Onluqda İş Kursu - Dərs #36. "Kabala Hikmətinə görə Pesaxın Ruhani Mənası"
Onluqda İş Kursu - Dərs #36. "Kabala Hikmətinə görə Pesaxın Ruhani Mənası"
"Qardaşlarımı axtarıram"
12. Rabaş. Məqalə 3 (1984) "Yoldaşlara sevgi - 1"
«Və o [Yusif] tarlada dolaşarkən bir adam tapdı. Həmin adam ondan soruşdu: “Nə axtarırsan?” O dedi: “Mən qardaşlarımı axtarıram, mənə de, onlar sürülərini harada otarırlar?”»
Budur, insan tarlada dolaşır – bu, dünyaya ruzi verən məhsulun yetişməli olduğu yer deməkdir. Tarladakı iş isə şumlamaq, əkmək və biçməkdir. Və bu barədə deyilib: «Göz yaşı ilə əkənlər, sevinclə biçəcəklər». Və buna «Yaradanın xeyir-dua verdiyi tarla» deyilir.
İnsan tarlada dolaşanda – Baal Sulam izah edir ki, bu, ağıl yolundan azmış insanın xüsusiyyətidir, yəni getməli olduğu yerə aparan həqiqi yolu bilmir, «Tarlada azmış eşşək» ifadəsində olduğu kimi. Və o elə bir vəziyyətə gəlir ki, düşünür ki, çatmalı olduğu Məqsədə heç vaxt çatmayacaq.
«Və həmin adam ondan soruşdu: “Nə axtarırsan?”». Yəni – mən sənə necə kömək edə bilərəm? «O dedi: “Mən qardaşlarımı axtarıram”», yəni mən qardaşlarımla birlikdə olmağım sayəsində, başqa sözlə, yoldaşlara sevginin olduğu bir qrupda olmağım sayəsində, mən Yaradan evinə aparan yola çıxa bilərəm.
Bu yol isə əta etmə yolu adlanır və bu yol bizim təbiətimizə ziddir. Və buna gəlmək üçün yoldaşlara sevgidən başqa bir məsləhət yoxdur, çünki bunun sayəsində hər kəs öz yoldaşına kömək edə bilər.
«Və həmin adam dedi: onlar buradan gediblər». Raşi bunu belə izah edir: «qardaşlıq münasibətlərindən uzaqlaşıblar», yəni səninlə birləşmək istəmirlər. Və bu sonda İsrail xalqının Misir sürgününə girməsinə səbəb oldu. Misirdən çıxmaq üçün isə biz üzərimizə [vəzifə] götürməliyik ki, hamının yoldaşlara sevgidə olmaq istədiyi bir qrupda toplaşaq və bunun sayəsində Misirdən çıxışa və Tövratı almağa layiq olaq.
Misirdən Çıxış Möcüzəsi
197. Rabaş. Məqalə 11 (1990) "Ruhani işdə Xanuka şamdanının girişdən solda yerləşdirilməsi nə deməkdir"
Möcüzə — insanın öz gücü ilə nail ola bilmədiyi, yəni əldə edilməsi qeyri-mümkün olan bir şeyə deyilir. Bu, yuxarıdan gələn bir müdaxilə ilə olmalıdır və yalnız bu halda o, "möcüzə" adlanır.
Buna görə də, insan öz daxilindəki şərin dərki vəziyyətinə gəldikdə — yəni daxilindəki "dünya xalqlarının" (eqoistik arzuların) hökmranlığından çıxa bilmədiyini, daxilindəki "İsrailin" (Yaradan daxilində düz hərəkət edən nöqtənin) onların boyunduruğu altında sürgündə olduğunu hiss etdikdə və bu hökmranlıqdan çıxmaq üçün heç bir imkan görmədikdə — Yaradan onlara kömək edir və onları dünya xalqlarının hakimiyyətindən çıxarır. Əksinə, İsrail xalqı onlara rəhbərlik etməyə başlayır ki, bu da "möcüzə" adlanır.
199. Rabaş. Məqalə 17 (1990) "Paklanmağa gələnə hansı kömək edilir"
İnsan öz təbiətini (alma arzusunu) yalnız Yaradanın köməyi ilə dəyişməyə qadirdir. Yəni, həmin təbiəti O yaradıb və yalnız O dəyişə bilər. Bu, "Misirdən çıxış" adlanır və bu bir möcüzə idi. Buna görə də "gedək" deyilmişdir; yəni Yaradan və Musa "birlikdə getdilər".
