Dərs Yerli Görüş 22 - Burada toplandıq

Yerli Görüş 22 - Burada toplandıq

Dərs məzmunu
Materiallar
Mahnı siyahısı

Yerli Görüş #22:
Məqsədin Ucalığı

Keçən həftə mühit və qrup mövzusunu müzakirə etməyə başladıq və bu gün də davam edərək Kabalada qrupun nə olduğunu və bu qrup daxilində hansı qarşılıqlı əlaqənin ruhani irəliləyişə səbəb ola biləcəyini aydınlaşdırırıq.


Birlik əməli – islah prosesinin əsas mahiyyətidir

1-ci Videoya Baxın 

Bağlantının qurulması üzərindəki iş — islah prosesinin mərkəzində dayanır.

https://kabbalah.academy/ru/videos/playlists/local-meeting-22-importance-of-the-environment/?order=10&back_url=

Kabala elminin qaydası ondan ibarətdir ki, bütün yaradılış vahid bir sistemdir,və bu sistem "Havaya" (י-ה-ו-ה) sözünün hərflərinə uyğun olaraq dörd hissəyə bölünür.Onlar — cansız,bitki, heyvan, danışan, ruhani səviyyələrdə yaşayırlar.Amma nəticə etibarilə bu, vahid bir sistemdir.Biz bu sistemi dərk etmək üçün, həqiqətən onun ən yüksək səviyyəsində — danışan səviyyəsində, ən ali pillədə olmaq üçün, parçalanmadan islaha keçməliyik və bu islahda parçalanmanın bütün mərhələlərini və onlara qarşı islahın bütün mərhələlərini hiss etməliyik.Və o zaman bütün yaradılış  vahid sistemdə tamamlanacaq-nəhəng, heyrətamiz, mükəmməl bir sistemdə — “Adam” adlanan və hər şeyi əhatə edən bir sistemdə.Bu sistemi dərk etmək, Adam səviyyəsinə çatmaq,yəni Yaradan kimi olmaq üçün. O zaman məxluq Adam adlanır.Biz bu yolda olan hər bir vəziyyəti öz gücümüzlə, müstəqil şəkildə hiss etməliyik.Xüsusi ruhlara Yaradan Onluqda birləşmək imkanı verir, çünki bu mükəmməl 10-luq parzufdur, nə 9, nə də 11 – məhz 10. Və orada, bu kiçik Onluqda, bir mini-dünya kimi, yoxlamaq, öyrənmək, hiss etmək və Adam olmağa hazırlaşmaq mümkündür.Çünki sonda hər şey birləşmə üzərindəki işdə cəmlənir. Bu barədə müxtəlif səviyyələrdə, müxtəlif dillərlə çox danışılıb.Yaxınını özün kimi sev, nifrət etdiyini dostuna etmə və sairə, və bu kimi ifadələr.Yəni Kabala elmi –məhz bunu açır.

 


1. RABAŞ, Məqalə 1 (1984), “Cəmiyyətin Məqsədi – 2”

 

İnsan “özünü sevmək” adlanan bir kli ilə yaradıldığı üçün, əgər bir hərəkətin ona fayda verəcəyini görmürsə, o,  ən kiçik bir hərəkəti belə etməyə motivasiya tapa bilmir. Və özünü sevməyi ləğv etmədən, Yaradanla dvekut (qovuşma), yəni forma bərabərliyinə nail olmaq mümkün deyil.

Çünki bu, təbiətimizə ziddir, bizə elə bir cəmiyyət lazımdır ki, böyük bir güc formalaşdırsın və birlikdə “şər” adlanan almaq istəyini — insanın yaradıldığı məqsədə çatmasına mane olan bu istəyi — ləğv etmək üzərində işləyə bilək.


Şxinanı küldən qaldırmaq

Biz irəliləyiş üçün bir şərt olaraq əhəmiyyət hissini itiririk — bu, bizə azad seçimdən istifadə edərək öz səylərimizi sərmayə edə biləcəyimiz bir sahə yaradır.Necə ki, idmanda irəliləyiş əldə etmək üçün çətinliyi artırırsan, eyni ilə də Yaradan hər dəfə bizə bir qədər artıq “irəliləmə sahəsi” verir ki, biz bu sahəyə öz təşəbbüsümüzlə sərmayə qoya bilək.

