Dərs # 23 - Dünya Kabbala Konqresinə Hazırlıq "Ondan Başqa Heç Kim Yoxdur"- May 2025
Dərs № 23. "Dünyada Ondan Başqa Heç Kim Yoxdur" adlı dünya kabala konqresinə hazırlıq - May 2025-ci il
İlk mənbələrdən seçilmiş fraqmentlər
Dərs 1: Ondan Başqa Heç Kim Yoxdur
1. Baal HaSulam. Şamati 1. Ondan Başqa Heç Kim Yoxdur
Belə deyilir: “Ondan Başqa Heç Kim Yoxdur” – bu o deməkdir ki, dünyada Yaradanın əleyhinə nə isə edə biləcək başqa heç bir qüvvə yoxdur. Amma insan dünyada elə şeylər görür ki, onlar yuxarı qüvvələri inkar edir (sözün əsl mənasında: “yuxarı sarayı”). Bunun səbəbi – Yaradanın belə istəməsidir. Bu, bir növ islahdır və buna “sol əl uzaqlaşdırır, sağ isə yaxınlaşdırır” deyilir. Başqa sözlə, solun uzaqlaşdırması – islahın bir hissəsidir. Yəni dünyada elə şeylər var ki, onlar əvvəlcədən insanı düz yoldan sapdırmaq üçün təyin olunmuşdur, onların hərəkəti onu müqəddəslikdən uzaqlaşdırır.
Və bu uzaqlaşdırmaların faydası ondadır ki, insan onların vasitəsilə Yaradanın ona kömək etməsinə dair ehtiyac və kamil bir istəyin sahibi olur, çünki əks halda o, özünü itirmiş kimi sayır. Təkcə əməldə irəliləmir, hətta geri getdiyini görür. Yəni hətta “lo lişma”da [yəni öz xeyrinə] belə Tövratı və əmrləri yerinə yetirmək üçün onda güc yoxdur. Və yalnız biliyin fövqündəki bütün maneələri həqiqi dəf etməklə Tövrat və əmrləri yerinə yetirə bilər. Amma bu, onun hər zaman bacardığı bir şey deyil. Əks halda, o, hətta “lo lişma” yolundan belə, çıxmalı olar.
- Baal HaSulam. “Yaradanın Adları”
Bütün insanın beyninə gələn fikirlər əslində Yaradanın hərəkətləridir. Yəni, insana elə gəlir ki, bu fikirləri haradansa özü çəkir, ya da onlar onun içindən doğulur – bu, aldadıcı bir hissdir və bütün illüziyaların başlanğıcıdır. Hətta ən kiçik bir fikri belə, insanın beyninə məhz Yaradan göndərir, və O, insanı, heyvanı və bütün canlıları hərəkətə gətirən qüvvədir.
Yəni, Yaradan canlı orqanizmi hərəkətə gətirmək istədikdə, ona müəyyən bir fikir göndərir və bu fikir onun xüsusiyyətinə uyğun olaraq insanı təşvişə salır. Necə ki, Yaradan yerə yağış göndərir, lakin yer onun haradan gəldiyini hiss edə bilmir, eyni ilə də insan heç bir şəkildə anlayıb hiss edə bilməz ki, ona bu fikri kim göndərib – çünki o, bu fikri öz zehnində yaranmadan öncə hiss etməmişdi. Və bu fikir artıq onun ixtiyarında olduqda, insana elə gəlir ki, bu fikir onun özünün bir hissəsidir.
Ona görə də anla ki, fikir Onu dərk edə bilməz, sadəcə olaraq ona görə ki, Yaradan bizə Onu dərk etməyə qadir olan bir fikir göndərmək istəməz. Lakin O, bizə elə bir fikir ardıcıllığı hazırlayıb ki, nəticədə biz Onu tam şəkildə dərk etməyə məcbur oluruq.
3.Rabaş. Məktub 76
Məlumdur ki, “Yer Onun şöhrəti ilə doludur”. Hər bir insan buna inanmalıdır, necə deyilib: “Mən göyü və yeri doldururam”. Lakin Yaradan özünü gizlədir ki, bu halı görə bilməsinlər – seçim imkanı olsun deyə. Və yalnız bu zaman inam üçün yer yaranır – inanmaq ki, Yaradan “bütün aləmləri doldurur və idarə edir”.
