"Qrupda / Onluqda Praktiki İş" kursu - dərs № 12-13: "Özünü ləğv etmək"

"Qrupda / Onluqda Praktiki İş" kursu - dərs № 12-13: "Özünü ləğv etmək"

Dərs məzmunu
Materiallar
Mahnı siyahısı

Onluqlar kursu - Dərs 12-13

Mövzu: Özünü ləğv etmək

İlkin mənbələrdən seçilmiş parçalar


 

1. Baal HaSulam, Şamati 42. Elul abreviaturasının: «Mən Öz Sevgilimə, Sevgilim isə mənə» ifadəsi əməldə nəyə işarə edir

«Yazılıb: “Öz istəyini Onun istəyinin qarşısında ləğv et”2. Yəni səndə olan almaq istəyini – Yaradanın istəyi olan vermək istəyinin qarşısında – ləğv etmək [lazımdır]. Başqa sözlə, insan özünü sevməni Yaradanı sevmənin qarşısında ləğv etməlidir; bu da onun özünü Yaradan qarşısında ləğv etməsi adlanır və “birləşmə xüsusiyyəti” adlanır. Bundan sonra isə Yaradan sənin almaq arzuna nur sala bilər, çünki o artıq “vermək naminə almaq” simasındə islah olunub.»

«Və buna görə deyilib: “O, Öz istəyini sənin istəyinin qarşısında ləğv etsin”. Yaradanın Öz istəyini ləğv etməsi nə deməkdir? – yəni bu, forma fərqinə görə baş vermiş ixtisara aiddir. İndi isə iş başqadır, çünki artıq forma oxşarlığı var. Buna görə indi nur “vermək naminə” islah almış aşağıdakının istəyinə yayılır; axı yaradılışın məqsədi – Öz məxluqlarını həzzləndirməkdədır. Və indi bu, praktikada həyata keçirilə bilər.»

«Buradan “Mən Öz Sevgilimə” sözlərini izah etmək lazımdır: yəni “mən” almaq istəyimi Yaradan qarşısında “tamamilə vermək naminə” simasında ləğv etdiyim üçün, o, “Sevgilim isə – mənə” halına layiq olur; yəni “Sevgilim”, başqa sözlə, Yaradan – “mənə”, yəni O, mənə yaradılışın planında olan xeyir və həzzi verir”.»


2. Baal HaSulam, Şamati, Məqalə 5 "Lişma- Yaradandan gələn oyanışdır, bəs məxluqlardan gələn oyanış nəyə gərəkdir?"

 

... əgər insan özünü inamın bilikdən üstün olması şərtini qəbul etməyə məcbur edirsə və onun bədəni buna alışarsa,yəni almaq istəyinə qarşı çalışarsa,o zaman insan artıq Yaradana həzz vermək naminə çalışmaq üçün vasitə əldə etmiş olur. İnsandan tələb olunan ən vacib amil- əmək tədbiq etməklə, Yaradan ilə birləşməyə nail ola bilməsidir, yəni bütün əməlləri vermək istəyi ilə bağlı olaraq, Onunla bənzərlik xüsusiyyətlərinə nail olmasıdır.

      Bu hal haqqında deyilmişdir: “Bax, indi Yaradandan həzz alarsan!”, burada “Bax,indi…”- ruhani işin başlanğıc ərəfəsində heç bir həzz hissini duya bilməməsi nəzərdə tutulur, yəni insanın bütün əməlləri bədəninin istəklərinə qarşı çıxıb, əmək tədbiq etmək hesabına olur. Lakin özünü, vermək istəyi naminə, hər hansı bəxşiş gözləmədən, işləməyə öyrəşdirsə, yəni onun güc tədbiq etməyinin Yaradana fərəh hissi bəxş etməsinə inanarsa,- həmin an insanda Yaradanı duymaq kimi hiss yaranır. İnsan, Yaradanın onun iş üçün tədbiq etdiyi, göstərdiyi istənilən gücü, onun özünün qiymət verib və ya verməməsindən asılı olmayaraq, qəbul edir. Yaradan yalnız insanın niyyətinə fikir yetirir və Onun həzz alması insanın niyyətindən asılıdır və bunun nəticəsində insan ali həzz hissinə nail olur.

