“Qrup/onluqda praktik iş” kursu — №4 dərs: “Qrupun məqsədi - 2”
“Qrup/onluqda praktik iş” kursu
Dərs №4: “Qrupun məqsədi - 2”
Rav Mixael Laytman
Rabaşın məqalələrinin əhəmiyyəti
Rabaşın bütün məqalələrinə nə qədər çox oxuyub dərindən nüfuz etsək, bir o qədər anlayırıq ki: bu daha vacibdir, o biri az vacibdir, bu qısadır, o biri uzundur, ya da aralarında hansısa fərq var- demək olmaz. Onların hamısı çox dəqiq və qətiyyətlə hədəfə vurur. Ona görə də illər keçdikcə — ən azı öz adımdan deyə bilərəm — bu məqalələri əvvəlki illərlə müqayisədə daha çox qiymətləndirirəm.
Düşünürdüm: burda nə var ki? Sadəcə yazırdı vəssalam. Axı o hər həftə yazmalı idi — bütün həftə cümə axşamına qədər yazırdı, o zaman biz hamımız onluqlarda yığışırdıq. Bəzən düşünürdüm: “Yəqin ki, bizim yığıncağımıza nəsə yazmalıdır ki, oxuya bilək”.
Ta ki bu axmaqlıq məni tərk edənə qədər və başa düşməyə başladım ki, hər məqalədə böyük bir sirr və xüsusi yanaşma gizlənib və o, bütün bunları necə dərindən düşünürdü. Bizə sadə və asan görünə bilər, amma məhz bunun vasitəsilə biz yaradılışın mərkəzinə, yaradılışın niyyətinə həqiqətən bağlanırıq.
Ona görə də hər il bu məqalələri və Rabaşın yazdıqlarını daha da çox qiymətləndirirəm. Onun böyüklüyü mənim üçün getdikcə daha uca, daha böyük, daha xüsusi görünür. O, həqiqətən burada Yaradanın Adının müqəddəsləşdirilməsini həyata keçirdi. Bu məqalələrsiz biz ruhu aça bilmərik və Yaradanla düzgün, açıq əlaqəyə çata bilmərik.
Odur ki, gəlin oxuyaq və oxumaqdan həzz alaq. Əgər bizə nəsə sadə və ya əhəmiyyətsiz görünürsə — buna diqqət yetirmək lazımdır, çünki çox güman ki, məhz orada onun bizə nə demək istədiyini heç başa düşmürük.