Və insan Tövratla və əmrlərlə məşğul olduqdan sonra, seçimi yerinə yetirdikdə – o zaman Yaradan özünü insana aşkar edir və insan görür ki, Yaradan dünyanı idarə edir. Belə çıxır ki, bu zaman insan Padşahı təyin edir ki, O, onun üzərində hökmranlıq etsin. Yəni insan Yaradanı hiss edir – O, bütün aləmləri idarə edir. Və bu zaman deyilir ki, insan Yaradanı Öz üzərində Padşah etdi. Çünki insan bu hissiyyata çatmamışdan əvvəl, Yaradanın padşahlığı gizli idi.
Dərs 2: Yaradanın Xeyirxah və Xeyir verən olduğuna İnam
-
Baal HaSulam. Şamati 34. “Torpağın üstünlüyü – hər şeydədir”
“Kitablardan və müdriklərdən məlum olduğu kimi, Yaradan – Xeyirxah və Xeyir verəndir, yəni Onun idarəçiliyi aşağıdakılara Xeyirxah və Xeyir verən olaraq aşkar olur. Və biz bu şəkildə inanmağa məcburuq.
Ona görə də, insan dünyanın İdarəçiliyinə baxdıqda və öz üzərində və ya başqalarında görməyə başlayanda ki, bu İdarəçilikdən onlar həzz deyil, əksinə, iztirab çəkirlər – necə ki, bu, Yaradanın adına – Xeyirxah və Xeyir verən adına – yaraşır, belə bir vəziyyətdə insana demək çətin olur ki, ali idarəçilik “xeyirxah, Xeyir verən və onlara bütün nemətləri verən” sifətində həyata keçirilir.
Lakin bilmək lazımdır ki, belə bir vəziyyətdə, əgər onlar deyə bilmirlərsə ki, Yaradan – Xeyirxah və Xeyir verəndir onlar ‘raşá’ – günahkar adlanırlar. Çünki onların iztirab hiss etməsi onları Yaradanı ‘marşía’ – pislik törətməkdə günahlandırmağa vadar edir. Və yalnız o zaman ki, onlar görürlər ki, Yaradan onlara həzz verir, onlar Yaradanı haqq qazandırırlar. Müdriklərimizin dediyi kimi: “Kimdir saleh? O kəs ki, Yaradanına haqq qazandırır”, yəni deyir ki, Yaradan dünyanı ədalətlə idarə edir.”
-
Rabaş. Məqalə 44 (1990) “İşdə «hakimiyyət uğrunda mübarizə» nə deməkdir – 2”
“İnsan inanmalıdır ki, aləmdə Padşahın (Yaradanın) mövcudluğunu hiss etmədiyi bu gizlənmə halı Yaradan tərəfindən yaradılıb və bu, «ixtisar vasitəsilə islah» adlanır. Amma insan inanmalı və bunun üçün böyük səylər göstərməlidir ki, nəhayət bədəninin orqanlarında hiss etsin ki, Yaradan dünyanı idarə edir. Və sadəcə idarə etmir, insan inanmalıdır ki, Onun idarəçiliyi xeyirlidir və xeyir gətirəndir. İnsan əlindən gələn hər şeyi etməlidir ki, bu halı dərk etmək imkanı onda meydana gəlsin.”
Dərs 3: Əgər mən özüm üçün etməyəcəmsə, kim mənim üçün edəcək?
Baal HaSulam. Məktub 16
“…Əmri yerinə yetirməzdən əvvəl heç bir halda şəxsi idarəçilik haqqında düşünmək olmaz, əksinə, insan mütləq deməlidir: «Əgər mən özüm üçün etməyəcəmsə, kim mənim üçün edəcək». Lakin əməl başa çatdıqdan sonra insan öz daxilində bu düşüncəni sabitləşdirməli və inanmalıdır ki, bu əmri mən öz gücümlə yerinə yetirmədim, yalnız Yaradanın qüvvəsi ilə – çünki O, mənim üçün hər şeyi əvvəlcədən belə planlaşdırdı və buna görə də mən bunu etmək məcburiyyətində qaldım.
Bu qayda bu Dünyada da keçərlidir, çünki ruhani və maddi bir-birinə bənzəyir. Odur ki, insan bazara çıxıb gündəlik ruzisini qazanmazdan əvvəl şəxsi idarəçiliklə bağlı düşüncələrini bir kənara qoymalı və həmin an deməlidir: «Əgər mən özüm üçün etməyəcəmsə, kim mənim üçün edəcək», və insanlar necə qazanırsa, o da onların etdiyi bütün üsulları tətbiq etməlidir.
