Yerli Görüş #31- Onluqlar Üçün Kursun Davamı və "Azadlıq" məqaləsi
Bu həftə biz böyük bir qrupda orijinal Kabalistik mətnlərdən öyrənməyə davam edirik, xüsusilə də Yehuda Leyb Ha-Levi Aşlaqın (Baal HaSulam) “Azadlıq” əsərinin üçüncü həftəsi üzərində. Həmçinin “Onluqlar kursu”nda müzakirə olunan mövzuları nəzərdən keçirib və üzərində işləyirik.
Yerlı görüşün birinci hissəsində biz məqalənin əsas məqamına qayıdacağıq:
Düzgün Mühiti Seçmək
İkinci hissədə isə çərşənbə günü “Onluqlar üçün Kursun mərkəzi mövzusu üzərində işləyəcəyik:
Dostların Sevgisi
Yerlı Görüş
"Azadlıq"
Bu həftə biz həm “Onluqlar Kursuna, həm də Baal HaSulamın “Azadlıq” məqaləsində azad seçim izahlarına dair oxumağa davam edirik.
Əvvəl də qeyd etdiyimiz kimi, Baal HaSulam geniş şəkildə yazıb ki, tələbələrə Yaradılış Məqsədinə – Yaradanla (sevgi və bəxş etmə) xüsusiyyət bənzərliyinə çatmaqda kömək etsin. Bu həftə biz düzgün mühiti seçmək mövzusunda oxuyacağıq.
Yerlı görüşdə məqalədən bəzi parçaları oxuyacaq və sonra mətnin nə demək istədiyini anlamağa çalışacağıq, ardınca isə daha bir oxunuş və mövzular üzrə birlikdə müzakirələr aparacağıq.
Bundan başqa, “Onluqlar Üçün Kursun” mövzusunda bir və ya iki seminar keçirəcəyik.
Əvvəlcə keçən həftənin qısa xatırlatması:
Dörd Amil
- Baal HaSulama görə, reallıq dörd amilə bölünür.
- Bu amillər insanı necə təsir etmələri baxımından fərqlənirlər.
- Hər bir insan öz “mənbəyindən” (“ilk maddə”, təməl) və onun inkişaf yolundan təsirlənir.
- İnsan öz mənbəyi və onun inkişafı üzərində heç nə müəyyən edə bilmir.
- Mənbə – dəyişməz ilkin substansiyadır: almaq arzusu.
İkinci Amil
- Mənbənin öz-özünə necə inkişaf etdiyi – bütün dəyişikliklərdə əsas növün qorunması.
- Bu iki amil (mənbə və onun öz-inkişafı) müstəqil fəaliyyət göstərir.
- Onlar insandan əvvəl gəlir, onun mövcudluğunu müəyyən edir və insan onlardan yaranır.
Üçüncü və Dördüncü Amillər
- Üçüncü amil: Daxili mühitin təsiri – mənbə ilə birləşən və yeni xüsusiyyətlər əlavə edən amillər.
- Dördüncü amil: Xarici yad elementlərin təsiri – qonşular və ətraf cəmiyyət kimi.
Azad Seçim
- Baal HaSulama görə, insanın azad seçimi yoxdur.
- Əgər olsaydı, vəziyyəti daha da pis olardı.
- “Azadlıq” məqaləsində azad seçimin yeri addım-addım izah edilir.
- Azad seçimin harada mövcud olduğunu anlamaq, fiziki və ruhani həyatı düzgün idarə etməyə imkan verir.
Növbəti Addım
- Biz dörd amili izah etməyə davam edəcəyik:
- İki daxili: təməl və onun inkişafı.
- İki xarici: mühit və onun inkişafı.
- Bunun vasitəsilə vəziyyətin özü daha aydın olacaq.
- Biz dar bir çatlağı – bizi həqiqətən azad yaşamağa imkan verən kiçik hərəkəti müəyyən edəcəyik.
