Dərs Dərs №22: Məqsədin Ucalığı ilə İrəliləmək

Dərs №22: Məqsədin Ucalığı ilə İrəliləmək

Dərs məzmunu
Materiallar
Dərs №22: Məqsədin Ucalığı ilə İrəliləmək

Rabaş, Qrupun məqsədi - 2 Məqalə 1, hissə 2, 1984


İnsan "özünə sevgi" adlı bir qab (istək) ilə yaradılır və bu səbəbdən bir insan müəyyən bir hərəkətin ona hər hansı bir şəxsi fayda gətirəcəyini görmədikdə, hətta cüzi bir hərəkət etmək üçün belə səy göstərməyə yanacaq tapmır..  

Özünə vurğunluqdan imtina etmədən, Yaradanla birləşməyə ,yəni   xüsusiyyətcə oxşarlığa nail olmaq mümkün deyil.

Və bu, bizim təbiətimizə zidd olduğundan, hər kəsin təmsil edəcəyi , böyük qüvvəyə malik bir qrup tələb olunur.O zaman bu qrupda hamı  eqoizmdən imtina etmək üçün birlikdə çalışır..İnsanın yaradılışın məqsədinə çatmağına mane olan bu istəyə "şər" deyilir.

2. Rabaş, Məqalə 24. “Əsas Əskikliyimiz”

Bizim əsas əskikliyimiz — və buna görə də işləməyə gücümüzün olmamasının səbəbi — məqsədin vacibliyini dərk etməməyimizdir. Bu isə o deməkdir ki, biz xidmətimizin dəyərini və kimə xidmət etdiyimizi başa düşmürük. Həmçinin, bizə Yaradanın böyüklüyünü anlamaq qabiliyyəti çatışmır ki, Padşaha xidmət etmək şərəfinə nail olduğumuz üçün nə qədər bəxtiyar olduğumuzu dərk edək. Çünki bizdə Onun böyüklüyünü anlayacaq bir vasitə yoxdur.

Zoar kitabının dilində bu hal “Şxina küldədir” adlanır — yəni Ona xidmət etmək bizim gözümüzdə kül qədər qiymətsiz görünür. Təbii ki, belə bir vəziyyətdə iş üçün enerji olmur, çünki insan zövq almadan işləyə bilmir.


  3. Rabaş, Yaxınına kömək et. məqalə 4, 1984

İnsan başqalarına necə kömək edə bilər? Bunu anlamaq lazımdır. Varlı və kasıbların,ağıllı və axmaqların, zəif və güclülərin və s. mövcud olduğu bir dünyada bu məsələ necə həll olunmalıdır? Bəs əyər, hamı varlı və ya hamı ağillidirsa, yaxud hamı güclüdürsə,o zaman insan başqasına nə ilə kömək edə bilər?

Lakin biz görürük ki,hamı üçün eyni olan bir şey var- ruh yüksəkliyi. Deyildiyi kimi, “insanın qəlbindəki narahatçılıq,qoy onun haqqında aləmə nəql eləsin.” Çünki,nə var-dövlət,nə müdriklik insana yüksək əhval-ruhiyyədə olmağa kömək edə bilməz.

İnsan başqasına, yalnız onun ümidsizlik halında olduğunu gördükdə yardım edə bilər. Deyilir: “ İnsan özü-özünü həbsdən qurtara bilməz”,amma məhz yoldaşı ona ruh yüksəkliyi verə bilər.

Başqa sözlə desək,yoldaş insanı mövcud olduğu haldan qurtararaq,ona həyat eşqi verir və nəticədə insan yenidən  özünə inam qazanır,yoluna elə davam edir ki,sanki məqsəd lap yaxındadır.

Buradan belə aydın olur ki,hər kəs yoldaşına necə yardım etmək,ona ruh yüksəkliyi vermək barədə düşünüb,qayğılanmalıdır.Cünki əyər istəsək, yoldaşımızda doldurub tamamlaya biləcəyimiz əskikliyi həmişə tapmaq olar.