Amma axşam evə qayıdıb qazancını əlində gördükdə, Allah eləməsin ki, fikirləşsin: «Bu qazancı öz hiyləgərliklərimlə qazandım», çünki hətta əgər o, bütün günü zirzəmidə uzanmış olsaydı belə, yenə də qazancı əlinə keçəcəkdi. Çünki Yaradan onun üçün bunu əvvəlcədən planlaşdırmışdı və belə olmalı idi.
Və baxmayaraq ki, zahiri ağla görə bu fikirlər ziddiyyətlidir və ürək tərəfindən qəbul edilmir, yenə də insan buna inanmalıdır, çünki Yaradan öz Tövratında ona bu cür hökm verib – müdriklərin və müqəddəs kitabların dediyinə əsasən.
Bu, «AvaYa – Elokim» birliyi adlanır. Burada AvaYa – şəxsi idarəçiliyi ifadə edir – yəni Yaradan hər şeyi yaradır və palçıqdan (maddi) evlərdə yaşayanların Ona kömək etməsinə ehtiyacı yoxdur. «Elokim» – «Qüdrətli» sözü isə eyni say dəyərinə malikdir, necə ki, «təbiət» sözü, və insan, əgər Yaradanın göy və yerin maddi sistemlərinə yerləşdirdiyi təbiətə uyğun davranırsa və bu qanunlara riayət edirsə, və eyni zamanda AvaYa adına – fərdi idarəçiliyə inanırsa, deməli, bunları birləşdirir – «və Onun əlində bir olarlar», və bununla da Yaradanı böyük sevincə qərq edir və bütün aləmlərə nur saçır.”
Klip 1-in Mətni –
Rav: Bu parça əsasən bizi bir məqsədə, bir səbəbə, bir qüvvəyə yönəldir — bizimlə baş verən hər şeyin səbəbi olan və daim özümüzü ona yönəltməli olduğumuz yeganə qüvvəyə. Yaradan istisna olmaqla, bu dünyada heç bir başqa qüvvə yoxdur ki, nə isə etmiş olsun, edir və ya edəcək olsun — hər birimizin və hamımızın başına gələn hər şey yalnız bir qüvvədən qaynaqlanır. Biz Onun içindəyik və ən vacib olan şey — bu əlaqəni və istiqaməti itirməməkdir. Əgər bir şey baş verirsə — bu Ondandır. Əgər biz nəyəsə can atırıqsa — bu yalnız Ona olmalıdır. Bu zaman biz çaşmayacağıq və düzgün şəkildə məqsədə çatacağıq.
Məqsəd ondadır ki, hər şeyin qaynağı olan və bizim Ona yönəlməli olduğumuz bu qüvvə içimizdə hiss olunsun — biz bu qüvvədən yapışaq və daim Onunla əlaqədə və tam birləşmədə qalaq. Bütün kabala elmi mahiyyətcə bizi bu münasibəti qurmağa istiqamətləndirir. Kabala bilicilərinin danışdığı hər şey — bu sistemdir: necə Yaradan qüvvələri göndərir və onlar bizə çatır, necə biz bu qüvvələri qəbul edirik və onlara Yaradan qarşısında cavab veririk. Və bizimlə Yaradan arasında — cəmiyyət var, dostlara sevgi var. Əgər biz oxuyur və bir-birimizlə düzgün əlaqələr qururuqsa, Yaradanla get-gedə daha çox yaxınlaşırıq.
Belə çıxır ki, Yaradan gizlidir, bizə bəlli deyil, lakin məhz dostlara sevgi vasitəsilə ifşa olunur. Biz yaxınlarımızla, bütün təbiətlə — cansız, bitki, heyvan səviyyəsi ilə, lakin xüsusilə danışan səviyyə ilə — insanla nə qədər düzgün əlaqə qururuqsa, o qədər də bu eyni istiqamətdə, bu eyni qüvvə və niyyətlə biz Yaradan sevgisinə, Onunla əlaqəyə və Onun aşkarləğına çatırıq.
Klip 2 — “Yaradana haqq qazandırmaq”
Rav: Yaradan — “Tək, Yeganə və Birdir” anlayışıdır və biz özümüz bu “bir” anlayışına çevrildiyimiz dərəcədə, Onu hiss etməyə, anlamağa və Ona haqq qazandırmağa başlayırıq.
