Dərs Onluqlar Kursu - Dərs #1 - "Biz bura toplaşmışıq"

Onluqlar Kursu - Dərs #1 - "Biz bura toplaşmışıq"

Dərs məzmunu
Materiallar

Rav Barux Şalom Aşlaq

Qrupun məqsədi

Məqalə1, hissə 1, 1984    


Biz buraya, Baal HaSulamın yolu və üsulunu təqib etmək arzusunda olan bütün insanlar üçün, qrupun quruluşunun təməlini qoymaq məqsədi ilə toplaşmışıq.  Bu üsul insana, heyvani səviyyədən  çıxaraq,İnsan (Adəm) səviyyəsinin pillələri ilə yüksəlməyə  imkan verən bir yol açır.


…Lakin “Tövratın bəxş edilməsi” kitabında izah olunduğu kimi – və bu, orada yazılıb –  varlıqların xeyir və ləzzət alması yaradılışın məqsədinin olmasına baxmayaraq, onların bunu qəbul edə bilməməsinin səbəbi, Yaradanla məxluqat arasında forma fərqidir. Çünki Yaradan verəndir, məxluqat isə alandır. Və bir qanun var: budaqlar doğulduqları kökə bənzəməlidirlər.


Və  almaq bizim kökümüzdə – yəni Yaradanın Özündə – mümkün deyil, çünki (düşüncəsi belə qorxuncdur) Onda heç bir çatışmazlıq – bir ehtiyac yoxdur ki, O nəyisə almağa ehtiyac duysun, – buna görə də, insan alan olduqda, bu, onda xoşagəlməz bir hiss doğurur. Buna görə də hər bir insan “mərhəmət çörəyi” yeməyə utanır.


Və bütün bunları islah etmək üçün dünya yaradılmalı idi. Burada “dünya” – “olam” – gizlənmə xüsusiyyəti – “eelem” deməkdir, çünki xeyir və həzz gizlədilməlidir. Nə üçün? Cavab: qorxu üçün. Yəni insanın öz almaq klisindən – “egoist sevgi” adlanan şeydən – istifadə etməyə qarşı qorxusu olsun deyə.

Bu o deməkdir ki, insan istədiyi həzzi almaqdan çəkinəcək, və ehtirasla arzuladığı şeyi almağa qarşı müqavimət gücünə malik olacaq.


Və o, yalnız Yaradan üçün zövq doğuran həzzləri qəbul edəcək. Yəni, məxluq Yaradan üçün bəxş etmək istəyəcək. Və onun Yaradan qarşısında qorxusu olacaq – yəni, şəxsi mənfəət naminə almaqdan qorxacaq. Çünki şəxsi mənfəət naminə həzz almaq insanı Yaradanla birləşməkdən uzaqlaşdırır.


Buna görə də biz buraya toplaşmışıq ki, elə bir cəmiyyət yaradaq ki, hər birimiz “Yaradana vermək niyyəti” ruhunda irəliləyək. Və Yaradana vermək niyyətinə  çatmaq üçün,əvvəlcə insana bəxş etməyə başlamaq lazımdır, bu isə “yaxınını sevmək” adlanır.


Yaxınını sevmək isə yalnız insanın özünü ləğv etməsi ilə mümkündür. Yəni hər kəs bir tərəfdən özünü aşağıda hiss etməli, digər tərəfdən isə, biz qürur duymalıyıq ki, Yaradan bizə elə bir cəmiyyətə daxil olmaq imkanı verdi ki, orada hər birimizin yalnız bir məqsədi var – “Şxinanın aramızda hökm sürməsi”.


Və baxmayaraq ki, biz hələ bu məqsədə çatmamışıq, ancaq bizdə bu məqsədə çatmaq arzusu var. Və bu da bizim üçün vacib olmalıdır, baxmayaraq ki, biz hələ yolun başlanğıcındayıq. Amma ümid edirik ki, bu uca məqsədə çatacağıq.