Dərs Yerli Görüş #29 - Kabalistik mətnin öyrənilməsi: "Azadlıq" İkinci Hissə

Yerli Görüş #29 - Kabalistik mətnin öyrənilməsi: "Azadlıq" İkinci Hissə

Bu həftə biz böyük bir qrup halında orijinal Kabalistik mətnlərdən dərsimizə davam edirik, xüsusilə də Rav Yehuda Leyb HaLevi Aşlaqın (Baal HaSulam) “Azadlıq” məqaləsinin öyrənilməsinin ikinci həftəsinə keçirik.

Dərs məzmunu
Materiallar
Mahnı siyahısı

Yerli görüşdə biz məqalənin bəzi əsas məqamlarına qayıdırıq və Rav Dr. Mixael Laitmanın dərslərindən olan video parçalarla yeni əlavələrə baxırıq.

Təbiət qanunları və reallığın qavranılması

Bu həftə “Azadlıq” məqaləsinin hissəsindəki mövzular autentik kabala müdrikliyinə görə təbiət qanunlarıdır. Dərsin sonunda isə “doğru mühiti seçmək” kimi əsas bir mövzu təqdim olundu və bu mövzu gələn həftə daha da geniş şəkildə araşdırılacaq.

 

Yerli Görüş


“Azadlıq”


Bu həftə biz Baal HaSulamın seçim azadlığı ilə bağlı izahlarını oxumağa davam edirik.

Daha əvvəl qeyd etdiyimiz kimi, Baal HaSulam geniş şəkildə yazıb ki, tələbələrə Yaradılış Məqsədinə – Yaradanın xüsusiyyıtləri ilə (sevgi və bəxş etmə) forma bənzərliyinə çatmağa kömək etsin. Bu həftə biz təbiət qanunları və reallığın qavranılması mövzularını oxuyuruq.

Yerli görüşdə məqalədən bəzi parçaları oxuyacağıq və sonra mətnin nə demək istədiyini anlamağa çalışacağıq. Ardınca məqaləni bir daha oxuyub bu mövzular ətrafında birlikdə müzakirə aparacağıq.

Əlavə olaraq, Rav Dr. Mixael Laitmandan məqalənin izahına dair əlavə video parçalarımız da var.

İlk olaraq, keçən həftənin qısa xatırlatması olacaq.


Bəşəriyyətin Azadlıq Axtarışı

  • Bəşəriyyət min illərdir azadlıq ideyası uğrunda mübarizə aparır.
  • Həm insan, həm də təbiət əsarətə qarşı müqavimət göstərir.
  • Azadlığa meyl təbii və daxili bir tendensiyadır.
  • Lakin bu anlayış qeyri-müəyyəndir – hər kəs onu fərqli şəkildə tərif edir.

Kabalada Azadlıq Anlayışı

  • Kabalada azadlıq – almaq istəyi üzərinə qalxmaq və ondan azad olmaq deməkdir.
  • Almaq üçün almaq istəyindən azadlıq – ruhani aləmə giriş qapısıdır.

Ölüm Mələyi qarşısında Azadlıq

  • Kabalada “Ölüm Mələyi” almaq üçün almaq istəyini ifadə edir.
  • Ölüm Mələyindən azadlıq – bəxşetmə niyyətinə çatmaq deməkdir.

Qəlbdəki Nöqtə

  • “Qəlbdəki nöqtə”nin inkişafı – azad olan klinin (qabın) qurulmasının başlanğıcıdır.
  • Bu nöqtə vasitəsilə insan həqiqətin aşkarlığına çatır.

Zövq və Əzab

  • İlahi İdarəetmə həyatı iki cilovla bağlamışdır: zövq və əzab.
  • İnsan zövqə doğru çəkilir və əzabdan qaçır; bu iki cilov vasitəsilə İlahi İdarəetmə onu arzu olunan yerlərə aparır.
  • İnsan ipi ilə idarə olunan kuklaya bənzəyir və təbii olaraq İlahi İdarəetmənin əmrlərini yerinə yetirir.
  • Baal HaSulamın dediyinə görə, insan azad deyil. O, cəmiyyətə və ətrafındakılara bağlıdır və başqalarının gözündə hörmət edilən və qiymətləndirilən şeylərə uyğun davranmağa məcburdur.
  • İnsanın qüruru və şöhrət axtarışı onu cəmiyyətin qəbul etdiklərinə uyğun davranmağa vadar edir.
  • Məqalədə insan ocaqda bişən bir qazana bənzədilir, yəni onun seçimi yoxdur və o, alovda bişir.
  • İnsanla heyvan arasında əsaslı bir fərq yoxdur, çünki insanın da şüurlu azad seçimi yoxdur.