"Azadlıq"
Rav Yehuda Aşlaq, Baal HaSulam
İrsən qazanılanlar
Birinci amil – əsas, yəni ilkin materiyadır. İnsan, "vardan yaranış" qanununa uyğun olaraq, valideynlərinin beynindən gələn bir məhsul kimi yaradılır. Bu səbəbdən insan, müəyyən mənada, bir kitabdan digərinə köçürülmüş nüsxəyə bənzəyir. Başqa sözlə, onun ataları və babalarının qəbul etdiyi və əldə etdiyi demək olar ki, hər şey ona da keçir.
Ancaq fərq ondadır ki, bu insanlar "formasını itirmiş" vəziyyətdədirlər, buğdanın torpağa əkilib, çürüdükdən sonra toxuma çevrilməsi kimi. Bənzər şəkildə, insandan yaranan toxum da öz əvvəlki formalarından heç bir şey daşımır, yalnız gizli güclər istisna olmaqla.
Onun əcdadlarının elm və anlayış kimi əldə etdiyi biliklər onda sadəcə meyllər, yəni xüsusiyyətlər və ya vərdişlər formasında təzahür edir. İnsan niyə belə hərəkət etdiyini bilməsə də, bu xüsusiyyətlər onun əcdadlarından miras qalan gizli güclərdir. Beləliklə, biz yalnız maddi qazancların deyil, həm də mənəvi qazancların nəsildən-nəslə ötürüldüyünü görürük. Əcdadlarımızın məşğul olduğu bütün biliklər və nailiyyətlər miras yolu ilə bizə keçir.
Buradan insanların müxtəlif meylləri və xüsusiyyətləri üzə çıxır: kimisi inanmağa, kimisi isə tənqid etməyə meyllidir; kimisi maddi həyatdan razı qalır, kimisi isə yalnız mənəvi kamilliyə can atır və boş həyatdan nifrət edir; kimisi xəsisdir, kimisi isə səxavətli; kimisi cəsarətli, kimisi utancaqdır.
Bu xüsusiyyətlər insanların öz nailiyyətlərindən qaynaqlanmır, əksinə, onların əcdadlarından və onların əcdadlarından sadəcə olaraq irsən keçmişdir. Məlumdur ki, insanın beynində bu irsi xüsusiyyətlərin yerləşdiyi xüsusi bir yer var, buna "uzunsov beyin" və ya şüuraltı deyilir. Bütün bu meyllər məhz orada təzahür edir.
Lakin əcdadlarımızın təcrübə nəticəsində əldə etdiyi biliklər bizdə yalnız meyllər şəklində göründüyündən, onlar torpağa əkilmiş və öz əvvəlki formasını itirmiş buğda toxumuna bənzəyir. Beləliklə, bu meyllər yeni bilik formalarını qəbul etmək qabiliyyətinə malikdir və buna görə də ilkin materiya hesab edilir. Bu, "əsas" adlanan birinci amildir və burada insanın valideynlərindən miras aldığı xüsusi meyllərin bütün gücləri mövcuddur. Bu meyllər "əcdad mirası" adlanır.Bilin ki, bu meyllər arasında bəzi xüsusiyyətlər əks formada təzahür edir, yəni onun əcdadlarında olduğu kimi deyil, tamamilə tərsinə. Bu, "atanın gizli düşüncələri oğlunda açıq şəkildə görünür" ifadəsi ilə izah olunur.
Bunun səbəbi, "əsas"ın əvvəlki formasını ataraq yeni bir forma qəbul etməyə hazır vəziyyətdə olmasıdır. Beləliklə, bu, əcdadlarının biliklərinin formalarını inkar etməyə meyllidir, torpaqda çürüyərək əvvəlki formasını itirən buğda toxumuna bənzər. Ancaq bu dəyişiklik, yuxarıda qeyd etdiyim kimi, digər üç amildən də asılıdır.
Açıq Müzakirə
Oxuduğunuz mətndə nədən daha çox təəsüratlandınız?
Birlikdə oxumaqdan necə faydalana bilərik?