İsrail Oğulları İşdən İnildədilər və Fəryad Etdilər
212. Rabaş. Məqalə 11 (1986) "Həqiqi dua"
İnsanın qəlbinin dərinliyindən dua etməsi üçün iki şərt var:
-
Onun işi təbiətinə zidd olmalıdır. Bu o deməkdir ki, o, bütün hərəkətləri yalnız əta etmək (vermək) üçün yerinə yetirmək istəyir və özünə olan sevgidən (eqoizmdən) çıxmaq istəyir — bax, o zaman demək olar ki, onda bir ehtiyac (xisaron) var.
-
İnsan müstəqil şəkildə özünə olan sevgidən çıxmağa çalışdıqda və buna səy göstərdikdə, lakin öz vəziyyətindən bir addım belə tərpənə bilmədikdə. Məhz o zaman Yaradanın ona kömək etməsinə ehtiyac duymağa başlayır. Bax, onda onun duası həqiqidir, çünki o görür ki, öz qüvvəsi ilə hətta ən kiçik bir şeyi belə etməyə qadir deyil.
O zaman Yaradana kömək üçün nida edəndə, onun biliyi işə əsaslanmış olur, necə ki deyilib: "İsrail oğulları işdən inildədilər". Başqa sözlə, Yaradana əta etmə pilləsinə çatmaq istəyərək çalışdıqları və öz təbiətlərindən çıxa bilmədiklərini gördükləri üçün — məhz o zaman qəlbin dərinliyindən dua etdilər.
-
Hamı üçün Zoar. Şmot fəsli. "İniltı, nalə və fəryad" məqaləsi, 354-cü bənd
Nalə ilə fəryad arasında nə fərq var? Fəryad yalnız duada ola bilər, necə ki, deyilib: "Eşit, Yaradan, mənim duama və fəryadıma qulaq ver" , "Sənədir, ey Yaradan, fəryadım", "Sənə fəryad etdim və Sən məni sağaltdın". Beləliklə, fəryad dua sözləri deməkdir.
"Nalə" o deməkdir ki, qışqırır və heç nə demir, – sözsüz. Buna görə nalə onların hamısından daha vacibdir, çünki nalə – qəlbdədir, dua və iniltiyə nisbətən Yaradan’a daha yaxındır, necə ki, deyilib: "O, Mənə nalə ilə qışqıranda, Mən onun naləsini eşidəcəyəm".
İniltı, naləvə fəryad – bunlar düşüncənin, səsin və nitqin təzahürləridir və bu da Bina, Zeir Anpin və Malxutdur. Buna görə də, içində nitq olmayan nalə Yaradan tərəfindən dua nitqindən daha yaxşı qəbul olunur, çünki aşkarlanan nitqə ittihamçıların ilişmək imkanı var. Amma yalnız qışqıranın qəlbində aşkarlanan naləyə ittihamçıların ilişmək imkanı yoxdur. Və o, yalnız inildəyənin düşüncəsində, Binada aşkarlanan iniltidən də daha yaxşı qəbul olunur və onun vasitəsilə aşağı olan Yaradanla lazım olduğu kimi qovuşa bilmir. Buna görə də nalə daha yaxşı qəbul olunur.
Tələskənlik (Hişpazut)
240. Rabaş. Məqalə 13 (1987) "Niyə matsa bayramı «Pesax» adlanır"
Niyə "Pesax" sözü "tələskənlik" (təcililik) mənasını verir? Raşinin izah etdiyi kimi, Pesax tələskənlik adlanır, çünki Yaradan "bir misirlidən digər misirliyə adlayaraq keçirdi, ortadakı İsrail isə xilas olurdu". Görürük ki, "sonun ötürülməsi" (adlanması) Onun sonu sürətləndirməsi deməkdir, sanki vaxt hələ gəlməmişdi. O, tələsdiyi üçün Pesax "tələskənlik" adlanır.
Sanki O, israil oğullarının arasında olan misirlilərin oyanmaması üçün tələsməli idi. Çünki onlar (misir xüsusiyyətləri) üçün islah vaxtı hələ çatmamışdı, buna görə də O tələsdi və xilas edilməsi mümkün olanı xilas etdi. Başqa sözlə, o zaman misirlilər deyil, yalnız "İsrail" xüsusiyyəti islah edildi. Məhz buna görə bu, "tələskənlik" adlanır.
"Bizim mal-qaramız da bizimlə gedəcək..."
