Dünya Kabala Konqresinə Hazırlıq "Bir Duada" – 9–11 Oktyabr, 2025

Dünya Kabala Konqresinə Hazırlıq "Bir Duada" – 9–11 Oktyabr, 2025

Dərs məzmunu
Materiallar

Dərs 1. Duanın gücü.

2. Rabaş. Məktub 34
Əsas iş – duadadır. Çünki yalnız dua vasitəsilə insan Çoxluğun hökmündən çıxaraq Bir Olanın hökmünə girə bilər. Dua məsələsində isə kiçiklə böyük bərabərdir. Burada əksinədir – kim öz kiçikliyini, «katnut»unu daha çox hiss edirsə, o, qəlbin dərinliyindən səmimi dua etməyə daha çox qadirdir.

Çünki insan, yalnız öz əməli ilə şər başlanğıcdan xilas ola bilməməyini yaxşı anlayır. Və o zaman o, düşünə bilər ki, yalnız xüsusi istedada və incə sifətlərə malik olan biri, öz gücü ilə nəyəsə nail ola bilər. Amma əslində yalnız istedadsız, hətta gözəl üzə malik olmayan – göylərin mərhəmətinə möhtacdır. Beləliklə, həqiqi dua etməyə məhz belə insan qadirdir.


6. Şamati 57. Onu Öz Arzusuna Yaxınlaşdırar

Lakin bilmək lazımdır ki, dua insanı cəzadan daha çox islah edir. Buna görə də, əgər dua cəzanın əvəzinə aşkarlanarsa, o zaman əzablar götürülür və onların yerini dua tutur ki, bu dua bədəni düzəltsin.Necə ki, müdriklərimiz demişlər: "Layiq oldu – Tövratla islah olundu, layiq olmadı – əzablarla."

Bilmək lazımdır ki, Tövrat yolu əzab yolundan daha uğurlu və daha faydalıdır, çünki ali nuru qəbul edə biləcək kellim (qəbuledici qablar) daha genişdir və onlar vasitəsilə insan Yaradanla birliyə nail ola bilər.

Və bu "Onu məcbur edirlər, ta ki, o deməyincə: ‘İstəyirəm’" sözlərinin mənasıdır. Yəni Yaradan deyir: "Mən aşağıdakıların əməlini istəyirəm."Dua haqqında müdriklərimiz belə demişlər: "Yaradan salehlərin duasını arzulayır." Çünki dua vasitəsilə biz kellim hazırlayırıq ki, Yaradan sonra ali neməti ötürə bilsin, çünki artıq bu neməti qəbul edə biləcək bir kli var.


Dərs 2. Duadan Əvvəl Dua

  1. Rabaş. Məqalə 27 (1991) "Ruhani işdə «birinci hamilə qalan qadın oğlan doğar» nə deməkdir"

 İnsan Yaradana dua edərkən, Onun ona kömək etməsi üçün, o, hər şeydən əvvəl hazırlıq görməli, özünü yoxlamalı və baxmalıdır ki, onun  nəyi var və nəyi çatmır. Və onda Yaradandan nə istəməli olduğunu bilə biləcək ki, O da ona kömək etsin. Və bu haqda belə deyilmişdir: «Dərinliklərdən Sənə səsləndim, Rəbbim».
 

«Dərinliklərdən» – o deməkdir ki, insan o an mövcud ola biləcək ən aşağı bir  yerdədir, deyildiyi kimi: «cəhənnəmin dibində», yəni onun xisaronu aşağı səviyyədədir və o, özünü bütün insanlardan alçaq olduğunu hiss edir.

Yəni o, özünü müqəddəslikdən nə dərəcə uzaq olduğunu hiss edir – yəni digərlərindən də uzaq. Yəni indi onun üçün elə bir kəs yoxdur ki, bu dərəcədə ,həqiqətən - onun bədəninin müqəddəsliyə heç bir aidiyyətinin olmadığını hiss edə bilsin. Və buna görə də həqiqəti görməyən insanlar, müqəddəslikdən nə qədər uzaq olduqlarını, buna uyğun olaraq öz ruhani işləri ilə razı qala bilərlər, halbuki o isə özünün olduğu bu vəziyyətdən əziyyət çəkir.

 


8. Rabaş. Məqalə 10 (1986) “Dua haqqında”

Müdriklər demişlər: “Və xidmət edəcəksiniz – bu, duadır, qəlbin işidir”.
Buradan anlayırıq ki, niyə duanı qəlbin işi adlandırıblar.

Çünki insan çox çalışmalı, öz üzərində işləməlidir – özünü sevməni ləğv etmək, yerinə isə vermək qabını – verə bilən ürəyi qəbul etməlidir.

