Dərs Kurs "Qrupda/onluqda Praktiki İş" - Dərs №2: Ruhanii yolda "yanacağı" haradan tapmaq olar?

Kurs "Qrupda/onluqda Praktiki İş" - Dərs №2: Ruhanii yolda "yanacağı" haradan tapmaq olar?

Ruhani yolda məqsədin ucallığı və vacibliyi haqqında

Dərs məzmunu
Materiallar
Mahnı siyahısı

Kurs "Qrupda/Onluqda praktik iş "

Dərs №2: Ruhani yolda "yanacaq" haradan əldə etmək olar?

Ruhani yolda məqsədin ucalığı və vacibliyi haqqında

İlkin mənbələrdən seçilmiş parçalar


1. Rabaş, məqalə 1 (1984) "Grupun məqsədi - 2"

İnsan "özünə sevgi" adlanan bir kli ilə yaradıldığından, əgər insan öz hərəkətindən şəxsi mənafeyinə uyğun nə isə çıxacağını görmürsə, o, ən kiçik hərəkət üçün belə yanacaqdan məhrumdur.

Egoist sevgidən imtina etmədən Yaradanla birləşməyə, yəni forma baxımından oxşarlığa nail olmaq mümkün deyil.

Bu, bizim təbiətimizə zidd olduğuna görə birlikdə  böyük güc yarada biləcək bir cəmiyyətə ehtiyac var, beləliklə bəşər övladının yaradılma məqsədinə çatmasına mane olan, "şər" adlanan almaq istəyindən imtina edə bilərik.


2. Rabaş, Məqalə 24. "Əsas, nəyimiz çatışmır"

Əsas çatışmayan cəhətimiz və niyə iş üçün enerjimiz olmadığının səbəbi - məqsədin vacibliyinin çatışmamasıdır. Yəni, xidmətimizi necə qiymətləndirməyi və kimə xidmət etdiyimizi bilməyi dəqiq anlamırıq. Və həmçinin, Yaradanın əzəmətini bilmək bizə çatmır ki, biz Kralın xidmətinə layiq olmağımızla nə qədər xoşbəxt olduğumuzu anlayaq, çünki Onun əzəmətini başa düşmək üçün heç nəyimiz yoxdur.

Və {Zoar} kitabının dilində bu, "Şxina küldədir" adlanır, yəni Ona xidmət etmək bizim üçün elə kül kimi dəyərsizdir. Və təbii ki‍, iş üçün enerjimiz yoxdur, çünki həzz olmasa əməl üçün güc də olmur.


3. Rabaş Məqalə 4 (1984) "İnsan yaxınına kömək etməlidir"

İnsanın yoldaşına necə kömək edə biləcəyini anlamaq lazımdır. Bu, kasıb və zəngin, ağıllı və ağılsız, güclü və zəif kimi fərqlərin olduğu yerlə bağlıdırmı? Amma hər kəs zəngin, və ya hər kəs ağıllı, və ya hər kəs gücludürsə, insan başqasına necə kömək edə bilər?

Ancaq görürük ki, hər kəs üçün ortaq olan bir şey var, yəni ruh halının vəziyyəti, belə deyirlər: "İnsanın ürəyindəki qayğını başqalarına söyləsin". Ruh halının yaxşı olması üçün nə zənginlik , nə ağıl , heç bir şey kömək etmir.

Əksinə, insan  başqasının pis vəziyyətdə olduğunu gördüyündə kömək edə bilər . Belə deyilir: "İnsan öz həbsxanasından özü çıxa bilməz", amma yoldaşı onun ruh halını yüksəldə bilər.

Yəni yoldaş onu, olduğu vəziyyətindən həyat eşqi halına qaldıra bilər. O zaman o,yenidən həyatda və zənginlikdə əminlik gücü əldə etməyə əldə edir. Məqsədin artıq ona yaxın olduğunu hiss etməyə başlayır.

Bundan aydın olur ki, hər kəs bu məqama diqqət göstərməli və yoldaşına ruh yüksəkliyinə yaxşılaşdırmaq üçün necə kömək edə biləcəyi haqqında fikirləşməlidir. Çünki ruh halı ilə bağlı hər kəs yoldaşında doldura biləcəyi "xisaron"  yerini tapa bilər.