4. Rabaş, Məktub 24

Sən həmişə keşikdə durmalısan — həm gündüz, həm də gecə. Yəni həm özünü gündüz kimi hiss etdiyin zamanda, həm də özünü gecə kimi hiss etdiyin zamanda, çünki biz Yaradanımıza belə deyirik: "Sənindir həm gündüz, həm də gecə." Bu deməkdir ki, gecə də, yəni gecənin qaranlığı da, insanın xeyiri üçün Yaradandan gəlir, necə ki yazılmışdır: "Gündüz gündüzə söz ötürər, gecə gecəyə bilik bəyan edər." Bundan belə çıxır ki, sən dostlarının qəlblərini oyanmağa ruhlandırmalısan, ta ki alov özü-özünə alışıb yansın. [...] Və bu vasitə ilə sən Yaradanın sevgisinin üzərimizə oyanmasına nail olacaqsan.


5. Rabaş, Məqalə 30 (1988) “Yoldaşlar toplantısından nə tələb olunmalıdır”

Hər kəs çalışmalıdır ki, qrupa həyat ruhu, ümidlə dolu bir hava gətirsin və qrupa enerji bəxş etsin ki, hər bir yoldaş öz-özünə deyə bilsin: "İndi mən işimdə yeni bir səhifə açıram." Yəni, o, qrupa gəlməzdən əvvəl ruhani işində irəliləyişindən məyus olmuşdu. Halbuki indi yoldaşlar ona həyat və ümidlə dolu bir ruh üfürüblər, və o, qrupun köməyi ilə inam və maneələri dəf etmək gücü qazanıb. Çünki indi o hiss edir ki, kamilliyə çatmaq gücündədir. Əvvəllər onun düşüncələri belə idi ki, qarşısında aşılmaz böyük bir dağ dayanır, və bu maneələr həqiqətən çox güclüdür. Halbuki indi bunların çox kiçik və yox dərəcəsində olduğunu hiss edir. Və bütün bunları o, qrupun gücü sayəsində əldə edib — hər kəsin qrupda ruh yüksəkliyi yaratmağa və yenilənmə atmosferini qorumağa can atması nəticəsində.


6. Rabaş, Məqalə 17 (1986) “Toplantının Qaydası – 2”

...bizim nemət və həzzi qəbul edə bilməyimizin, ondan həzz almağımızın, və daha da önəmlisi, vermə əməlindən həzz almağın böyük bir borc olmasının əsası ondan ibarətdir ki, biz bir nöqtə üzərində işləməyə borcluyuq — yəni: ruhaniyyətə dəyər verməliyik. Bu da özünü belə göstərir: "Kiminlə danışıram", "Kimin ehkamlarını yerinə yetirirəm" və "Kimin Tövratını öyrənirəm" suallarına diqqət yetirmək. Başqa sözlə, Tövratı verən Yaradanı necə qiymətləndirməyi açıqlayan məsləhətlərə diqqət etmək lazımdır. Çünki insan, özü tərəfindən, yuxarıdan müəyyən bir nur qazanmağa nail olmamışdan əvvəl, özünə az-çox bənzəyən insanları axtarmalıdır — yəni Yaradana hər hansı bir şəkildə yaxınlaşmağın vacibliyini artırmaq istəyən insanları tapmalıdır. Və çünki burada bir çoxunun fikri təsir edir, hər bir insan öz yoldaşından kömək ala bilər.


“İsmax Moşe”, “Vayera” fəsli, səhifə 47a

Hər bir insanın seçimi var, və elə bir insan da var ki, öz dünyasını və öz pilləsini bir anda əldə edir.


“Be'er Mayim Hayim”, “Ree” fəsli, 12-ci bölmə

Müdriklər demişlər (Avoda Zara, 17-ci bənd): "Elə bir insan var ki, öz dünyasını bir anda əldə edir." Çünki onun bu ana qədər yaşadığı bütün dünyası və bu andan sonra yaşayacağı dünya — hamısını həmin anda qazanılır. Çünki o, özünü Yaradanın istəyini və zövqünü yerinə yetirməyə həsr edir — Yaradan onu məhz bunun üçün dünyaya gətirib — və beləliklə, onun iradəsi də Yaradanın iradəsinə uyğunlaşır və öz dünyasını həmin saatda əldə edir.