Ətrafın təsiri
İkinci amil – əsasın öz xüsusiyyətlərinə aid olan səbəb-nəticə əlaqələrinin ardıcıllığıdır və bu, dəyişməzdir. Başqa sözlə, torpağa basdırılmış və çürümüş buğda nümunəsində gördüyümüz kimi, əsasın yerləşdiyi ətraf – torpaq, duzlar, yağış, hava və günəş – toxumlara təsir edir. Bu təsir səbəb-nəticə zəncirində yavaş və tədricən bir vəziyyətdən digərinə keçidlə baş verir. Bu proses toxumlar tam yetişənə qədər davam edir və əsas yenidən əvvəlki formasına, yəni buğda formasına qayıdır. Bununla belə, miqdar və keyfiyyət baxımından dəyişikliklər baş verir. Ümumi hissə dəyişməz qalır, çünki buğdadan arpa və ya yulaf çıxmaz. Ancaq xüsusi hissədə dəyişikliklər baş verir: miqdar baxımından – bir dənədən on və ya iyirmi dənə yaranır, keyfiyyət baxımından isə – əvvəlki dənədən daha yaxşı və ya daha pis ola bilər.
Bu prinsip insan üçün də keçərlidir. İnsan bir "əsas" kimi öz ətrafında, yəni cəmiyyətdə yerləşir və məcburi şəkildə onun təsirinə məruz qalır, necə ki buğda öz ətraf mühitinin təsirinə məruz qalır. Axı, əsas sadəcə ilkin formadır və buna görə də ətraf və cəmiyyətlə daimi təmas və qarşılıqlı əlaqə nəticəsində, səbəb-nəticə ardıcıllığına uyğun olaraq, yavaş-yavaş təsirlərə məruz qalır.
Bu müddət ərzində onun əsasında gizlənmiş meyllər dəyişir və biliklərə çevrilir. Məsələn, əgər o, öz əcdadlarından xəsisliyə meyl miras almışdırsa, böyüdükcə özünə xəsis olmağın insan üçün faydalı olduğunu göstərən nəzəriyyələr və izahlar qurur. Maraqlıdır ki, atası səxavətli olsa belə, o, bu səxavətliliyin əksi olan xəsisliyə meyl miras ala bilər. Çünki tərs xüsusiyyətlər də tam olaraq müsbət xüsusiyyətlər kimi irsən ötürülür.
Yaxud əgər o, əcdadlarından sərbəst düşüncəyə meyl miras almışdırsa, zamanla o, insanın azad olmasının faydalı olduğunu göstərən nəzəriyyələr və nəticələr qurur. Lakin bu qanunları və mühakimə metodlarını haradan alır? Bütün bunları, özü də bilmədən, ətrafdan alır, çünki ətrafdakı insanlar ona öz fikirlərini və zövqlərini səbəb-nəticə zəncirində tədricən ötürürlər. Nəticədə insan bunları öz şəxsi müstəqil araşdırmaları ilə əldə etdiyi bir mülk kimi qəbul edir.
Ancaq burada da, buğda nümunəsində olduğu kimi, əsasla bağlı müəyyən dəyişməz ümumi hissə mövcuddur. Axı, nəticədə, onun miras aldığı meyllər əcdadlarından gəldiyi kimi dəyişməz qalır. Bu isə ikinci amil adlanır.
Yoldaşlara sevgi haqqında
Məqalə 2, 1984
1. Yoldaşlara sevginin vacibliyi.
2. Hansı səbəbdən məhz bu yoldaşları seçdim və yoldaşlar niyə məni seçdilər?
3. Yoldaşların hər biri qrupa sevgisini göstərməlidirmi? Yoxsa bir insanın qəlbində yoldaşlarına sevgi bəsləməsi,təvazökarlıqla onun üzərində işləməsi və buna görə də ürəyində olanları açıqlamaması kifayətdir? Axı təvazökarlığın çox vacib olduğu məlumdur.
Və ya əksinə, bir insan, yoldaşlarına qəlbində olan sevgisini göstərməyə borcludur, çünki bununla yoldaşlarının qəlblərini bir-birinə qarşı oyandırır, beləliklə hər kəs hamının bu sevgi üzərində çalışdığını hiss edir. Bunun faydası odur ki, hər bir yoldaşın sevgisinin gücü digərlərinin gücü ilə birləşərək ,yoldaşlıq sevgisində hərəkət etmək üçün insana daha çox enerji və güc verir.