Beləliklə, əgər insan vermək qablarını qazanmaq istəyirsə, gərək əvvəl-axır özü ilə mübarizə aparsın, öz qəlbini hazırlasın ki, dua edə bilsin. Dua etsin ki, ona vermək gücü bəxş olunsun.


Dərs 3 - Qəlbin dərinliyindən edilən dua üçün şərtlər

  1. Baal HaSulam. Şamati. 209. "Dua üçün üç şərt"
    Dua üçün üç şərt mövcuddur:
     
  2. Yaradanın onu xilas edə biləcəyinə inanmaq; baxmayaraq ki, onun vəziyyəti öz müasirləri arasında hamıdan pisdir, yenə də, görəsən, Yaradanın əli onu xilas etmək üçün qısadırmı? Axı əks halda, belə çıxır ki, «[hətta] Sahibi öz əmlakını — 'kelim'i xilas edə bilmir».
     
  3. Artıq onun heç bir məsləhəti qalmadıqda, yəni onun gücü daxilində olan nə varsa, hamısını etmişdir, lakin yaralarının sağalması baş verməmişdir.
     
  4. Əgər O ona kömək etməzsə, belə bir həyatdan ölüm daha yaxşıdır.
    Və dua — bu, qəlbdəki itkidir. Yəni o nə qədər özünü itiribsə, onun duasının böyüklüyü də o qədərdir. Axı şübhə yoxdur ki, ifratlardan məhrum olanı, ölüm hökmü çıxarılmış və yalnız onun icrasını gözləyən ilə müqayisə etmək olmaz. Və o artıq dəmir qandallarda zəncirlənmişdir, dayanıb həyatına görə dua edib yalvarır. Və şübhə yoxdur ki, o nə yuxulayacaq, nə mürgüləyəcək və nə də həyatına görə etdiyi duadan bir an belə yayınacaq.
    Baal HaSulam. Şamati. 5. "Lişma — yuxarıdan oyadılmadır, bəs aşağıdan oyadılma nə üçündür?"
    Dua kamil olmalıdır. Yəni qəlbin dərinliyindən; bu o deməkdir ki, insan yüz faiz bilir ki, dünyada Yaradanın Özündən başqa ona kömək edə biləcək heç kəs yoxdur. Bəs insan necə bilir ki, ona Yaradanın Özündən başqa kömək edə biləcək heç kəs yoxdur? Bu biliyi insan ancaq o zaman əldə edə bilər ki, ixtiyarında olan bütün güvvələri sərf etmiş və bu ona kömək etməmişdir.
    Ona görə insan «göylər naminə» xüsusiyyətinə layiq olmaq üçün dünyada ola biləcək bütün hərəkətləri etməyə borcludur. Onda o, qəlbin dərinliyindən dua qaldıra biləcək. Və o zaman Yaradan onun duasını eşidir.

    Dərs 4 - Bilikdən yuxarı dua

Rabaş. Məqalə 13 (1985) "Dayağım, Xilasımın Sipəri"
İnsan həmd etməyə başlayanda, görür ki, qəlbi bağlıdır və özünü tamamilə naqisliklərlə dolu hiss edir, və o, nəğmə və həmd oxumaq üçün ağzını belə aça bilmir? O zaman o, nə etməlidir? Məsləhət budur ki, o, biliyin üzərində getsin, desin ki, bütün bunlar – «gizli xasadim»dir. Yəni o deməlidir ki, bütün bunlar – mərhəmətdir, 'xesed'dir, lakin bu, ondan gizlədilib, çünki o hələ Yaradanın Öz məxluqları üçün hazırladığı xeyir və həzzi görməyə qadir deyil.
Və sonra, o, Yaradanı mədh etdikdən sonra, yəni o, biliyin üzərində inandıqda ki, bütün bunlar xeyir və mərhəmətdir, o, yalvarmalıdır ki, Yaradan onun qəlbini islah etsin. Belə olduqda , «Dua Evim» olsun, yəni, orada Yaradanın mərhəməti aşkar olacaq və buna «açıq xasadim» deyilir.