Ona görə də insan gördüyü işin başlanğıc ərəfəsində həzz hissini duymalıdır, çünki o, Yaradan xatirinə işləyir, axı tədbiq olunan güc insana Yaradan üçün həqiqi ruhani işdə çalışmağa kömək edir. O zaman insanda Yaradan xatirinə göstərdiyi gücdən həzz almaq imkanı yaranır və bu imkan hətta istəklərin ixtisarı mərələsində  də mövcud olur. 


3. Baal HaSulam, Şamati, Məqalə 4 " Yaradan naminə insanın öz istəklərindən     imtina etməsinin çətinliyinin səbəbi"

"Bilmək lazımdır ki, ağırlığın səbəbi –  yəni insan özünü Yaradan qarşısında ləğv edərək və şəxsi mənfəəti barədə düşünmədən işləmək istədikdə,  elə bir vəziyyətə gəlir ki, guya bütün dünya olduğu yerdə qalıb və yalnız o, sanki indi bu dünyadan yox olur və öz ailəsini və dostlarını Yaradan qarşısında ləğv olunmaq naminə tərk edir, –bu yalnız sadə bir səbəbdən ibarətdi - inamın yoxluğundan. Başqa sözlə, o, kimin qarşısında  ləğv olduğunu görmür, yəni Yaradanın varlığını hiss etmir. Məhz bu onda ağırlıq yaradır.

Elə ki, insan Yaradanın varlığını hiss etməyə başlayır, dərhal ruhani  ləğv olunmağa can atır və Kök ilə birləşməyə, Ona daxil olmağa çalışır, «məşəl qarşısında şam kimi», hər hansı bir bilik və ağıldan asılı olmadan. Bu isə onunla təbii şəkildə baş verir, elə bir şam kimi ki, məşəlin qarşısında ləğv olunur.

Buna görə də belə çıxır ki, insanın əsas işi yalnız Yaradanın varlığını hiss etməyə çatmaqdır, yəni o, Yaradanın varlığını hiss etməlidir ki, «bütün Yer üzü Onun şöhrəti ilə doludur». Və bütün işi bundan ibarət olmalıdır, yəni işə sərf etdiyi bütün enerji məhz buna çatmağa yönəlmiş olmalı və başqa heç nəyə yox. Və qarışdırmasın ki, guya başqa nəyəsə çatmaq olar. Axı insana yalnız bir şey çatmır, məhz – Yaradan qarşısında inam xüsusiyyəti, və başqa heç nə barədə düşünmək lazım deyil. Yəni insan öz işi üçün arzuladığı bütün mükafat yalnız Yaradan qarşısında inama nail olmaqdan ibarət olmalıdır."


Müəllim qarşısında özünü ləğv etmə
4. Rabaş, yazı 680. "Baal Şem Tov üzrə ləğv"

"Bədəni ləğv etmək üçün bir üsul var idi o da, əzablar vasitəsilə  idi. Lakin ikinci bir üsul da var, bu isə məhz Rav qarşısında özünü ləğv etmə vasitəsilə, və buna «özünə Rav yarat» deyilir. Və [«yarat»] əməli güc vasitəsilə, hər hansı bir ağıldan kənar şəkildə aydın olur.

Necə ki, əzab yalnız əməl vasitəsilə bədəni ləğv edir, ağılla yox, eləcə də Rav qarşısında ləğv güc vasitəsilə baş verir, ağılla yox. Yəni hətta, insan öz Ravının fikrini dəstəkləməyəndə, yenə də özünü, həmçinin Tövratı və işi ləğv edir və Ravın yanına gəlir ki, o, onu istiqamətləndirsin.