Amma yadda saxlamaq vacibdir: bizə heç vaxt dəf edə bilməyəcəyimiz bir maneə verilmir — əks halda azad seçim olmazdı.


Kabbalada qrup nədir?  Clip 2

https://kabbalah.academy/ru/videos/playlists/local-meeting-22-importance-of-the-environment/?order=20&back_url=

 

Oren-indi bu tədris qrupunun yaradılma məqsədi haqqında bir az danışmaq istərdim. Mən xatırlayıram, universitetdə oxuyanda komandalarla birlikdə etdiyimiz müxtəlif layihələr olurdu.Böyük imtahanlardan əvvəl birlikdə toplaşır, qruplarda öyrənirdik və mən təcrübədə gördüm ki,başqaları ilə birgə öyrənmək mənim qabiliyyətlərimi açır, mövzunu daha yaxşı anlamağa kömək edir,öyrəndiyim materialı doğrudan da daha yaxşımənimsəyirəm. Elə şeylər var idi ki, ümumiyyətlə başa düşmürdüm, amma başqaları ilə birlikdə oxuyanda,o, nəhayət, mənə çatırdı. Üstəlik, siz sadəcə Kabalanı başa düşmək üçün birlikdə oxumursunuz, başqa bir elm kimi.Bəs öyrəndiyiniz materialı daha yaxşı mənimsəməkdən başqa məqsədlər də varmı?
Laytman- Bəli, təbii ki. Yəni bu bizə bizi idarə edən, bizi dəstəkləyən Ali sistemi aşkar edir.Və birlikdə öyrəndikdə bu, hamımıza birlikdə bu Ali qüvvəni hiss etmək imkanı verir.
Oren- bəs mən bunu təkbaşına hiss edə bilmərəmmi?
Laytman-  Xeyr.
Oren- niyə?
Laytman- tək olmağın kifayət deyil,sən başqa insanlarla əlaqədə olmalısan.
Oren-niyə?
Laytman-niyə? Çünki sənin özündən kənarda bir başqasını hiss etmək üçün xarici hiss orqanını inkişaf etdirməyin lazımdır.
 Oren: Mən başa düşmədim.
Laytman: Biz elə yaradılmışıq ki, doğuluruq və inkişaf edirik — eqoist varlıqlar kimi.
Oren: Bu nə deməkdir, biz eqoist varlıqlarıq?
Laytman: Bu o deməkdir ki, hər bir insan yalnız özünü hiss edir və bütün reallığı da yalnız özü vasitəsilə hiss edir.Bu vəziyyətdən kənara çıxmaq, bunun üzərinə yüksəlmək üçün biz guya özümüzdən çıxmalı,və reallığı bizim eqoist hiss orqanlarımızdan kənarda necə mövcuddursa, elə hiss etməyə başlamalıyıq.Beləliklə, biz reallığı onun özü olduğu kimi hiss edə bilərik —
yoxsa ki, onu şəxsi hisslərimdən keçərək necə proyeksiya edirəmsə, o formada yox.Və buna görə bizə bir alət, müəyyən bir kli lazımdır, elə bir forma ki, onun vasitəsilə biz reallığı artıq öz daxili xüsusiyyətlərimizdən asılı olmayaraq hiss edə bilək.Amma bunu necə etmək mümkündür?Ona görə də mən başqa insanlarla əlaqəyə girirəm. Arzuolunandır ki, onlar 10 nəfər olsun, amma bir qədər az da ola bilər.Və o zaman mən çalışıram ki, şəxsi hissiyyatımın hüdudlarından çıxıb ümumi hissə — hamının, yəni bu onluğun hissiyyatına doğru yönəlim. Beləliklə, mən onluğa can atıram, ona daxil oluram, və bu yolla mən öz içimdə “onluq qrup” adlanan yeni bir hiss orqanı inkişaf etdirirəm.Və əgər mən bu hiss orqanını inkişaf etdirirəmsə, onda artıq mən özümün xaricində başqa bir reallığı hiss etməyə başlayıram.Və o zaman mən bu yeni hiss orqanında, hər şeydən əvvəl, Yaradanın Ali Qüvvəsini və
birlikdə olduğum yoıdaşlarımı hiss etməyə başlayıram — biz artıq hər birimizin şəxsi sahəsinin xaricində mövcuduq.