Biz hər dəfə ayrılıq halından gəlirik, çünki əks halda birlik anlayışını hiss edə bilməzdik. Biz daim işığı qaranlıqdan görməliyik. Yalnız ziddiyyətlərin müqayisəsi vasitəsilə biz həm işığı, həm də qaranlığı hiss edə bilərik. Biz qaranlığı qaranlıqda, işığı isə işıqda görə bilmərik. Biz birini digərinin fonunda görməliyik.
Ona görə də, Yaradanı yalnız o halda haqqlandıra bilərik ki, birləşirik. Nə qədər çox birləşsək və əlaqə anlayışını açsaq, o qədər də Yaradanın yaradılışda etdiklərinə haqq qazandıra bilərik.
Yaradılış — yəni “Onun xaricində olan”, çöldə olan deməkdir. Yaradan bütün dünyanı parçalanma, uzaqlaşma, sınma, klipot, sitra axra və sair formasında yaratdı — bütün bunlar bizə ziddiyyətləri birləşdirmək imkanı vermək üçündür. Onlar ziddiyyətli olsalar da, biz onları sevgi gücü ilə birləşdiririk. Və bu zaman birləşmənin mahiyyətini – yəni Yaradanı dərk edirik. Biz Onu bu şəkildə ifşa edirik.
Klip 3 — “Əgər mən özüm üçün etməyəcəmsə, kim mənim üçün edəcək?”
Rav: Biz bilmirik ki, ruhani aləm nədir, öz ağıl və hisslərimizin fövqündə olmaq nə deməkdir. Mən bilmirəm ki, vermək xüsusiyyəti nədir, inam nədir. Bu, dərk olunmaz bir şeydir, bu mənim daxilimdə deyil. Mən bu nəticəni görə bilmirəm, bu mənim xaricimdə bir hadisədir, çünki mən hər şeyi yalnız almaq istəyim vasitəsilə qavrayıram.
Belə çıxır ki, vermək — özü-özlüyündə bir problemdir. Mən bilmirəm ki, həqiqi vermək nədir. Hətta kiməsə nəsə verdiyim zaman belə, əslində alıram — mən alıram. Biz xarici formaya görə qiymətləndirmirik — birinə nəsə verdim ya yox — çünki əslində mən alıram, daim alıram. Nə gördüyüm, nə gördüyümü görmədiyim, hansı hərəkət, hansı forma olursa-olsun — bütün bunlar həmişə almaqdır, yalnız özüm üçün, özüm üçün, özüm üçün. Mən nə zaman nəyəsə baxıram, nəyi isə görürəm — necə qazanmaq, necə uğur qazanmaq, necə ləzzət almaq, necə dolmaq — bütün bu yanaşma mənim içimdəki almaq istəyindən gəlir və o yönləndirir mənim bütün etdiklərimi — istər şüurlu, istərsə də şüursuz.
Mənim döyünən qəlbim, bədənim, onu saxlayan hüceyrələrim, orqanlarım — bütün bunlar almaq istəyindən irəli gəlir, və daim alırlar.
Bax, problem də budur: biz vermək xüsusiyyətinə necə gəlirik ki, bu da onun tam əksidir?
Belə deyilib: sənin bir hissən var, bu da “Əgər mən özüm üçün etməyəcəmsə, kim mənim üçün edəcək?” adlanır — bu hissəni sən yerinə yetirməlisən. Bu, başqalarına yaxınlaşmaq üçün fəaliyyətləri, qrup qurmağı, onluq qurmağı, bir-birinə mümkün qədər təsir etməyi əhatə edir.
İkinci hissəni isə Yaradan verir.
Klip 4 — “Bney Barux” konqresləri (Azərbaycan dilində)
Keçdiyimiz bütün konqreslər bizi bu bugünkü konqresə aparan pillələr idi – sanki bir nərdivanın mərtəbələri.
Sitrində keçirilən Konqresdə sanki oyun şəklində “Kabala Dövləti” qurduq.
Rav : “Bizə elə gəlir ki, guya oynayırıq, zarafat edirik...
Bu, bizim üçün oyundur, amma yuxarıda, ruhani aləmdə belə deyil.
Biz başa düşmürük, hansı ruhani hərəkətləri başladırıq... Nəhəng!”
Və birlikdə biz qəlblərimizi alovlandıra bildik.
