"Qrupda/onluqda Praktik iş" kursu - Dərs №6-8.
Mövzu: Onluqda işləmə prinsipləri
1. Rabaş Qrupun məqsədi - 1
Məqalə1, hissə 1, 1984
Biz buraya, Baal Sulamın yolu və üsulunu təqib etmək arzusunda olan bütün insanlar üçün, qrupun quruluşunun təməlini qoymaq məqsədi ilə toplaşmışıq. Bu üsul insana, heyvani səviyyədən çıxaraq,İnsan (Adam) səviyyəsinin pillələri ilə yüksəlməyə imkan verən bir yol açır.Bu barədə belə deyilir: "Siz - Mənim Qoyunum, Mənim -Sürümsünüz, Siz- İnsansınız.." RAŞBI belə izah edib: " Bütpərəstlərə Adam deyilmir, Adam- Sizə deyilir!"
2. Rabaş Qrupun məqsədi - 1
Məqalə1, hissə 1, 1984
Beləliklə, biz burada, hər birimizin Yaradana Vermək istəyi ruhunda irəliləyişimizi təqib etmək üçün toplaşırıq.Lakin bu istəyə çatmazdan əvvəl, “insana Vermək” istəyinə çatmaq vacibdir və bu “yaxınına sevgi” adlanır.Və yaxına olan sevgi yalnız özünü ləğv etməklə mümkündür. Yəni, hər kəs bir tərəfdən özünü kiçiltməli, digər tərəfdən isə biz qürur duymalıyıq ki, Yaradan bizə elə bir cəmiyyətə daxil olmaq imkanı verib ki, burada hər birimizin yalnız bir məqsədi var – “Şxina aramızda olsun”.
Prinsip №1:
Biz daim və oyun şəklində görüşlərin (qrup daxilində çərçivənin) əhəmiyyətini yüksəltməliyik, çünki yalnız birlikdə hər hansı bir məqsədə nail olmaq mümkündür.
3. Rabaş Qrupun məqsədi - 2
Bu səbəbdən qrup, bu vahid istək ətrafında, eyni istiqamətdə səylərini birləşdirən insanlardan ibarət olmalıdır. O zaman özündə hamını birləşdirən belə bir toplum böyük bir gücə malik olduğundan ,öz-özü ilə mübarizə apara bilir.Beləliklə,hər kəs böyük bir istəyə əsaslanır və ona çatmağa çalışır.
Lakin hamının bir-birinə siyarət etməsi üçün, hər bir fərd öz istəklərindən imtina etməlidir.Bunu reallaşdırmağın bir yolu var: yoldaşların qüsurunu deyil, anjaq üstün cəhətlərini görməlidir.Özünü azacıq da olsa digərlərindən üstün görən,yoldaşlar ilə heç bir zaman birləşə bilməz.
4.Rabaş. Məqalə 17 (1986) "Yığıncağın qaydası"
“Biz bir məsələnin üzərində çalışmalıyıq – ruhaniyyəti qiymətləndirmək üzərində.”
5.Rabaş. 24. "Əsas - nəyin bizdə əksik olmasıdır “Əsas çatışmayan və buna görə də iş üçün enerjimizin olmadığı şey – məqsədin əhəmiyyətidir. Bu o deməkdir ki, biz kimin üçün xidmət göstərdiyimizi bilmək üçün xidmətimizi necə qiymətləndirməyi bilmirik. Həmçinin Yaradanın böyüklüyünü dərk etmək biliyimiz çatmır ki, Padşaha xidmət etməyə layiq olduğumuz üçün nə qədər xoşbəxt olduğumuzu anlayaq, çünki Onun böyüklüyünü dərk edə biləcəyimiz heç nəyimiz yoxdur.”
Prinsip №2:
Onluq daxilində bərabərliyi qurmaq üzərində işləmək.
Baal HaSulam, “Kabala və Fəlsəfə Hikməti”
"Məhəbbət qanunu böyüklə kiçik arasında tətbiq olunmur, çünki iki həqiqi sevən biri-birinə bərabərlik hiss etməlidir".
