Dərs 4: Reallığın qavranılması

Dərs 4: Reallığın qavranılması

Burada sual edirik ki, bizim qavrayışımız yeganə reallıqdırmı? Dərsdə Kabalanın niyə 'gizli hikmət' kimi tanındığı araşdırılır və reallığın əlavə təbəqələri açıqlanır. Heyvanlar, adi insanlar və Kabalistlər arasındakı qavrayış fərqlərini öyrənin. Elmi tərəqqinin reallığı dərk etmə tərzimizi necə dəyişdirdiyini nəzərdən keçirin. Kabalada 'niyyət' adlı gizli qanunu aşkar edin və 'forma bənzərliyi qanununu anlayın.

Dərs məzmunu
Materiallar
  • Beş hissimiz vasitəsilə qavradığımız reallıq var olan yeganə reallıqdırmı? Niyə Kabalanın hikməti 'gizli hikmət' adlanır? Reallığın əlavə qatları varmı? 
  • Heyvanların, adi insanların və Kabalistlərin reallığı qavraması arasında nə fərq var?
  • İnkişafın icmalı: Elmi inkişaf fonunda insanların reallığı qavrama baxışı necə dəyişib?
  • Kabalanın hikmətindəki gizli qanun—“niyyət”.
  • “Formaların bənzərliyi qanunu” nədir?

 

Almaq istəyi “reallığı qavrama” mexanizmini idarə edən daxili proqramdır. Biz görmək istədiyimizi görürük. Ruhani reallığı qavramaq üçün, reallığı qavrayışımızın proqramını dəyişdirməliyik, yəni, almaq istəyini.

“Formaların oxşarlığı qanununa” görə, ruhani reallığı qavramaq üçün, almaq istəyində ruhaniyyətə həssaslıq, bəxş etmək, vermək niyyəti inkişaf etdirməliyik.
 

Dərs 4.Reallığın qavrayışı 


Dərsdə biz öyrənəcəyik:

Reallıq nədir?
Reallığı necə dərk edirik?
Ruhani reallıq nədir?
Ruhani reallığı hansı hiss orqanları ilə dərk edirik?



Biz nəyə fokuslanırıqsa, onu görürük.
Və nəyə fokuslanmırıqsa… onu görmürük.
Reallığı selektiv şəkildə dərk edirik.
Ətrafımızda baş verən, tamamilə xəbərsiz olduğumuz çox şey var.



Həyatda gözdən qaçırdığımız şeylər varmı?
Onları qaçırmağımıza səbəb olan fokusumuz nədədir?
“Böyük mənzərə”ni görməyimizə nə mane olur?
Reallığı dərk etmə tərzimizi necə genişləndirə bilərik?


Elmə görə:

İnsanın beyni hər an 4 milyard bit məlumatla üz-üzə qalır, lakin biz onlardan təxminən cəmi 2000-ni dərk edirik.
İnsanda təxminən 30 000 gen var və biz onların funksiyalarının yalnız təxminən 5%-ni bilirik.
Beynimizin yaddaş tutumunun cəmi 3–5%-dən istifadə edirik.
Eşitmə diapazonumuz təxminən 16 Hz–20 000 Hz aralığı ilə məhdudlaşır.


Reallığın qavranılmasına fərqli yanaşmalar:

Nyuton — reallıq sabitdir və dəyişməzdir.
Eynşteyn — reallıq nisbidir və müşahidəçinin mövqeyindən və sürətindən asılıdır.
Kvant fizikası — reallıq mənzərəsi müşahidəçidən asılı olaraq dəyişir.
Kabala müdrikliyi…?


 Kabala müdrikliyinə görə reallığın qavrayışı :

Bizim reallıq qavrayışımız subyektivdir.
Kabala müdrikliynə görə, insan reallığı özü yaradır.



«Biz hər şeyi sanki qarşımızda görsək də, ağlı başında olan hər bir insan dəqiq bilir ki, gördüyümüz hər şey yalnız öz beynimizin daxilindədir».

  • Baal HaSulam, “Zoar Kitabına Giriş”, s.34



«Məsələn, görmə hissimizi götürək: qarşımızda möhtəşəm şəkildə dolu, geniş bir dünya görürük. Amma əslində isə biz bütün bunların hamısını yalnız öz daxilimizdə görürük. Başqa sözlə, arxa beynimizdə elə bir fotoaparat vardır ki, bizə görünən hər şeyi təsvir edir və bizim xaricimizdə heç nə yoxdur.

O, bizim beynimizin içində elə cilalanmış bir güzgü yaratmışdır ki, orada görünən hər şeyi tərsinə çevirir ki, biz də onu beynimizin xaricində, üzümüzün qarşısında görək».

  • Baal Sulam, “Zoar Kitabına Giriş”, s.34


    «İstək insanın “öz mən”idir».

  • Baal HaSulam, “Şamati”, 153-cü məqalə


     

  • «Sanki turpun içində doğulmuş bir qurd kimidir. O, orada yaşayır və düşünür ki, Yaradanın dünyası elə onun doğulduğu turp kimi acı, qaranlıq və kiçikdir…

    Amma elə ki, turpun qabığını deşib çölə boylanır, heyrətlə belə deyir: “Elə bilirdim ki, bütün dünya mənim doğulduğum turp kimidir, indi isə qarşımda nə qədər böyük, gözəl və möcüzəli bir dünya görürəm!”»

    Elə bunun kimi də, doğulduqları almaq qabığının içində batmış olanlar […] əgər doğulduqları almaq istəyi qabığını sındırmağa çalışsalar və vermək istəyini qəbul etsələr, dərhal gözləri açılar, onlar üçün ruhani aləmlərdə onlar üçün hazırlanmış bütün hikmət, ağıl və aydın düşüncə dərəcələrini görüb dərk edərdilər».

  • Baal Sulam, “Zoar Kitabına Giriş”, s.40


     

  • «Bütün aləmlər, yuxarı və aşağı, insanın içində cəmlənib. Və həmçinin, bu aləmlərdə olan bütün reallıq da yalnız insan üçündür».

  • Baal HaSulam, “Kabala Müdrikliyinə Öncəgirişə Giriş”, s.1