" Azadlıq "

Yeguda Leyb HaLevi Aşlaq (Baal HaSulam)
 

Səbəb-nəticə qanunu

Biz bu mühüm məsələni dərk etməyə vaxt ayırmalıyıq – yəni dünyada eqoizm mahiyyəti baxımından necə mövcud olduğumuzu, belə ki, hər birimiz özümüzü naməlum xarici qüvvələrdən asılı olmayaraq, müstəqil hərəkət edən bir şəxsiyyət kimi hiss edirik, və eqoizm mahiyyəti bizə necə təsir göstərir?

Əslində, qarşımızda görünən gerçəklikdəki bütün elementlər arasında ümumi bir əlaqə mövcuddur. Bu gerçəklik isə səbəb-nəticə qanunu ilə daim inkişaf edir və səbəbdən nəticəyə doğru irəliləyir – həm bütövlükdə, həm də hər bir elementi ayrı-ayrılıqda. Başqa sözlə, dünyadakı bütün məxluqat – cansız, bitki, heyvan və danışan növlərinə aid olan hər bir yaradılış – səbəbdən nəticəyə doğru fəaliyyət göstərən səbəb-nəticə qanununa tabedir. Üstəlik, hər hansı bir məxluqatın öz mövcudluğu ərzində qəbul etdiyi hər bir xüsusi davranış forması, əvvəlki amillərin təsiri ilə baş verir və həmin davranışın bu şəkildə dəyişməsini məcbur edir. Bu heç bir halda təsadüfi baş vermir.

Bu, təmiz elm nöqteyi-nəzərindən və şəxsi maraqlardan uzaq şəkildə təbiət proseslərini müşahidə edən hər kəs üçün aydındır və aşkar görünür. Lakin biz bu fenomeni analiz etməliyik ki, onu hərtərəfli və bütün baxış nöqtələrindən qiymətləndirmək imkanına sahib olaq.


Açıq Müzakirə

Sual yaranır: əgər insan inkişaf etməsəydi, o, seçim və azadlıqdan məhrum olduğunu hiss edərdimi?


 

Dörd amil

Bil ki, dünyanın məxluqlarında baş verən hər bir yeni yaranış heç vaxt "heçdən yaranış" şəklində deyil, "vardan yaranış" şəklində baş verir. Başqa sözlə, bu yaranış mövcud olan real mahiyyət vasitəsilə baş verir, o mahiyyət ki, əvvəlki formasını özündən çıxarıb, indi yaranmaqda olan formaya bürünür.

Buna görə də biz başa düşməliyik ki, dünyada yaranan hər bir yeni hadisədə dörd amil iştirak edir və məhz bu dördünün birgə iştirakı ilə həmin varlıq yaranır və formalaşır. Bu amillər aşağıdakı adlarla adlanır:

1.Əsas (təməl),

2.Əsasın öz xüsusiyyətlərinə aid olan səbəb-nəticə əlaqələri, hansılar ki, dəyişmir,

3.Əsasın daxilindəki daxili səbəb-nəticə əlaqələri, hansılar ki, xarici qüvvələrlə təmas nəticəsində dəyişir,

4.Kənar obyektlərin səbəb-nəticə əlaqələri, hansılar ki, ona xaricdən təsir göstərir.

Və mən bu dörd amilin hər birini ayrılıqda izah edəcəyəm.


Açıq Müzakirə

Sizin fikrinizcə, bizim inkişafımızın səbəbi nədir?


Birinci amil: Əsas, ilkin materiya

Birinci amil "əsas"dır, bu da yaranışın ilkin materiyasını ifadə edir. Çünki "günəş altında yeni heç nə yoxdur." Hər hansı yaranış, "heçdən yaranış" deyil, "vardan yaranış"dır. Başqa sözlə, mövcud olan bir mahiyyət öz əvvəlki formasını tərk edir və fərqli bir formaya bürünür. Öz əvvəlki formasını tərk edən bu mahiyyət "əsas" adlanır və onda həmin yaranışın son formasının ortaya çıxması və sabitləşməsi üçün lazım olan güc mövcuddur. Buna görə də, bu əsas yaranış üçün əsas amil hesab edilir.


Seminar sualları
(görüşün gedişatına uyğun olaraq seçilmişdir)

– Bu həftə məqalədən öyrəndiyimiz hissələr sizi hara aparır?

– Niyə bu dünyada baş verənlərin səbəbləri bizdə maraq doğurur?

– Bu vacib məsələlərin təhlilinə necə başlaya bilərik?

– “Mənbə, İlkin Materiya”dan başlayan inkişafı siz necə anlayırsınız?


Gələn həftə görüşənədək!