Rabaş, Məktub №42
Yazılıb: “Və xalq düşərgə qurdu, bir qəlbdə bir insan kimi”. Bu o deməkdir ki, hamının bir məqsədi var idi – Yaradan naminə.
Anlamaq lazımdır, necə ola bilər ki, onlar bir qəlbdə bir insan olsunlar, axı biz müdriklərin dediklərini bilirik: “Necə ki, onların simaları bir-birinə bənzəmir, eləcə də onların fikirləri bir-birinə bənzəmir”. Belə isə necə ola bilər ki,bir qəlbdə bir insan kimi olsunlar?
Cavab: Əgər deyiriksə ki, hər kəs yalnız özünü düşünür, bu halda bir insan kimi olmaq qeyri-mümkündür, çünki onlar bir-birinə bənzəmir. Amma əgər hamı öz şəxsi ixtiyarından əl çəkmiş və yalnız Yaradanın xeyrini düşünürsə, onda artıq şəxsi fikirlər olmur, çünki bütün fərdi fikirlər ləğv olunur və hamı bir ixtiyara – Rəbbin ixtiyarına daxil olur.
Prinsip №3:
Biz hər bir dostun xarakterini qorumaqda diqqətli olmalıyıq ki, onlar öz fərdiliklərini itirməsinlər.
Baal HaSulam, “Azadlıq”
“Yer üzündə fikirləri tamamilə eyni olan iki insan yoxdur, çünki hər bir insanın öz atalarından miras aldığı, başqalarında əsla olmayan böyük və uca bir sərvəti vardır.
Ona görə də, bütün bu sərvətlər fərdin şəxsi mülkiyyəti sayılır və cəmiyyət onun dadı və ruhunu mühit tərəfindən bulanmasına imkan verməməyə diqqət göstərməlidir. Əksinə, hər bir fərd öz mirasının bütövlüyünü qoruyub saxlamalıdır. Belə olduqda, onların arasındakı ziddiyyət və əkslik əbədi qalacaq, bu da həmişə müdrikliyin tənqidi və irəliləməsini təmin edəcək, çünki, bəşəriyyətin üstünlüyü və əbədi istəyi məhz budur”.
Prinsip №4:
Şəxsi nümunə dostlarla əlaqə yaratmağın ən yaxşı yoludur.
Rabaş, Məqalə №2 (1984), “Dostların Sevgisi Haqqında”
İnsan dostlarına qarşı ürəyindəki sevgini aşkar etməlidir, çünki bu aşkar etmə ilə o, yoldaşlarının qəlbini də dostlara qarşı sevgi hissini oyadır ki, onlar da hər birinin dost sevgisi ilə məşğul olduğunu hiss etsinlər. Bunun faydası ondadır ki, bu yolla insan dost sevgisini daha güclü şəkildə həyata keçirmək üçün qüvvə qazanır, çünki hər kəsin sevgi qüvvəsi bir-birinə qarışır.
Video parçadan: “Yaxşı şəxsi nümunə olduğumu necə bilərəm?”
Sual: Dostlara yaxşı şəxsi nümunə olduğumu, yoxsa pis bir nümunə olduğumu necə bilərəm? Dostun gözündə özünü böyük biri kimi göstərmək doğrudurmu?
Rav Mixael Laitman: Özünü böyük kimi göstərmə, əksinə, məqsədə yönəlmiş, ifşanı arzulayan və bunun üçün səy göstərən biri kimi göstər. Onunla eyni səviyyədə olduğunu göstər, lakin irəliləməyin sənə hər şeydən daha vacib olduğunu nümayiş etdirməlisən. “Pis göz”dən qorxma; bunu onların xeyrinə qəsdən et.
Bəzən həyatda insanlar düşünürlər ki, “özümüzü gizlətməliyik”, amma bu, doğru deyil.
Sual: Bir insanın dost sevgisində düzgün irəlilədiyinin əlamətləri hansılardır?