 


3. Rabaş, Məqalə 4 (1984) – “Hər Kəs Yoldaşına Kömək Etsin”

Biz başa düşməliyik: insan  yoldaşına necəkömək edə bilər? Bu məsələ yalnız o halda keçərlidirmi ki, zəngin və kasıb, ağıllı və sadə, güclü və zəif insanlar olsun? Bəs əgər hamı zəngindirsə, ağıllıdırsa, güclüdürsə və s., bu halda biri digərinə necə kömək edə bilər?

Biz görürük ki, hamıya ortaq olan bir şey var — əhval. Deyilib: “Qəlbində narahatlıq varsa, qoy başqaları ilə paylaşsın.” Çünki ruh yüksəkliyi məsələsində nə var-dövlət, nə də bilik kömək edə bilər.

Əksinə, insan yalnız yoldaşı vasitəsilə kömək ala bilər — çünki yoldaşı onun ruhən düşkün vəziyyətdə olduğunu görür. Yazılıb: “İnsan özü-özünü həbsdən xilas edə bilməz.” Onu yalnız yoldaşı oradan çıxara bilər.

Yəni insanın yoldaşı onu ruhən düşkün vəziyyətdən ruh yüksəkliyi halına qaldırır. O zaman insan gücünü, yaşamaq üçün inamını və zənginliyini yenidən qazanmağa başlayır — və məqsəd sanki ona yaxınlaşır.

Belə çıxır ki, hər kəs diqqətli olmalı və düşünməlidir: mən yoldaşımın ruhunu necə qaldıra bilərəm? Çünki ruh məsələsində, hər bir insan öz yoldaşının daxilində doldura biləcəyi bir ehtiyac nöqtəsi tapa bilər.


Ruh halını qaldırmaq haqqında

İbranicədə "matsav ruax" ifadəsi "ruhun vəziyyəti" deməkdir. Rabaş yoldaşının matsav ruaxını qaldırmaqdan danışanda, əslində onun gözündə ruhaniyyətin əhəmiyyətini yüksəltməkdən bəhs edir. Məhz bu yolla biz ruhani iş üçün yeni güc alırıq.

Bu fikir bəzən sadəcə "əhvalı qaldırmaq" kimi tərcümə olunsa da, onun dərin mənası — ruhaniyyətin dəyərini ön plana çıxarmaqdadır. Çünki təbiətcə biz bu dəyər hissini zamanla itiririk və məhz bu səbəbdən qrup bir növ "ruhani oyun meydançası" rolunu oynayır — burada biz birlikdə çalışaraq bu əhəmiyyəti bərpa edə və yüksəldə bilərik.


Seminar Mövzuları

Seminar Sualı 1:
Niyə bizim yolumuz elə qurulub ki, məqsədin əhəmiyyətini biz özümüz çalışaraq formalaşdırmalıyıq, halbuki əvvəldə — “qəlbdəki nöqtə”nin oyanışı zamanı — biz bu əhəmiyyəti təbii şəkildə almışdıq? Bu yanaşma bizə hansı ruhani faydanı verir?

Seminar Sualı 2:
Rabaş yazır: “Hər kəs diqqətli olmalı və düşünməlidir ki, yoldaşına ruh yüksəkliyi vermək üçün ona necə kömək edə bilər.” — Biz buna necə əməl edə bilərik?

Əgər tez bitirsək, əlavə sual:
Yoldaşlarınıza ruhaniyyətin əhəmiyyətini vermək üçün edə biləcəyiniz bir konkret şeyi təsvir edin.