Beləliklə, əyər qrup on yoldaşdan ibarətdirsə,insana bir qüvvə əvəzinə,yoldaşa sevgi üzərındə calışmağı anlayan on qüvvə siyarət edir. Amma əksinə, əyər insan qrupa, yoldaşlarına sevgi üzərində çalışdığını göstərmirsə, o zaman qrupun gücündən məhrum olur.Çünki, bir yoldaşı müsbət qiymətləndirmək çox çətindir. Hər kəs özünü yoldaşlıq sevgisi üzərində çalışan saleh bir insan hesab edir və nəticədə bir insanın başqalarına qarşı sevgi üzərində işləmək üçün yalnız kiçik bir gücü olur. Buradan belə çıxır ki, bu iş gizli deyil, açıq şəkildə aparılmalıdır.
Bununla birlikdə, həmişə qrupun məqsədini özümüzə xatırlatmalıyıq. Əks təqdirdə, cismimiz həmişə olduğu kimi, hədəfi gizlədir, çünki həmişə öz mənfəətini düşünür. Unutmamalıyıq ki, qrup başqalarına məhəbbət və bu səbəbdən Yaradanı sevmək üçün bir tramplin əldə etmək ehtiyacı üzərində qurulmuşdur.
Bu, insanın heç bir mükafat gözləmədən, yoldaşlara qarşı olan Vermə istəyinı gerçəkləşdirmək üçün bir qrupa ehtiyac olduğunu dərk etməsi ilə əldə edilir. Lakin əksinə, insanın ona kömək edəcək, hədiyyə verəcək və s. bir qrupa ehtiyacı varsa, cismin eqoist istəkləri təmin ediləcək və belə bir qrup eqoistliyə söykənərək , yoldaşların maddi dəyərlər qazanmasına kömək etdiyini görən insanın, yalnız eqoist istəklərinin inkişaf etməsinə səbəb olacaq.
Bununla birlikdə, qrupun yaxınına olan sevgi üzərində qurulduğunu xatırlamaq lazımdır. Başqa sözlə, hər kəs qrupdan yaxınına sevgi, öz təbiətinə isə nifrət hissi almalıdır. Bir yoldaşın özündən imtina edərək,yaxınına sevgi naminə necə səy göstərdiyini görəndə, hər kəs yoldaşların niyyətləri ilə təəsüratlanır.
Beləliklə, daha əvvəl də qeyd edildiyi kimi, bir qrup, məsələn, on yoldaşa əsaslanırsa, onda hər biri özündən imtina, öz təbiətinə nifrət etmə, yaxınına isə sevgi üzərində işləməklə on qüvvəni özündə birləşdirilir.
Əks halda, bu kifayət etməz ki, insan yalnız yaxınını sevmək gücü ilə qalsın. Çünki o görmür ki, yoldaşları da bu işlə məşğuldurlar – axı yoldaşlar yaxınını sevməkdə təvazökarlıqla hərəkət edirlər və bunu gizli şəkildə edirlər. Əksinə, yoldaşlar onun öz gücünü itirməsinə səbəb olurlar – o dərəcədə ki, o, yaxınını sevmək yolunda getmək istəyir. Və insan onların əməllərindən öyrənir və nəticədə eqoist məhəbbətin hökmü altına düşür.
4.İnsan ödəmək üçün,hər bir yoldaşın şəxsi ehtiyacını bilməlidirmı, yoxsa ümumi yoldaş sevgisi üzərində çalışmaq yetərlidir?
Seminar sualları
-
Niyə Yaradılış Məqsədinin reallaşması dostların sevgisində ifadə olunur?
-
“Sevgi hələ ürəyə verilən bir şeydir və təbiət etibarilə ürək bununla razılaşmır” – bəs dostlarımızı sevmək üçün nə edə bilərik? Onluqlar / qrup daxilində qarşılıqlı kömək necə ifadə olunur ki, biz hamımız birlikdə dostların sevgisinə çatırıq?
Gələn həftə görüşənədək!