Rav Mixael Laitman: O, hamıya necə vaxtında gəldiyini, hazır olduğunu, niyyətə fokuslandığını, sual verdiyini və cavabladığını, qeydlər aparıb materialı təşkil etdiyini, dərsdə iştirakını və müxtəlif vəzifələrdə yer aldığını göstərir. Özünü necə ifadə etdiyini, başqalarını necə oyatdığını – bütün bunlar yalnız qrupun daxilində yanan bir istək yaratmaq üçündür ki, hamı buradan özünü alışdıra bilsin və məqsədin gerçəkləşməsinə çatsın.
Prinsip №5:
“Özünə dost al” – qrupun hər bir üzvü yoldaşlarını almağa can atmalıdır.
Rabaş, Məqalə 30 (1988) “Dostların Toplantısından Nə İstəmək Lazımdır?”
“‘Özünə dost al’ mövzusu ilə bağlı ‘almaq’ anlayışını izah etmək lazımdır, yəni, ona pul ödəməlisən və bu ödəniş vasitəsilə onu alırsan. Bəs ona nə ödəyir? Demək olar ki, ödəniş əməyə görə alınır. Məsələn, bəzən insan gözəl bir şkaf almaq istəyir, deyək ki, onun qiyməti iki min dollardır. Və o, satıcıya deyir ki, onun ödəmək üçün pulu yoxdur, amma eşidib ki, satıcı yarım aylıq işçiyə ehtiyac duyur. Buna görə də, şkaf üçün pul əvəzinə, sənin yanında bu məbləğə uyğun işləyəcəyəm. Əlbəttə, satıcı razılaşar. Görürük ki, ödəniş əvəzlə də edilə bilər.
Eyni şey dost sevgisi ilə bağlıdır. İnsan dostlarını haqlı çıxarmalı olduğu zaman bu, böyük bir səy tələb edir və hər kəs buna razı olmur. Bəzən isə vəziyyət daha da çətinləşir, yəni, bəzən insan görür ki, dostu ona qarşı etinasızlıq göstərir. Hətta daha da irəli gedərək, onun haqqında qeybət edildiyini eşidir, yəni bir dostdan eşidir ki, digər dost onun haqqında elə sözlər deyib ki, dostların bir-biri haqqında deməsi düzgün deyil. Və o, özünü əyməli, onu haqlı çıxarmalıdır, bu isə böyük bir səy tələb edir. Belə çıxır ki, o, göstərdiyi səylə ödəniş edir, bu isə pulla ödəməkdən daha önəmlidir.
Amma əgər insan onun haqqında pis danışırsa, dost onu sevmək üçün gücü haradan tapsın, axı aydındır ki, o, onu sevmir, yoxsa pis sözlər deməzdi. Əgər belədirsə, onu haqlı çıxarmasının nə mənası var? Cavab budur ki, dost sevgisi — yaxın sevgisinə əsaslanan və bizə Yaradan sevgisinə çatmaq imkanı verən — dostlar arasında adət olunan münasibətlərin əksinə olan bir şeydir. Bu o deməkdir ki, yaxın sevgisi məsələsi dostların məni sevməsində deyil. Məsələ ondadır ki, mən dostlarımı sevməliyəm. Əgər belədirsə, mənim üçün dostumun haqqımda pis danışması və məni açıq-aşkar sevməməsi vacib deyil. Əgər insan yaxın sevgisindən dost sevgisini qazanmaq istəyirsə, o, başqasını sevmək üçün islahatdan keçməlidir.
Ona görə də, insan səy göstərib onu haqlı çıxardığı zaman bu, möcüzəvi bir vasitə olur, çünki göstərilən səy — yəni “aşağıdan oyanış” — sayəsində ona yuxarıdan güc verilir ki, o, istisnasız olaraq hər bir dostu sevə bilsin.
Və bu, ‘özünə dost al’ adlanır, yəni insan yaxın sevgisinə çatmaq üçün səy göstərməlidir.” Və bu, ‘səy’ adlanır, çünki o, ağılın fövqündə işləməlidir.