Klip Mətnləri:

Klip № 1: "Niyə təkbaşına öyrənmək olmaz?" (“Əsas Anlayışlar — Qrup” verilişindən)

Oren: Kabala elminin söylədiyi bu fikir — "qrupda öyrənmək": mən həmçinin eşitmişəm ki, nəsillər boyu kabalistlər məhz qrupda öyrənməyə can atıblar və bunu fərdi öyrənməyə üstün tutublar. Niyə kabalanı təkbaşına öyrənmək olmaz? Niyə qrup vacibdir?

Rav: Təkbaşına öyrənmək mümkün deyil. Bəlkə kitablarda yazılanları oxuyub, müxtəlif müdriklərdən bir şeylər eşidə bilərik, amma kabala müdrikliyinə yiyələnmək, Ali Dünyanı dərk edib hiss etmək yalnız bir şərtlə mümkündür: biz bir-birimizlə birləşdiyimiz qədər.

Oren: Əgər sizə belə desəydim: "Mən sizii şəxsi müəllimim kimi qəbul etmək istəyirəm. Axı siz kabalanı anlayırsınız, bu işdə müdriksiniz. Mən sizi bütün qəlbimlə dinləyəcəyəm və söylədiklərinizin hamısını tətbiq etməyə çalışacağam" — siz məni öyrədə bilərdinizmi? Kömək edə bilərdinizmi?

Rav: Mən bacarmazdım. Əvvəlcə sənə izah edərdim ki, sənə bir qrup lazımdır.

Oren: Bunu mənə bir az daha aydınlaşdırın: əgər mən sizi şəxsi müəllim kimi seçsəydim, niyə yenə də kabala öyrənməkdə uğur qazana bilməzdim?

Rav: Çünki bütün təhsil prosesi yoldaşlara ehtiyac üzərində qurulub — sənin yoldaşlara ehtiyacın var ki, onlarla ürəkdən əlaqə, qarşılıqlı vermə, qarşılıqlı birləşmə qurmalısan. Beləcə, insanlar birləşdikcə, "qrup", "əlaqə", "vahidlik", "zəmanət" (arvut) kimi daxili anlayışları hiss etməyə başlayırlar. Bu anlayışlar kabalada çox dərindir və onları bir söhbətlə izah etmək mümkün deyil. Ancaq birlik dərəcəsində, tədricən bu anlayışların nə qədər dərin və qeyri-adi olduğunu insanlar hiss etməyə başlayırlar. Əgər şagirdlər bu vəziyyətə çatmasalar və onu hiss etməsələr, hər biri özünü qrupa verməsə, onların Ali Dünyanı aşkar etmək, Yaradana çatmaq üçün heç bir qabı (vasitəsi) olmaz.


Klip № 2
Rav: Kabala elminin birinci qaydası budur ki, bütün yaradılış bir sistem təşkil edir.
Bu sistem Yaradanın adının hərflərinə uyğun olaraq (י-ה-ו-ה – yud-hei-vav-hei) dörd hissəyə bölünür: cansız, bitki, heyvan və insan təbiəti – həm fiziki, həm də ruhani aspektdə.
Amma ümumilikdə bu — bir vahid sistemdir.

Bu sistemi dərk etmək və onun ən yüksək mərtəbəsinə — "insan" səviyyəsinə qalxmaq üçün biz parçalanmadan islaha qədər bir yol keçməliyik və islah prosesində parçalanmanın bütün mərhələlərini və buna uyğun olaraq da islahın bütün mərhələlərini hiss etməliyik.
O zaman bütün yaradılış və bütün islahlar böyük və gözəl bir sistemdə tamamlanır və bu sistem "Adam" adlanır.

Lakin bu sistemi dərk etmək, "insan" səviyyəsinə çatmaq — yəni Yaradana bənzəmək üçün (çünki "Adam" sözü "Dome" — "bənzər" sözündən gəlir) — biz bu yolda hər bir vəziyyəti öz gücümüzlə və hissiyyatımızla keçməliyik.
Buna görə də Yaradan xüsusi ruhlara onluqlarda birləşmək imkanı verir, çünki onluq — tam bir ruhani partsufdur: nə doqquz, nə on bir, məhz on nəfər.

Bu kiçik onluqda — miniatür bir dünyada — insan araşdırır, öyrənir, hiss edir və özünü "insan" vəziyyətinə hazırlayır.

