatı
- Kiçik bir tədris qrupundan qlobal bir hərəkat.
- Ümumdünya tələbə ittifaqı- "Dünya Kli"-sinin təqdimatı
Dərs 13 — 15 Fevral 1,8,15 2026 Ümumdünya Kabala Konqresinə hazırlıq
- Konqreslərin ruhani mənasını anlamaq.
- Qrup olaraq daxilən necə hazırlaşmaq olar.
- İştirakın niyyətini və gözləntilərini təyin etmək.
SEMESTR II
Fevral 2026 – May 2026
Dərs 16 — 22 Fevral 2026
Konvensiyadan Sonra — İnteqrasiya və Yola xəritəsi
- Konqresdən ruhani təəssüratları əks etdirmək.
- Şəxsi qənaətlər və sualları dəqiqləşdirmək.
- İkinci semestr üçün yol xəritəsi və niyyət.
Dərs 17 — 1 Mart 2026
Birbaşa Nurun Dörd Mərhələsi— Ali aləmlərin quruluşu
- Almaq istəyi yuxarıdan aşağıya necə inkişaf edir?
- Dörd mərhələni (Bxinot) anlamaq.
- Ruhani aləmlər və bizim dünyamız arasındakı əlaqə.
Dərs 18 — 8 Mart 2026
“Zoar” Kitabını Kəşf Etmək
- Niyə “Zoar” Kitabı ən güclü Kabbala mətnləri hesab edilir.
- Onun yazılması və açılmasının ilhamverici hekayəsi.
- Rav Yehuda Aşlaqın (Baal Sulam) “Sulam” şərhini anlamaq.
- “Zohar Kitabını” açan bizim xüsusi nəşrimiz olan “Hər kəs üçün Zoar” kitabını tədqiq etmək.
- “Zoar Kitabına Girişi” birgə oxumaq.
Dərs 19 — 15 Mart 2026
“On Sfirotun Tədrisi” — Yaradılışın Planı
- Baal Sulamın fundamental əsəri olan “On Sfirotun Tədrisi”- ARİ-nin (Rav İsaak Luriyanın) yazılarına geniş şərhə giriş.
- On Sfirotun yaradılışın strukturundakı funksiyasının tədqiqi.
- Ruhun konsepsiyasını və onun təzahürü üçün ruhani qabın (Kli) qurulması prosesini izah etmək.
- On Sfirotun Tədrisindən seçilmiş parçalarla davamlı oxu və əlaqə.
Dərs 20 — 22 Mart 2026
“Mən Əks Dünyanı Görəcəyəm” — Tövrat Hekayələrinin Daxili Mənası
- Kabala ilə Tövrat hekayələri arasındakı əlaqə.
- İncil narrativlərin arxasındakı ruhani mənanı üzə çıxarmaq.
- Daxili iş prizmasından praktiki misallar.
Dərs 21 — 29 Mart 2026
Kabalada Dua — Daxili Tələbat
- Kabalanın dilində “dua” nədir?
- Müqayisəli dualardan nə ilə fərqlənir?
- Baal Sulam-a görə duanın üç şərti.
- Ruhani irəliləyiş üçün duanı praktik bir vasitə kimi istifadə etmək.
Dərs 22 — 5 Aprel 2026
Kabalada Müəllim — Rolu, Münasibət və Təhsil
- Kim həqiqi bir Kabala müəllimidir?
- Bir Kabalistin şagirdi olmaq nə deməkdir?
- Ruhani biliklər necə ötürülür?
Dərs 23 — 12 Aprel 2026
Nur Yoluyla yoxsa Əzab Yoluyla — Həyat Seçimi
- Əzab üzərindən deyil, şüurlu seçimlə ruhani irəliləyiş.
- Dəstəkləyici ruhani mühitin zəruriliyi.
- Düzgün mühiti necə qurmaq və saxlamaq.
Dərs 24 — 19 Aprel 2026
“Burada Toplandıq” — Ruhani Cəmiyyət Qurmaq (Rabash-ın “Cəmiyyətin Məqsədi” məqaləsi əsasında)
- Ruhani qrupu unikal edən nədir.
- Ruhani qrup işinin qaydaları və prinsipləri.
- Kollektiv daxili inkişaf üçün şərait yaratmaq.
Dərs 25 — 26 Aprel 2026
Məqsədin Ucalığı ilə İrəliləmək
- Məqsədin böyüklüyünün önəmi.
- Səylərin daxili vaciblikdən asılı olması.
- Ruhani məqsədə meyli gücləndirmək.
Dərs 26 — 3 May 2026
“Onluq” Konsepsiyasının İzahatı
- Kabalanın ruhani təcrübə çərçivəsində Onluqda praktik işin tədqiqi.
- “Onluq” konsepsiyasının tərifi və onun mənbələrdəki mənşələri.
- Onluq olaraq birgə iş üçün əsas prinsiplər və münasibətlərə giriş.
Dərs 27 — 10 May 2026
Konqresə Hazırlıq — 1-ci Hissə
- Bağlantı üçün ürəyi hazırlamaq.
- Birliyə niyyətin təyin edilməsi.
Dərs 28 — 17 May 2026
Konqresə Hazırlıq — 2-ci Hissə
- Qarşılıqlı dəstəyi gücləndirmək.
- Yığıncaqdan əvvəl praktik məşqlər.
Dərs 29 — 24 May 2026
Konqresə Hazırlıq — 3-cü Hissə
- Niyyət və əlaqənin son uyğunlaşdırılması.
- Müştərək ruhani qab qurmaq.
Dərs 30 — 31 May 2026
Kursu Bitirmə və İnkişaf etmiş tədris
- Kursun xülasəsi və təhsil səyahətinə şəxsi təsir.
- Bney Barux təhsil cəmiyyətinə giriş və Onluq-əsaslı təhsilə doğru irəli.
- Qlobal Bney Barux icmasına isti salam!
Təhsilə doğru irəli: Bney Barux Təhsil Cəmiyyətində Birlikdə Böyümək
Bu proqram, orijinal Kabalanın praktik tətbiqini irəlilədir. İştirakçılar, giriş proqramında öyrənilən əsas prinsipləri daha dərindən anlayır və onları gündəlik həyatda və qarşılıqlı münasibətlərdə tətbiq edə biləcəklər.
Proqram Fəaliyyətləri
- Baal Sulam və Rabaşın əsas yazılarının sistematik tədrisi.
- Qrup və bağlantıda yönləndirilmiş təcrübi məşqlər.
- Gündəlik vəziyyətlərdə Kabalistik prinsiplərin tətbiqi.
- Dəstəkləyici və böyüməyə yönəldilmiş bir mühitin tədricən inkişafı.
Öyrənmə Məqsədləri
Daimi iştirak yolu ilə tələbələr:
- Ruhani inkişaf üçün vacib alətləri tətbiq etməkdə səriştə qazanacaqlar.
- Əsas Kabalistik mətnləri oxumaqda və onlarla işləməkdə inam qazanacaqlar.
- Daxili iş və kollektivi təcrübə bacarıqlarını inkişaf etdirəcəklər.
- Ruhani 'Onluq' -da iştirakında tələb olunan xüsusiyyət və münasibətləri gücləndirəcəklər.