6.Rabaş, “Özünə Rav təyin et və Dost al – 1”
“Belə çıxır ki, həqiqi dostluq – hər ikisi dostunu almaq üçün lazım olan ödənişi etdiyi zaman yaranır, və bu yalnız hər ikisi bərabər statusda olduqda mümkündür, o zaman hər ikisi bərabər ödəyir. Bu, maddi bir işə bənzəyir ki, hər ikisi eyni miqdarda verir, əks halda həqiqi ortaq ola bilməzlər. Buna görə də deyilib: ‘Özünə dost al’, çünki dostluğu ancaq hər kəsin dostunu alması ilə yaratmaq olar – və bu, yalnız onlar bərabər olduqda mümkündür”.
Prinsip №6:
Hər bir insan başqalarını öz qüsurlarının ölçüsünə görə mühakimə edir (“Kim başqasını qınayırsa, öz qüsuru ilə qınayır”).
7.Rabaş, “Ruhani işdə nəyə görə Tövrat orta xətt adlanır?-2” Məqalə 19, 1990
“İnsan yuxarıda deyildiyi kimi inanmalıdır ki, «Ondan başqa heç kim yoxdur». Yəni Yaradan onu xeyirxah əməllər etməyə məcbur edir. Lakin insan hələ layiq olmadığı üçün bilmir ki, onu məcbur edən Yaradandır, Yaradan insanlara (sözün əsl mənasında: ət və qana) bürünür və Onun vasitəsilə bu əməlləri həyata keçirir, yəni Yaradan «arxa sima» – axorayim xüsusiyyətinə görə hərəkət edir.
Bu o deməkdir ki, insan başqalarının üzünü görür, lakin inanmalıdır ki, onların üzlərinin arxasında duran Yaradandır və bu əməlləri edən də Odur. Yəni insanın arxasında duran Yaradan onu, Özünün istədiyi əməlləri etməyə məcbur edir. Belə çıxır ki, hər şeyi Yaradan edir, lakin insan görməli olduğu şeyə yox, gördüyünə əhəmiyyət verir.”
8.Baal HaSulam, Şamati 67 "Şərdən çəkin“
Kim düşünürsə ki, o, yoldaşını aldadır, əslində Yaradanı aldadır, çünki insanın bədənindən kənarda yalnız Yaradan vardır. Yaratılışın mahiyyətinə görə isə insan yalnız özünə münasibətdə yaradılmış varlıq adlanır. Çünki Yaradan istəyir ki, insan özünü Ondan ayrı bir reallıq kimi hiss etsin. Lakin bundan başqa hər şey «yer Onun şöhrəti ilə doludur» kimi qəbul olunur. Ona görə də, o, yoldaşını aldatdıqda, Yaradanı aldadır. Və o, yoldaşını incitdikdə, Yaradanı incidər.”
9.Rabaş,“Əməldə nəyə görə Tövrat orta xətt adlanır?-2” Məqalə 19, 1990
“Və bunu böyük Ari-nin yazdığı kimi izah etmək lazımdır: «İnsanın hələ buna layiq olmadığı müddətdə, zərər verə biləcəkləri üçün, nurdan zövq almasınlar deyə nuru örtən “saçlar” (searot) anlayışı vardır». Məsələ bundadır ki, biz inanmalıyıq ki, xeyirxah işlər görmək arzusu və meyli Yaradan tərəfindən verilir. Və insan hələ buna layiq olmayanda, Yaradanın onu xeyirxah işlər görməyə məcbur etdiyini hiss etmək olmaz. Buna görə də Yaradan Özünü bir örtükdə gizlədir və bu örtük «lo lişma» adlanır. Yəni Yaradan bəzən Özünü yoldaşların örtüyündə gizlədir.”
Prinsip №7
Dost haqqında tənqidi fikir bildirmə – nə ümumi formada, nə də birbaşa/şəxsi şəkildə.
Baal HaSulam, Şamati 62. Enir və qızışdırır, qalxır və ittiham edir
“Lakin təmizliklə işləyən başqaları haqqında şikayət edə bilməz, həmişə özündən şikayət edər və başqalarını özündən daha yüksək dərəcədə görər.”
Rabaş, Məqalə №8 (1984), “Tövrat və Ehkamları Qorumaq Qəlbi Necə Təmizləyir?”