252. "Degel Maxane Efraim". Bo fəsli
"Və həmçinin bizim mal-qaramız da bizimlə gedəcək, bir dırnaq belə qalmayacaq..." İnsanın sahib olduğu hər şey — nökərləri, xidmətçiləri, mal-qarası və hətta bütün əşyaları (kelim) — bütün bunlar onun ruhunun kökünə aid olan mənəvi qığılcımlardır və onları öz köklərinə yüksəltmək lazımdır.
Ən aşağıdakı bütün qığılcımlar yaradılışın başlanğıcından sonsuzluğa qədər bir-birinə bağlıdır. Ruhunun kökü həmin qığılcımlara aid olan insan yuxarıya yüksəldikdə, onların hamısı onunla birlikdə yüksəlir. Bütün bunlar insanın həqiqətən (Yaradanla) birlikdə, yəni dvekut (qovuşma) vəziyyətində olması sayəsində baş verir.
Naxşonun Sıçrayışı
261. Şimoni toplusu. Şmot, fəsil 14, bənd 234
İsrail xalqı dəniz kənarında dayananda biri dedi: "Mən getməyəcəyəm", o biri dedi: "Mən getməyəcəyəm" (...) Onlar dayanıb məsləhətləşərkən, Aminadav oğlu Naxşon irəli atılıb dənizin dalğaları arasına tullandı. Onun haqqında deyilib: "Xilas et məni, ey Yaradan, çünki sular ruhuma (boğazıma) çatdı".
262. Rabaş. Məqalə 1 (1986) "Və Musa getdi"
Ruhani işə artıq başlamış insan, "Yaradan mənə ruhaniyyət üçün arzu verənə qədər gözləyəcəyəm" deyə bəhanə gətirmir. Əksinə, o gözləmək istəmir, çünki həqiqətə çatmaq və çalışmaq istəyi onu irəli itələyir; baxmayaraq ki, o, Naxşon kimi müstəqil şəkildə irəliləmək imkanını görmür.
Lakin insan görür ki, bu işi davam etdirə bilmir və qorxur; çünki hazırda çiynində daşıdığı ruhani yük yıxılmağa başlayır. O zaman kömək üçün fəryad edir — axı hər dəfə görür ki, üzərinə götürdüyü yük az qala yerə düşəcək.
Sonuncu Dənizin Yarılması (Kriat Yam Suf)
263. Zoar (hamı üçün). "Beşalax" fəsli. "Və tərpəndi", "və girdi", "və uzatdı" məqaləsi, bənd 178-179
178) İsrail xalqı dəniz kənarında düşərgə saldığı saatda, həm yuxarıda, həm də aşağıda böyük izdihamların, saysız-hesabsız orduların və çoxlu düşərgələrin yığışaraq onların üzərinə gəldiyini gördülər. İsrail öz "darlığından" (sıxıntısından) fəryad etdi.
179) İsrail hər tərəfdən fəlakəti gördüyü həmin saatda — qarşıda coşan dalğaları ilə dəniz durmuşdu, arxalarında misirlilərin saysız izdihamları və düşərgələri var idi, üzərlərində isə bitməyən ittihamçılar yüksəlirdi — onlar nalə edərək Yaradanı çağırdılar.
Misirdən çıxışı tərənnüm etmək
Hamı üçün Zoar. "Bo" fəsli, 179-180-ci bəndlər
-
İnsanın borcu Misirdən çıxışı tərənnüm etməkdir. Və biz belə müəyyən etdik ki, Misirdən çıxış haqqında danışan və bu hekayədən sevinclə dolan hər bir insan gələcək aləmdə Şxina ilə birlikdə sevinəcək. Bu, hər tərəfdən sevincdir – insan öz Sahibi ilə sevindiyi zaman və Yaradan onun hekayəsindən sevindiyi zaman"».
-
«"Bu saatda Yaradan bütün Öz məclisini toplayır və onlara deyir: "Gedin, Oğullarımın Mənə söylədiyi tərifləri dinləyin və Mənim qurtuluşumdan necə sevindiklərinə baxın". Onda onların hamısı toplanır, gedir və İsraillə birləşirlər və onların öz Sahiblərinin qurtuluşundan necə sevindiklərini eşidirlər. Sonra onlar Yaradanın yanına gəlir və bütün bu möcüzələrə və qüdrətli işlərə görə Ona təşəkkür edirlər, və yer üzündə Onun sahib olduğu müqəddəs xalqa görə Ona təşəkkür edirlər – öz Sahiblərinin qurtuluşuna sevinən xalqa"».