Onluqlarda/qrupda praktiki iş kursu - Dərs #10. Onluqda Bağlantıya Hazırlıq

Onluqlarda/qrupda praktiki iş kursu - Dərs #10. Onluqda Bağlantıya Hazırlıq

Dərs məzmunu
Materiallar

Onluqlarda/qrupda praktiki iş kursu  - Dərs #10
 Onluqda Bağlantıya Hazırlıq
Mənbələrdən Seçilmiş Hissələr


1. Taniya, İgeret Kodeş, 23-cü hissə  
"On  insanın toplandığı hər yerdə artıq Şxina’nın olması üçün bir yer vardır. Mişna müdrikləri öz şagirdlərinə dedilər (Avot 3): 'Tövratı öyrənmək üçün oturan on insanın arasında Şxina yerləşir'".


2. Rabaş. Məqalə 28 (1986) "On nəfərdən az icma yoxdur"

"Müdriklər deyirdilər: "Hər on nəfərdə Şxina olur". Məlumdur ki, malxut "onuncu" adlanır. Və Yuxarıdakı bolluğu qəbul edən isə onun onuncu sfirası da malxut adı ilə adlanır. O, həmçinin "almaq istəyi" adlanır və bütün məxluqlar yalnız ondan yaranır. Buna görə də on nəfərdən az icma yoxdur, çünki bütün maddi budaqlar -"On sfiradan ibarət olmayan nur yoxdur" qaydasına uyğun olaraq yuxarı köklərdən yaranır,– buna görə də maddi dünyada əgər orada on nəfər yoxdursa, ali mərhələlərə bənzər şəkildə "icma" adlanmır və əhəmiyyətli hesab olunmur,".


3. Baal Sulam “On Sfirotun Tədrisinə ön söz”, b.4

“Çünki tam doğru və çox həqiqətdir ki, Yaradan insanın əlini yaxşı tale üzərinə elə qoyur ki, ona əzab-əziyyətlərlə dolu, hər cür məzmundan məhrum maddi həyatın içində müəyyən bir ləzzət və rahatlıq dadızdırır; nəticədə bu, insanı mütləq həmin həyatdan qoparır və ona (hətta kiçik bir yarıqdan belə olsa) hansısa sakit bir yer göstərilən kimi, o, ora qaçmaq istəyir. O, ölümdən də ağır olan bu həyatdan qaçıb ora sığınmaq istəyir. Və Yaradan tərəfindən insana bundan böyük bir işarə yoxdur.

İnsanın seçimi isə yalnız möhkəmlənməkdədir; çünki bədənini təmizləyənə və Tövratı və əmrləri tələb olunduğu kimi — özünü-ləzzətləndirmək naminə deyil, Yaradanı məmnun etmək üçün (buna “lişma” deyilir) — yerinə yetirə bilənə qədər, əlbəttə ki, böyük zəhmət və çoxsaylı səylər tələb olunur. Yalnız bu yolla insan Tövratın icrasına yoldaş olan xoşbəxt və şirin həyata nail olur.

Lakin insan belə bir təmizlənməyə çatmazdan əvvəl, təbii ki, müxtəlif vasitə və üsullarla yaxşı yolda möhkəmlənməyi seçir. O, təmizlənmə işini tamamlayana qədər gücü yetən hər şeyi edər və yükünün ağırlığı altında yolun ortasında yıxılmaz.”


4. Baal Sulam, məktub 47
“Yoldaşlara məhəbbətin təsirini sizə bir daha xatırladıram — heç olmasa, bu an üçün — çünki mövcudluq haqqımız bundan asılıdır və yaxın olduğumuz uğurun ölçüsü də bununla ölçülür.

Ona görə də bütün illüzor məşğuliyyətlərinizdən azad olun və qəlbinizi düzgün fikirlər düşünməyə və ürəklərinizi həqiqətən bir ürəkdə birləşdirmək üçün doğru fəndlər tapmağa verin; onda sizdə sadəliklə deyilən «Yaxınını özün kimi sev» kəlamı yerinə yetəcək. […] Və siz bütün günahları örtən sevgi düşüncəsi ilə təmizlənəcəksiniz; bu mövzuda məni sınayın və sevgidə həqiqi ölçüdə birləşməyə başlayın — o zaman görəcəksiniz, «və damağınız dadı hiss edəcək».”


5. Rabaş, məqalə 7, 1984
“…«Yaxınını özün kimi sev» qaydasını yerinə yetirmək istəyən və bütün niyyəti eqoist məhəbbətdən çıxıb başqa bir təbiəti — yəni, başqasına məhəbbəti — qəbul etmək olan kəs. Lakin bu, icra olunmalı bir əmrdır və insan özünü buna güclə məcbur edə bilər, amma məhəbbət qəlbin ixtiyarında olan bir şeydir və qəlb təbii olaraq buna razı deyil. Belə olan halda, insan nə edə bilər ki, başqasına məhəbbət onun qəlbinə toxunsun?”


6. Rabaş. Məktub 40
“Yoldaşına verdiyi hər bir hədiyyə , daşda oyuq açan bir güllə kimidir. Birinci güllə daşın üstündə gözəçarpmaz bir cızıq qoysa da, eyni yerə dəyən ikinci güllə artıq qəlpə çıxarır, üçüncü isə dəlik açır.

Və o, hədəfə göndərdiyi güllələr vasitəsilə həmin dəlik böyüyür və yoldaşın daş ürəyində bir oyuq yaranır; bütün hədiyyələr orada toplanır və hər hədiyyə məhəbbət qığılcımları verir; elə ki, bütün o qığılcımlar daş ürəyin oyuğunda toplanır, onlardan alov yaranır.

Qığılcımla alov arasındakı fərq budur ki, məhəbbət olan yerdə o, xaricə daşır — yəni hamıya, bütün xalqlara aşkar olur ki, onun içində məhəbbət odu alışıb. Və bu məhəbbət odu yolda rast gəlinən bütün günahları yandırıb məhv edir.”


7. Rabaş. Məktub 40
“Ürəklərin sürtünməsi sayəsində — hətta onlar igidlərin ürəkləri qədər möhkəm olsa belə — hər kəs öz ürəyinin divarlarından istilik yayır, istilik isə məhəbbət qığılcımları yaradır; nəhayət, onlardan ‘məhəbbət libası’ formalaşır və beləliklə hər ikisi bir örtük altında gizlənir — yəni tək bir məhəbbət onların hər ikisini qucaqlayıb örtür; çünki məlumdur ki, birləşmə iki varlığı bir edər.

Və insan yoldaşının məhəbbətini hiss etməyə başlayan kimi, dərhal sevinc və həzz oyanır.

Çünki yoldaşının onu sevməsi onun üçün yenidir: o, həmişə elə bilirdi ki, yalnız özü öz sağlamlığı və rifahı barədə qayğı çəkir. Elə o an ki, yoldaşının onun qayğısına qaldığını kəşf edir, bu, onda təsvirəgəlməz sevinc oyadır və artıq təkcə özü barədə düşünə bilmir; çünki insan ancaq həzz hiss etdiyi yerdə səylər göstərə bilər. Məhz yoldaşına qayğı göstərməkdən həzz almağa başlayanda, o, artıq özünü düşünə bilmir.”