Və bütün cəmiyyət üçün təlim mövcuddur, bu da «ətraf nur» adlanır, yəni yalnız kənardan nur saçan işıqdır. Bu isə sözsüz baş verir, sadəcə Ravın yanına gəlib Onun qarşısında oturmaqla, və Onun yanında süfrə arxası yığıncaqda  və ya dua vaxtında oturmaqla. Və ikinci bir dərəcə var, yəni daxili tərəf, və bu isə məhz «dildən-dilə» baş verir."


5.Baal HaSulam, "Zoar kitabının sonuna məqalə"

"Və bu işin böyük çətinliyi səbəbindən müdriklər bizə məsləhət verdilər: «Özünə Rav yarat və  yoldaş satın al», yəni insan özünə mühüm və tanınmış bir şəxs seçməlidir ki, o, onun üçün Rav [yəni müəllim] olsun. Onun vasitəsilə insan Tövrat və ehkamlarla məşğul ola bilsin – Yaradanına həzz vermək üçün. Çünki Rav ilə bağlı iki yüngülləşdirici hal mövcuddur.

1. O, mühüm şəxs olduğuna görə, şagird onun böyüklüyünə əsaslanaraq ona həzz verə bilər. Beləliklə, vermək onun üçün almağa çevrilir və bu da hər dəfə vermə üzrə hərəkətləri çoxaltmağa imkan verən təbii yanacaq olur. Və o, Ravının yanında vermə ilə məşğul olmağa adət etdikdən sonra, Rav onu həmçinin Yaradan qarşısında Tövrat və ehkamlarla lişma məşğul olmağa keçirə bilər. Çünki vərdiş [ikinci] təbiətə çevrilir.

2. Çünki əgər bu əbədiyyətə çevrilməzsə, Yaradanla forma bənzərliyi təsirli olmur, yəni «Sirləri Bilən şahidlik etməyincə, o, axmaqlığına qayıtmayacaq». Halbuki Ravla forma bənzərliyi  Rav bu dünyada, zamanın sərhədləri daxilində olduğuna görə, təsirlidir, hətta bu yalnız müvəqqəti olsa və sonra insan əvvəlki halına qayıtsa da.

Və belə çıxır ki, hər dəfə insan öz Ravı ilə forma bənzərliyinə gəldikdə, o, müəyyən müddətə Ona yapışır. Və bunun vasitəsilə də öz Ravının idrakını və fikirlərini Ona birləşdiyi ölçüdə dərk edir. Bunu biz bədən üzvü ilə bağlı bənzətmədə izah etdik: bədənin bir hissəsi kəsildikdən sonra yenidən bədənə birləşir. Orada diqqətlə bax.

Və buna görə də şagird öz Ravının Yaradanın böyüklüyünə çatdığını əldə etdiyi idrakdan faydalana bilər. Bu idrak verməni almağa və bütöv ruh və bütün varlıqla bağlılığa yetəcək yanacağa çevirir. Və onda şagird də Tövrat və ehkamlarla lişma-da məşğul ola bilər – bütün qəlbi, bütün ruhu və bütün varlığı ilə. Bu isə əbədi Yaradanla birləşməyə aparan ‘sgula’ vasitəsidir...

<...> Və buna görə də müdriklər dedilər: «Özünə Rav yarat və  yoldaş satın  al», yəni insan özünə yeni bir mühit yaratmalıdır ki, o, Ravının böyüklüyünə çatmağa kömək etsin. Yəni dostların sevgisi vasitəsilə, hansılar ki, Ravına dəyər verirlər. Çünki Ravının böyüklüyü haqqında dostlarla söhbət sayəsində hər biri Onun böyüklüyünü hiss edir. Beləliklə, Rav qarşısında vermək almağa və yanacağa çevrilir, yəni elə bir ölçüdə ki, o, Tövrat və ehkamlarla «lišma»-da məşğul olmağa gətirir. Və bu haqda müdriklər dedilər: 48 xüsusiyyətlərlə Tövrat alınır – … müdriklərə xidmət və dostlarla diqqətli iş vasitəsilə. Çünki Ravın xidmətindən əlavə, dostlarla da diqqətli iş lazımdır, yəni dostlara vermək ki, Ravın böyüklüyünə çatmaq üçün, onlar da ona təsir etsinlər. Çünki böyüklüyə çatmaq tamamilə mühitdən asılıdır. Və burada bir insan təkbaşına heç nə edə bilməz, yuxarıda açıqlandığı kimi."