Çünki sonda hər şey birləşmək üzərində qurulub.
Bu, müxtəlif səviyyələrdə və müxtəlif dillərdə çox izah olunub: "Başqasını özün kimi sev", "Özünə xoş olmayanı başqasına etmə" və sair.
Məhz kabala elmi bu həqiqəti açır.

(Mənbə: Birlik Axşamı – "Qrupun Məqsədi", 14.07.2019 – Rav Dr. Mihael Laitman)


Klip № 3

Rav: Qəlbində nöqtə olan, lakin irəliləməyə gücü çatmayan insanın qarşısında ilk yaranan sual budur: Ruhaniyyətə necə dəyər verməyə başlaya bilərəm?

"Ruhaniyyətə necə dəyər vermək olar?" sualı onu növbəti suala gətirib çıxarır: Tövratı verəni necə qiymətləndirmək olar?
İnsanın Tövratı verəni qiymətləndirməyə gücü çatmır, buna görə də ona bir yoldaş lazımdır.

Əgər insan yoldaşı ilə oturub Yaradana necə dəyər verə biləcəyi barədə danışırsa, və onlar birlikdə başa düşürlər ki, onların əsas problemi budur və bu mövzuda müzakirə edirlər — bu artıq onların arasında bir iş sayılır.
Bir nəfərin təkbaşına etdiyi iş sayılmır — ən azı iki nəfər olmalıdır.

Bu zaman itaruta de-letata (aşağıdan gələn təşəbbüs) yaranır, yəni MAN qaldırılması (ruhani islah üçün dua, istək).
Və bu MAN qaldırılmasına cavab olaraq itaruta de-leila (yuxarıdan  təşəbbüs) gəlir.

Bu yuxarıdan gələn təşəbbüs özünü belə göstərir: insan Yaradanı bir az hiss etməyə başlayır.
Və məhz bu andan etibarən irəliləyiş başlayır.

Burada yerinə yetirilməli olan tam bir fəaliyyət zənciri var.

Əlbəttə, deyildiyi kimi: " Padşahın böyüklüyü xalqının çoxluğundadır" — qrup nə qədər güclüdürsə və böyükdürsə, itaruta de-letata (aşağıdan gələn təşəbbüs) və itaruta de-leila (yuxarıdan gələn təşəbbüs) da bir o qədər güclü olur.
Ona görə bütün bu istiqamətlərdə işləmək lazımdır.

Yəni, əgər insanda ruhaniliyə doğru bir az belə güc və meyl varsa — bu artıq axtarmağa başlamaq üçün kifayətdir: Ruhanilik nədir?
Ruhanilik — Yaradanı hiss etmək və Onun böyüklüyünü qiymətləndirməkdir.

Bu olmadan irəliləyiş mümkün deyil.

Amma təkbaşına da bu mümkün deyil, və insan bunu başa düşmək üçün çox vaxt itirə bilər.

Yalnız məyusluqdan sonra insan anlayır ki, ona yoldaşlar, bir qrup lazımdır.

Və sonra insan qrupa gəlir və əgər özünü qrup qarşısında ləğv edirsə, yoldaşları qiymətləndirirsə, birlikdə onlar dua, yəni Yaradanın böyüklüyü üçün yalvarış inkişaf etdirirlər.

Və bundan sonra itaruta de-leila gəlir — Yaradanın böyüklüyünü hiss etmək.
Və bu, qrupun böyüklüyü ilə ölçülür və onları doldurur.


Klip № 4

Rav: Əvvəlcə hədəfin böyüklüyünü artırmaq lazımdır.
Çünki dünyada — və hətta bunu adi ağıl ilə düşünəndə belə — ruhaniliyə çatmaqdan və Yaradanla əlaqə qurmaqdan daha vacib bir şey yoxdur.

Məhz belə olan halda insan bütün yaradılışdan yüksəyə qalxır.
Və bundan daha yüksək, daha böyük, daha şərəfli və daha qiymətli bir vəziyyət yoxdur.

Qrup ruhani məqsədin böyüklüyünü nə qədər çox dəyərləndirirsə,
hər bir yoldaş da həmin dərəcədə qrupdan, onluqdan yanacaq alaraq irəliləyə bilər.