Çox vaxt insan başqasını yalnız hökmranlıq etmək üçün danlayır, “dostunu danla” ehkamını yerinə yetirmək üçün deyil.
Rav Mixael Laitman, Gündəlik Dərs, 13.07.2022
“Hər kəsin öz bildiyini başqasına zorla qəbul etdirməsi qədər pis heç nə yoxdur. Bunu etmək olmaz. Yalnız sevgi və birliyə yönəli meyil göstərilməlidir — Allah eləməsin, bundan o yana heç nə.
Heç biriniz hələ harada olduğunuzu başa düşmürsünüz; hələ tamamilə həqiqətdən kənardasınız.
Ən yaxşısı, dərsləri birlikdə oxuyun, ayələri araşdırın — mübahisə etmək üçün deyil, yalnız yazılanı anlamaq üçün.
Əgər kimsə başqasını inandırmaq istəyirsə, bu, şər başlanğıcının ən pis formasıdır.
Qoy dost öz sürəti ilə, öz yolu ilə böyüsün və qarışmayın — yalnız onu daha çox öyrənməyə, daha çox iştirak etməyə oyadın. Vəssalam.”
Prinsip №8
Ümumiyyətlə, söhbətin sərhədlərini əvvəlcədən müəyyən etmək yaxşıdır — yəni münaqişəyə səbəb ola biləcək mövzuları qaldırmaqdan çəkinmək.
Rabaş, Məqalə 1, hissə 2, “Qrupun Məqsədi – 2”
“Buna görə də bir-birinə qarşı ləğv ola bilmək üçün birləşən dostlar arasında bərabərlik olması yaxşıdır. Qrupda yüngüllüyə yol verməmək üçün diqqətlə nəzarət olmalıdır, çünki yüngüllük hər şeyi xarab edir.”
Sual: “Daxili işdə yüngüllük nədir?”
Rav Mixael Laitman: Yüngüllük çox geniş anlayışdır — işi tamamilə tərk etməkdən və tənbəlləşməkdən tutmuş, daha faydalı bir fəaliyyəti daha rahat, xoş və asan, lakin az faydalı bir fəaliyyətlə əvəz etməyə qədər.
Bu, tamamilə yoldan kənar şeylərlə məşğul olmaqdan tutmuş kiçik axmaqlıqlara qədər, hətta sadəcə özünə düşüncələrdə, izah etmələrdə və istəklərdə bir az “azadlıq” vermək şəklində təzahür edə bilər.
“Hevqlik” (ivritdə “kalut roş” — “yüngülbaşlılıq”) termini haradan gəlir? — “Ağır baş” deməkdir ki, insan daim özünü mühakimə edir, hər şeyi araşdırır, düşüncələrlə doludur. “Yüngüllük” isə başı düzgün məşğuliyyətdən çevirir və onu yad, əhəmiyyətsiz fikirlər tutur.
Bunda Yaradanın əleyhinə açıq şəkildə heç nə olmasa da, sadəcə insan öz zehnini bu dünyaya aid fikirlərlə doldurur.
RABAŞ, Məqalə 30, “Yoldaşların Toplantısından Nə İstəmək Lazımdır”, 1988
“Əgər dost kömək üçün yoldaşlarına ehtiyac duyursa, o nə etməlidir?
Dediyimiz kimi, dostların toplantısı zamanı kədər və ya mənfi hisslər doğura biləcək şeylərdən danışmaq olmaz.
Cavab budur ki, insan ürəyinə daha yaxın olan bir dostu ilə danışmalıdır. Və o dost isə bu məsələni qrupa çatdırmalıdır — amma adi dost toplantısında yox.
Yəni, o, bütün qrup ilə birlikdə danışa bilər, lakin planlaşdırılmış dost görüşü zamanı yox. Bunun əvəzinə, köməyə ehtiyacı olan dost üçün xüsusi bir toplantı təşkil edilə bilər.”