4. Rabaş, Məqalə 24

Gündüz və gecə keşik çəkən olmalısan, yəni həm gündüz kimi hiss etdiyin zaman, həm də gecə kimi hiss etdiyin zaman, çünki Yaradan üçün deyirik: "Sənindir gün və Sənindir – gecə". Yəni , yəni gecə qaranlığı da Yaradan tərəfindən insanın xeyrinə gəlir, deyildiyi kimi: "Gün günə söz gətirir, gecə gecəyə bilik açır". Bundan belə nəticə çıxır ki, alovlanıb yanana qədər yoldaşlarının ürəklərini oyatmalısan. [...] Və bunun sayəsində Ulu Yaradanın sevgisini içimizdə oyatmağa layiq olacaqsan.


5. Rabaş. Məqalə 30 (1988) "Yoldaşların toplantısından nə tələb etmək lazımdır 

Hər kəs qrupa dolu olan ümidlə ruh gətirməyə və qrupa enerji verməyə çalışmalıdır ki, hər yoldaş özünə deyə bilsin: indi mən əməldə yeni bir səhifə açıram. Yəni, qrupa gəlməzdən əvvəl ruhani işindəki irəliləyişindən məyus idi. Amma indi yoldaşlar ona ümid dolu bir həyat ruhu veriblər və o, qrup sayəsində güvən və qətiyyət qazanır. Əksinə, indi mükəmməlliyə çatmağa qadir olduğunu hiss edir. Onun qarşısında aşılmaz bir dağ olduğunu düşündüyü və bu maneələrin həqiqətən güclü olduğu bütün fikirlər, indi onun üçün əhəmiyyətsiz  görünür. Və bütün bunları o, qrupun gücündən aldı – çünki hər kəs qrupa ruh yüksəkliyi gətirməyəyenilənmə atmosferini qorumağa can atırdı.


6. Rabaş, Məqalə 17 (1986) "Yığıncağın qaydası- 2"

.

Bütün təməl, hansı ki, biz onun üzərində dayanaraq xeyir və həzz ala bilərik, və hansı ki, bu həzzdən zövq almağımız mümkün olsun və daha da əhəmiyyətlisi, vermə əməlindən zövq almaq bizim böyük borcumuzdur, – bu, yalnız bir nöqtə üzərində işləməyə bağlıdır, yəni: ruhani olanı qiymətləndirmək.

Bu isə özünü aşağıdakı suallara diqqət yetirməkdə göstərir:
– “Mən kimə deyirəm?”
– “Mən kimin ehkamlarını yerinə yetirirəm?”
– “Mən kimin Tövratını öyrənirəm?”
Yəni, Tövratı Verəni necə qiymətləndirməli olduğumuzu izah edən məsləhətlərə nəzər salmaq.

Və insan özü tərəfindən, yuxarıdan müəyyən bir nur parıltısına nail olmamışdan əvvəl, özünə daha az və ya çox bənzəyən insanları axtarmalıdır – yəni, o kəsləri ki, necə olursa-olsun Yaradanla hansısa bir təmasın əhəmiyyətini artırmağın yollarını axtarırlar,  – çünki bu məsələdə çoxluğun fikri təsir etdiyinə görə, hər kəs öz yoldaşından kömək ala bilər.


7. Rabaş, Məqalə 30 (1988) "Yoldaşların toplantısından nə tələb etmək lazımdır"

Yoldaşlar əsasən Yaradanın ucalığı haqqında bir-birləri ilə danışmalıdırlar, çünki insan özündə Yaradanın  ucalığını təsəvvür etdiyi ölçüdə,  təbii olaraq özünü Yaradan qarşısında ləğv edir. Təbiətdə görürük ki, kiçik özünü böyük qarşısında ləğv edir. Ancaq bu, ruhaniyyətlə əlaqəli deyil və eyni zamanda dünyəvi insanlara da aiddir. Bu deməkdir ki, Yaradan bunu  təbiətdə belə yaradıb. Məlum olur ki, yoldaşlar Yaradanın böyüklüyü haqqında danışanda, onlarda Yaradanın qarşısında özlərini ləğv etmək istəyi oyanır, çünki Onunla bağlanmaq üçün güclü bir istək və həsrət hiss etməyə başlayırlar.


8. Baal HaSulam, "Son nəsil" əlyazmasından

Hətta dünyəvi insanda belə Yaradanla birləşməni tələb edən naməlum bir qığılcım var. Və o müəyyən bir vaxt oyandığında, insanda Yaradanı tanımaq və ya inkar etmək ehtirasını oyadır ki, bu da əslində eyni şeydir… Və əgər bu ehtirasını təmin edə biləcək birini tapsa – hər şeyə razı olacaq. Buraya sonsuz ruh və gələcək həyatda mükafat məsələləri , şəxsi hörmət , milli qürur da əlavə edilməlidir ki, insan öz millətininin şöhrətini vəsf etsin.