Dərs Dərs №25. {Ruh yüksəkliyi və düşkünlüyündən} — yolumuzda yeni mərhələyə doğru

Dərs №25. {Ruh yüksəkliyi və düşkünlüyündən} — yolumuzda yeni mərhələyə doğru

Dərs məzmunu
Materiallar

Dərs №25. {Ruh yüksəkliyi və düşkünlüyündən} — yolumuzda yeni mərhələyə doğru 

İlkin mənbələrdən seçilmiş parçalar


  1. Rabaş. Məqalə 34 (1988) "Ruhani işdə gündüz və gecə nədir"

İnsan qaranlığın nə olduğunu dərk etməli, daha dəqiq desək, hiss etməlidir, əks halda o, işıqdan həzz ala bilməz. Çünki insan hər hansı bir şeyin dadını sınamaq, yəni ondan istifadə etməyinə dəyər ya yox , anlamaq istəyirsə, onu ziddiyyət vasitəsilə öyrənməlidir, deyildiyi kimi: “İşığın üstünlüyü qaranlıqdan gəlir.” Bu, ona bənzəyir ki, insan yorğunluğun nə olduğunu bilməsə, dincəlməkdən həzz ala bilməz.

Bu səbəbdən insan ruh yüksəliyi və düşkünlüyü prosesindən keçməlidir, lakin düşkünlüklərdən təsirlənməməli, döyüş meydanından qaçmamaq üçün səy göstərməlidir. Buna görə də, baxmayaraq ki, iş prosesində o, bunun iki ayrı şey olduğunu dərk edir, lakin işin sonunda o, görür ki, işıq və qaranlıq insanı məqsədə doğru aparan iki ayaq kimidir.


  1. Rabaş. Məqalə 22 (1989) "Pesax ərəfəsində məhz dörd sualın verilməsi nə deməkdir"

Bizdə ruh yüksəliyinin əhəmiyyətini qiymətləndirə biləcək bir ağıl yoxdur. Başqa sözlə, bizdə o qədər anlayış yoxdur ki, Yaradan'a inanmağa gücümüzün çatdığı və Yaradanın ucalığını müəyyən qədər hiss etdiyimiz bir anın belə nə qədər dəyərli olduğunu anlayaraq qiymətləndirə bilək. Axı ruh yüksəliyi halında bizdə Yaradan qarşısında ağıl və düşüncə olmadan, sadəcə bir şamın məşəl qarşısında əriyib itməsi kimi özümüzü ləğv etməyə meyl yaranır.

Və necə olsa da, [ruh yüksəliyinin əhəmiyyətini qiymətləndirə bilmiriksə], Yaradanın bizi yaxınlaşdırdığı – bizə bir qədər yaxınlıq verdiyi – üçün sevinmək və sevinc hiss etmək imkanı bizdə olmur. Halbuki bu yaxınlıq bizdə məhz sevinc və ruh yüksəkliyi yaratmalıdır. Lakin bizdə bunun əhəmiyyətini qiymətləndirmək bacarığı olmadığından, bundan o qədər də həzz ala bilmirik. Bu səbəbdən bizə ruh düşkünlüyü verilir ki, yüksəlişlərin əhəmiyyətini öyrənmək imkanımız olsun, deyildiyi kimi: “İşığın üstünlüyü qaranlıqdan gəlir.” Çünki məhz ruh düşkünlüyü vasitəsilə insan yüksəlişləri tanımağa və dəyərləndirməyə başlaya bilər.


  1. Rabaş. Məqalə 6 (1989) "Ruhani işdə «bilginin fövqündə» nə deməkdir"

İş zamanı, insan deməlidir: “Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək?” – yəni iş prosesində insanlar düşünürlər ki, ruh yüksəkliyi və düşkünlüyünü onlar özləri edirlər. Yəni onlar “ordu”, “igid qəhrəmanlar” adlanan döyüşçülərdir. Lakin sonra, onlar xilas olunduqda, dərk edirlər ki, əsl döyüşən Yaradandır. Başqa sözlə, onların keçdiyi bütün yüksəliş və enişləri Yaradan həyata keçirmişdir. Yəni hətta ruh düşkünlükləri də Yaradandan gəlir. İnsan təsadüfən dəfələrlə enib-qalxmır, əksinə, bütün bu çıxışları Yaradan tənzimləyir. Və bu çıxışları “müqəddəslikdən çıxışlar” adlandırmaq olar. Girişlər isə – müqəddəsliyə daxilolmalardır. Hər şeyi edən Yaradandır.


  1. Baal HaSulam. Şamati. 172. "Maneələr və əngəllər haqqında"

Gözlərimizin qarşısında ortaya çıxan və aşkar olunan bütün maneələr və əngəllər – Yaradanın bizi Özünə yaxınlaşdırmaq istədiyi bir şərait olaraq – yalnız yaxınlaşdırma xüsusiyyətidir. Və bu əngəllərin hamısı bizə yalnız yaxınlıq gətirir. Əgər bu maneələr olmasaydı, Ona yaxınlaşmaq üçün heç bir imkan olmazdı. Çünki təbiət baxımından biz – maddədən yaradılmış varlıqlarıq.Yaradan isə ucalıqların ucalığında olandır. Aralarında bundan daha böyük uzaqlıq ola bilməzdi. Yalnız insan yaxınlaşmağa başladıqda bu məsafəni hiss etməyə başlayır. Və insanın aşdığı hər bir maneə onun üçün yolu daha da yaxınlaşdırır.


  1. Rabaş. Məqalə 6 (1990) "İnsan ruhani işdə nə zaman qürurdan istifadə etməlidir"

İnsan buna diqqət yetirməli və inanmalıdır ki, Yaradan ona qayğı göstərir və onu Padşahın sarayına aparan yolda irəlilədərək istiqamətləndirir. Buradan belə çıxır ki, insan sevincli olmalıdır – çünki Yaradan ona nəzarət edir və ona, o cümlədən ruh düşkünlüyü halı da verir. Yəni insan bacardığı qədər inanmalıdır ki, Yaradan ona ruh yüksəkliyi verir, çünki əlbəttə, insan deyə bilməz ki, bu yüksəlişləri özü alır. Əksinə, Yaradan onu Özünə yaxınlaşdırmaq istəyir, məhz buna görə Ona ruh yüksəkliyi verir.