Yerli Görüş #23 - "Ondandan Başqa Heç Kim Yoxdur" Dünya Kabbalah Konvensiyasına Hazırlıq - May 2025
Yerli görüş № 23
"Ondan Başqa Heç Kim Yoxdur"
Bazar günü konqres mövzusunu müzakirə etməyə başladıq. Bu gün isə “Ondan Başqası Yoxdur” mövzusunu mənbələr, video parçalar və çalıştaylar vasitəsilə aydınlaşdırmağa davam edirik.
1. Baal HaSulam. Şamati 1. "Ondan Başqa Heç Kim Yoxdur"
Belə deyilir: “Ondan Başqa Heç Kim Yoxdur” – bu o deməkdir ki, dünyada Yaradanın əleyhinə nəsə edə biləcək başqa heç bir qüvvə yoxdur. Amma insan dünyada elə şeylər görür ki, onlar yuxarı qüvvələri inkar edir (sözün əsl mənasında: “yuxarı sarayı”). Bunun səbəbi – Yaradanın belə istəməsidir.
Bu, bir növ islahdır və buna “sol əl uzaqlaşdırır, sağ isə yaxınlaşdırır” deyilir. Başqa sözlə, solun uzaqlaşdırması – islahın bir hissəsidir. Yəni dünyada elə şeylər var ki, onlar əvvəlcədən insanı düz yoldan sapdırmaq üçün təyin olunmuşdur, onların hərəkəti onu müqəddəslikdən uzaqlaşdırır.
Və bu uzaqlaşdırmaların faydası ondadır ki, insan onların vasitəsilə Yaradanın ona kömək etməsinə dair ehtiyac və kamil bir istəyin sahibi olur, çünki əks halda o, özünü itmiş sayır. Təkcə işdə irəliləmir, həm də geri getdiyini görür. Yəni hətta “lo lişma”da [yəni öz xeyrinə] belə Tövratı və əmrləri yerinə yetirmək üçün onda güc yoxdur. Və yalnız biliyin fövqündəki bütün maneələri əsl dəf etməklə Tövrat və əmrləri yerinə yetirə bilər. Amma bu, onun hər zaman bacardığı bir şey deyil. Əks halda, o, hətta “lo lişma” yolundan belə, çıxmalı olar.
Baal HaSulam məktub 16
“…Əmri yerinə yetirməzdən əvvəl heç bir halda şəxsi idarəçilik haqqında düşünmək olmaz, əksinə, insan mütləq deməlidir: «Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək». Lakin əməl başa çatdıqdan sonra insan öz daxilində bu düşüncəni sabitləşdirməli və inanmalıdır ki, bu əmri mən öz gücümlə deyil yalnız Yaradanın qüvvəsi ilə yerinə yetirdim, – çünki O, mənim üçün hər şeyi əvvəlcədən belə planlaşdırdı və buna görə də mən bunu etmək məcburiyyətində qaldım.
Bu qayda bu Dünyada da keçərlidir, çünki ruhaniyyət və maddiyyət bir-birinə bənzəyir. Odur ki, insan bazara çıxıb gündəlik ruzisini qazanmazdan əvvəl şəxsi idarəçiliklə bağlı düşüncələrini bir kənara qoymalı və həmin an deməlidir: «Əgər mən özüm üçün etməyəcəyəmsə, kim mənim üçün edəcək», və insanlar necə qazanırsa, o da onların etdiyi bütün üsulları tətbiq etməlidir.
Amma axşam evə qayıdıb qazancını əlində gördükdə, Allah eləməsin ki, fikirləşsin: «Bu qazancı öz hiyləgərliklərimlə qazandım», çünki hətta əgər o, bütün günü zirzəmidə uzanmış olsaydı belə, yenə də qazancı əlinə keçəcəkdi. Çünki Yaradan onun üçün bunu əvvəlcədən planlaşdırmışdı və belə olmalı idi.
Və baxmayaraq ki, zahiri ağla görə bu fikirlər ziddiyyətlidir və ürək tərəfindən qəbul edilmir, yenə də insan buna inanmalıdır, çünki Yaradan öz Tövratında ona bu cür hökm verib – müdriklərin və müqəddəs kitabların dediyinə əsasən.
Bu, «AvaYa – Elokim» birliyi adlanır. Burada AvaYa – şəxsi idarəçiliyi ifadə edir – yəni Yaradan hər şeyi yaradır və palçıqdan (maddi) evlərdə yaşayanların Ona kömək etməsinə ehtiyacı yoxdur. «Elokim» – «Qüdrətli» sözü isə eyni say dəyərinə malikdir, necə ki, «təbiət» sözü, və insan, əgər Yaradanın göy və yerin maddi sistemlərinə yerləşdirdiyi təbiətə uyğun davranırsa və bu qanunlara riayət edirsə, və eyni zamanda AvaYa adına – fərdi idarəçiliyə inanırsa, deməli, bunları birləşdirir – «və Onun əlində bir olarlar», və bununla da Yaradanı böyük sevincə qərq edir və bütün aləmlərə nur saçır.”
Seminarlar
Seminar Sualı 1: Qrupumuzu “Ondan Başqa Heç Kim Yoxdur” istiqamətinə yönəltmək üçün nəyi təşkil etməliyik?
Seminar Sualı 2: Qrupda necə təşkil olunacağımızı müzakirə etdikdən sonra, konqresdə əldə etməyi gözlədiyiniz iki yeni şeyi dostlarla paylaşın.
Kogresə dəvət