Mənbələr qarşısında özünü ləğv etmə
6. Rav Dr. Mixael Laytmanın sözlərindən, 10.8.2006

«Biz Onun əsərlərini oxuduqda, deyildiyi kimi, kitablara və müəlliflərə yapışmalıyıq. Ona, Onun dediyinə yapışmalıyıq. Məhz buna can atıram: bunu öz içimdə tapmağa, bunun mənim içimdə baş verməsinə, bunu daxili qavrayışımda hiss etməyimə. Və nə qədər az dərəcədə bunu ağıl vasitəsilə, tənqid vasitəsilə keçirirəmsə — doğru ya səhv, belə ya elə —, bir o qədər yaxşıdır. Tənqid vacibdir, lakin yalnız axtarış formasında: bu mənim içimdə haradadır, mənim içimdə necə təzahür edir və bununla bağlı mənim içimdə nə baş verir.

Bu iş dərs zamanı hər şeydən daha vacibdir. Buna görə də o, izahında bu qədər dəqiqlik tələb etmir, çünki məhz belə şagirdləri axtarır. Və buna görə də biz burada elmi ardıcıllıqla izah olunmuş şəkildə tapmayacağıq. Bütün izahlara baxmayaraqKabala elminin daxilində çoxlu ağ ləkələr qalır ».


Yoldaşlar qarşısında özünü ləğv etmə
7. Rabaş, məqalə 7 (1984) "«Yaxınını sev» qaydası haqqında aydınlaşdırılandan"

"Və budur bunun üçün məsləhət, hansı ki, insana «Yaxınını sev» qaydasını yerinə yetirməkdə öz qüvvəsini artırmağa imkan verir. Bu isə yoldaşlara olan sevgi vasitəsilə baş verir. Əgər hər kəs yoldaşına nüfuz edir və onun qarşısında özünü ləğv edirsə, onda bir bütöv yaranır, hansı ki, bütün onun yaxınına olan sevgini arzulayan kiçik hissələri, çoxlu hissələrdən ibarət olan cəmiyyətin gücündə birləşirlər. Və o, böyük gücə sahib olduqda, artıq yaxınına sevgisini təcrübədə reallaşdırmaq iqtidarında olur.

Və onda o, Yaradan sevgisinə də gələ bilər. Lakin bu o şərtlədir ki, hər kəs digərinin qarşısında özünü ləğv etsin. Halbuki əgər o, yoldaşından ayrılarsa, onda yoldaşından ona düşən payını ala bilməz. Çünki hər kəs deməlidir ki, o, yoldaşı ilə müqayisədə heç nədir.

Və bu, rəqəmlərin yazılmasına  bənzəyir. Əvvəlcə 1 yazırlar, sonra 0, onda bu on dəfə böyük olur – 10. Və əgər əvvəlcə iki sıfır yazılarsa, bu yüz dəfə böyük olur – 100. Yəni yoldaş – vahiddir, [o isə –] onun arxasınca gələn sıfırdır, onda hesab olunur ki, o, öz yoldaşından on dəfə çox alır. Və əgər o deyirsə ki, o, yoldaşa nisbətdə iki sıfırdır, onda o, yoldaşından yüz dəfə çox alır.

Əgər əksinədirsə, yəni o deyirsə ki, yoldaş – sıfırdır, o isə – vahiddir, onda o, yoldaşından on dəfə kiçikdir – 0.1. Və əgər o deyə bilirsə ki, o – vahiddir, və onun iki yoldaşı var, hansı ki, onunla müqayisədə iki sıfırdırlar, onda hesab olunur ki, o, onlara nisbətdə yüzdə birdir, yəni o – 0.01. Beləliklə, yoldaşlardan onun üçün nə qədər sıfır vardırsa, bir o qədər də onun dərəcəsi enir."