Prinsip №9
Biz hamımız qrupun ruhunu gücləndirməyə çalışırıq
RABAŞ, Məqalə №4, 1984, “Hər Kəs Yoldaşına Kömək Etməlidir”
Biz başa düşməliyik ki, insan dostuna necə kömək edə bilər? Bu məsələ ancaq varlı və kasıb, ağıllı və nadan, zəif və güclü olduqda mümkündürmü? Bəs hamı varlı, ağıllı və ya güclüdürsə, o zaman necə kömək etmək olar?
Görürük ki, hamıya ortaq olan bir şey var — ruh halı. Yazılıb: “Ürəyində narahatlıq olan, bunu başqalarına desin.” Çünki ruh yüksəkliyi ilə bağlı olaraq, nə var-dövlət, nə də savad kömək edə bilər.
Əksinə, bir insan dostunun ruhdan düşdüyünü görəndə ona kömək edə bilər. Yazılıb: “İnsan özünü həbsdən xilas edə bilməz.” Əksinə, dost insanı ruhlandırar.
Bu o deməkdir ki, dost onu öz halından çıxarıb canlılıq vəziyyətinə qaldırır. Sonra insan yenidən güc və həyat inamı qazanır, və məqsədini sanki indi ona yaxın görməyə başlayır.
Beləliklə, hər bir insan diqqətli olmalı və dostunun ruhunu necə qaldıra biləcəyini düşünməlidir. Çünki ruh halı məsələsində hər kəs dostunun ehtiyaclı yerini tapıb doldura bilər.
Rabaş. Məqalə 30 (1988) “Dostların Toplantısında Nəyə Diqqət Yetirmək Lazımdır”
Hər kəs çalışmalıdır ki, cəmiyyətə həyat ruhu və ümid gətirsin, və cəmiyyətə enerji aşılasın. Beləliklə, hər bir dost öz-özünə deyə biləcək: “İndi mən işdə təmiz səhifədən başlayıram.” Başqa sözlə, cəmiyyətə gəlməzdən əvvəl o, Yaradanın işində irəliləyişinə görə məyus idi, amma indi cəmiyyət ona həyat və ümid verdi. Beləliklə, cəmiyyət vasitəsilə o, güvən və qalib gəlmək üçün qüvvə əldə etdi, çünki indi o, kamilliyə çata biləcəyini hiss edir. Və bütün düşüncələri — qarşısında fəth olunmaz yüksək bir dağ olduğu, çox böyük maneələr olduğu barədə — indi ona elə gəlir ki, bunlar heç nədir. O, bunların hamısını cəmiyyətin gücündən aldı, çünki hər kəs cəmiyyətə ruh yüksəkliyi və yeni bir atmosfer gətirməyə çalışdı.
Prinsip №10
Biz qrup qarşısında qarşılıqlı məsuliyyət (Arvut) hissini inkişaf etdirməliyik
Baal HaSulam, “Arvut [Qarşılıqlı Zəmanət]”, Maqalə 18
Tana Arvutu iki nəfər haqqında belə təsvir edib: Onlar bir qayığın içində idilər və onlardan biri qayığın altında deşik açmağa başladı. Onun dostu dedi: “Niyə qazırsan?” O cavab verdi: “Sənə nə dəxli var? Mən öz altımda qazıram, sənin altında yox.” Dostu dedi: “Axmaq! Biz ikimiz də birlikdə qayığın içində boğulacağıq!”
Baal HaSulam, “Matan Tövrat [Tövratın Verilməsi]”, Maddə 16
Əgər altı yüz min adam öz şəxsi ehtiyaclarını qarşılamaq üçün gördüyü işi tərk edərsə və yalnız dostlarının heç nədən məhrum olmamaları üçün keşik çəkməklə məşğul olarsa, və bundan əlavə, bunu böyük sevgi ilə, bütün ürək və canları ilə, “Dostunu özün kimi sev” əhkamının tam mənasında yerinə yetirərlərsə, o zaman heç bir şübhə yoxdur ki, millətdə heç kim öz rifahı haqqında narahat olmayacaq.
Bunun sayəsində insan öz yaşamasını təmin etmək qayğısından tamamilə azad olar və asanlıqla “Dostunu özün kimi sev” əhkamına riayət edə bilər.