Sonra Avropa və Amerikadakı konqreslər mərhələsinə çatdıq.
Dünyanın hər yerindən alışan qığılcımlar toplandı
– tək bir arzu ilə – bir ruh olmaq.
Konqresdən konqresə doğru niyyətə daha da yaxınlaşdıq.
Rav: “Bu, sanki bir topdur – biz onunla oynamaq istəyirik,
və hər kəs çalışır ki, o, daim havada qalsın.
Elə indi, bu günlərdə biz də çalışmalıyıq ki, fikrimiz daim aramızdakı birliyə və Yuxarıya yönəlsin.
Niyyətimizin yerə düşməsinə imkan verməyək!”
Bill Baker, ABŞ (ingiliscə):
“Bura gələndə – üç min adam, heç vaxt görmədiyim insanlar,
adlarını xatırlaya bilməyəcəyim insanlar, istəsəniz belə.
Amma siz...
Sizi...
Sizi sevirəm.
Yaradan hamınızı mübarək etsin!”
Elə həmin il İsraildə öz televiziya kanalımızı açdıq – “Kabala LeAm – Yaxşılığa qoşuluruq”.
Gündə 24 saat, həftədə 7 gün Yaradılış Məqsədini yayırdıq.
Bir çox izləyicilər konqreslərə gəlib gördülər ki, həqiqət buradadır –
qəlblərin açıldığı yerdə.
Kamerundan sual (fransızca):
“Evimə, ölkəmə qayıdanda
Musa kimi olacam, Yaradanı gördükdən sonra.
Üzümə sizdən aldığım bir nur yayılacaq.
Və sözlərlə ifadə oluna bilməyən şeyi anlayacaqlar. Bu qədər. Ləxayim!”
Biz elə bir hala gəldik ki, artıq gerçək bir dua lazım idi.
Onda qərara gəldik – səhraya gedək.
Orada, dünyadan təcrid olunaraq, sadəcə bir olmaq istədik.
Elə güclü bir arzu ilə ki, səmalar açıldı və
səhrada görülməmiş yağış yağdı – töküldü.
Tuso, Afrika (ingiliscə):
“Bir neçə gün əvvəl səhrada elə böyük tovariçlər gördüm ki,
o qədər güclü bir enerji hiss etdim ki,
sanki bıçaqla bir parçasını kəsib əlinə ala bilərsən.”
Dünyanın hər yerindən daha çox dost bizə qoşulur.
Mutlu (ingiliscə):
“Biz səhər dərslərinə gedirik və s.
Mən tərcümə etməyə başladım türkcəyə, çünki türkəm.
Bəzi dostlar soruşdu: “Səni kim dinləyir? Kimin üçün tərcümə edirsən?”
Dedim: “Onlar gələcək”. Və gəldilər…
Düşünürəm ki, bütün dünya gəlməlidir.
Hər kəs bizim hiss etdiyimizi hiss etməlidir.”
Dost, Çin (çincə):
“Dostların sayəsində bu çətinliyi aşa bildik və viza ala bildik.
Əgər tək bir dost görürsünüzsə –
hər şeyi aşmaq və onu dəstəkləmək lazımdır.”
Cuzeppe, İtaliya (italyanca):
“Hiss etmək ki, hər dost artıq özü haqqında yox, başqası haqqında düşünür –
bu, bizim dünyaya aid deyil.
Dünyada bu hissləri yaşamaq mümkün olan başqa bir yer yoxdur.”
Və birdən – korona…
Bəli, hamı evdə oturdu, amma biz qərara gəldik –
bütün evləri bir virtual evdə birləşdirək.
Rav:
“Minlərlə insan eyni anda, dünyanın hər yerindən virtual toplananda
və anlayanda ki, aralarındakı bu bağda bir ümid və
Yaradanın gücünə çatmaq üçün şans var…
Bu hisslər o qədər güclüdür ki, mən sadəcə partlaya bilərəm.”
Və karantin bitdikdən sonra, qərara gəldik ki, evimizə qayıdaq
və konqresi elə burada keçirək – və məlum oldu ki,
evimiz hər kəsi qəbul edə bilər.
Biz bu günkü vəziyyətə çatmaq üçün uzun yol keçdik.
Və indi aramızdakı divarları dağıdırıq.
Bütün konqresləri, bütün səyləri, keçdiklərimizi birləşdiririk –
bunların hamısını bu Konqresdə toplayırıq.
Burada və indi.