Rabaş. Məqalə 5 (1990) "Ruhani işdə insan yaradılmayana qədər torpaq bəhrə vermirdi" nə deməkdir.
Biz inanmalıyıq ki, «Sən bütün ağızların duasını eşidirsən», necə ki, biz duada deyirik: «Sən bütün ağızların duasını eşidirsən». Bu halda Yaradan sənin də duanı eşitməlidir. Və hətta, əgər O, bütün ağızların duasını eşitmirsə, o zaman sənə nə üçün dua etmək lazımdır?
Və o zaman, insan belə bir vəziyyətə gəldikdə, deyə bilər ki, o, biliyin üzərində gedir. Yəni, baxmayaraq ki, bilik vacib bir şeydir və o görür ki, bədən biliklə danışır, yenə də insan deməlidir ki, biliyin üzərində getmək lazımdır. Yəni, baxmayaraq ki, burada biz ziddiyyət görürük, məsələn,o,dəfələrlə  dua edib və duasına heç bir cavab almayıb, amma o zaman, bunu  dəf edərək biliyin üzərində gedəndə, buna «bilik üzərində inam» deyilir.


Dərs 5 – Onluqda dua

Rabaş. Məqalə 15 (1986) "Çoxluğun duası"
Gəlin anlayaraq görək, Çoxluğun duasının əhəmiyyəti nədədir, necə ki, deyilib: «Mən Öz xalqımın arasında yaşayıram», Zoar kitabında bunun haqqında deyilir: «Və buna görə insan heç vaxt xalqdan ayrılmamalıdır, çünki Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində birlikdədir». Bunun mənası ondadır ki, əgər insan Yaradana dua edirsə ki, O, ona verməyə məxsus kelim versin, necə ki, müdriklərimiz demişlər: «Necə ki, O, mərhəmətlidir, sən də mərhəmətli ol», onda insan bütün cəmiyyət üçün dua etməlidir. Çünki o zaman aydın olur ki, onun niyyəti – Yaradanın ona saf vermək kelimləri verməsi üçündür, necə ki, yuxarıda deyilmişdir: «Çünki Yaradanın mərhəməti həmişə bütün xalqın üzərində birlikdədir». Məlum olduğu kimi, «yuxarıdan yarım şey verilmir», yəni yuxarıdan aşağıya xeyir verildikdə, o, bütün cəmiyyət üçün nəzərdə tutulur.
 


  1. "Hamı üçün Zoar". Vayehi fəsli. Məqalə "Qoy yığılsınlar və sizə xəbər verim"
    Dünyanın bütün duaları, yəni çoxluğun duaları –bu  elə dualardır. Amma tənha dua müqəddəs Padşaha yalnız böyük qüvvə ilə daxil ola bilər. Çünki dua daxil olmamışdan əvvəl, yerində bəzənmək üçün, Yaradan ona nəzər salır və onu araşdırır, həmin insanın günahlarına və ləyaqətlərinə baxır – halbuki çoxluğun duasında O, bunu etmir. Halbuki bu duaların bir çoxu salehlərdən gəlmir, amma yenə də onların hamısı Yaradan tərəfindən qəbul olunur və O, onların günahlarına fikir vermir.

    Dərs 6. Mükəmməl Dua

    Rabaş. Məqalə 12 (1986) "Dua etməli olunan əsas xisaron nədir"

    Həqiqi xisaron, insanın Yaradan’a dua etməli olduğu şey, kliyə yönəlmiş olmalıdır. Və bu «Klisiz nur yoxdur» qaydasına uyğundur. Və o, həqiqi xisaron – yəni onda çatışmayan şey üçün dua etdikdə, o zaman duaya cavab gəlir, yəni Yaradan ona yeni bir kli verir. Və bu, deyilən kimidir: «Və Mən sizdən daş ürəyi alacağam və sizə ət və qandan ürək verəcəyəm».


    Baal HaSulam. Məktub 52

    «…Onlar hələ danışarkən, Mən eşidəcəyəm», yəni Yaradan tərəfindən eşidilmə ölçüsü tamamilə duanın söylənməsində açılan şiddətli istək ölçüsündən asılıdır; və insan böyük bir həsrət hiss etdikdə, əməl zamanı anlayır ki, Yaradan ən yüksək dərəcədə onu eşidir. Və bu, aydındır ki, insan bunu dərk etdikdə, qəlbini tökməkdə ən yüksək dərəcədə möhkəmlənir, çünki dünyanın Padşahının ona diqqətlə qulaq asmasından böyük şərəf yoxdur. Və bu, müdriklərin dediklərinə bənzəyir: «Yaradan salehlərin dualarını arzulayır», çünki Yaradanın insana olan susuzluğunda – o, Onun yaxınlaşmasını istədikdə – insanda da Yaradanı arzulamaq üçün qüvvə və böyük həsrət oyanır, çünki «su necə üzü üzə əks etdirirsə, eləcə də insanın qəlbi insana». Və belə çıxır ki, həqiqətən, duanın söylənməsi və duanın eşidilməsi əl-ələ gedir, ta ki, onlar tam ölçüdə toplanana qədər, və insan hər şeyə nail olur.