Dərs Yerli Görüş 21 - Biz burada toplaşmışıq

Yerli Görüş 21 - Biz burada toplaşmışıq

Rabaş - Biz burada toplaşmışıq

Dərs məzmunu
Materiallar
Mahnı siyahısı
Məqalələrin əsas məqamlarının və bəzi əlavə izahların Rav Dr. Michael Laitman-in video fraqmentləri ilə nəzərdən keçirilməsi

Yerli görüş

Biz burada toplaşmışıq


Biz indi kabala qrupları anlayışı ətrafında aydınlaşdırmalara keçirik.

Rabaş bu mövzu üzrə bizə yüzlərlə məqalə buraxıb. Biz yenidən Mixael Sanileviç və Aviyu Sofer ilə keçilən dərsdə oxuduğumuz ilk məqalə ilə başlayacağıq.

Əvvəlcə məqaləni bir dəfə də oxuyacağıq, sonra mətnin nə ilə bağlı olduğunu anlamağa çalışacağıq, daha sonra məqaləni yenidən oxuyacaq və birlikdə müzakirə edəcəyik.

Həmçinin, məqalələrin izahı ilə paralel olaraq izləyəcəyimiz 3 əlavə video fraqmentimiz də var (pleylistdə).


Qrupun məqsədi - 1  

Məqalə1, hissə 1, 1984  

Biz buraya, Baal HaSulamın yolu və üsulunu təqib etmək arzusunda olan bütün insanlar üçün, qrupun quruluşunun təməlini qoymaq məqsədi ilə toplaşmışıq.  Bu üsul insana, heyvani səviyyədən  çıxaraq,İnsan (Adəm) səviyyəsinin pillələri ilə yüksəlməyə  imkan verən bir yol açır.    Bu barədə belə deyilir: "Siz - Mənim Qoyunum, Mənim -Sürümsünüz, Siz- İnsansınız.."  RAŞBI belə izah edib: " Bütpərəstlərə  Adam deyilmir, Adam- Sizə deyilir!"    İnsanın mənəvi səviyyəsini başa düşmək üçün müdriklərdən sitat gətirək.  

"Hər şeyin nəticəsi: Yaradanın qarşısında titrəyiş  hiss edin və Onun qanunlarına riayət edin, çünki bütün insan məhz bu deməkdir."  Müdriklər soruşurlar:  Buradakı “bütün İnsan ”nə deməkdir?  

Rabbi Elazar cavab verir: Yaradan deyir: "Bütün dünya yalnız bunun üçün yaradıldı."  Başqa sözlə, bütün dünya yalnız Yaradan qarşısında titrəyiş üçün yaradıldı. "    İnsan "Yaradanın qarşısında titrəyiş”-in nə olduğunu anlamalıdır.  

Çünki belə anlaşılır ki, dünyanın yaranmasının səbəbi budur.    Müdriklərdən məlumdur ki, yaradılışın səbəbi Yaradanın öz məxluqlarına nemətlər vermək istəyi olub.  Başqa sözlə desək, Yaradan məxluqlarına zövq verməklə, onların dünyada özlərini xoşbəxt hiss etmələrini arzu etdi.  Ancaq burada müdriklər yaradılışın səbəbinin "Yaradan qarşısında titrəyiş" olduğunu söyləyirlər.    

Bu belə izah olunur: məxluqlar xüsusiyyətləri ilə  Yaradandan fərqləndikləri üçün, yaradılışın məqsədi olan nemətləri və həzzi  ala bilmirlər.  Yaradan Vermə, məxluqlar isə Alma xüsusiyyətidirlər.  Bu halda, Təbiət qanununa görə, budaqlar (yəni nəticələr) yarandıqları kökə (səbəbə) bənzərdirlər.  

Və Alma xüsusiyyəti bizim kökümüz üçün xarakterik olmadığı üçün, yəni  Yaradanın öz istəklərinin təminatı  üçün heç bir şey almasına ehtiyac  olmadığı üçün,insan almalı olduğu halda narahatlıq hiss edir..  Nəticədə hər insan Yaradandan aldığı nemətləri “mərhəmət çörəyi” - kimi qəbul etdiyindən utanır.    

Bunu düzəltmək üçün aləm yaradılmalı idi.  Aləm (olam - עולם) gizlətmək deməkdir (heelem - העלם).  Çünki  nemətlər və həzz  mütləq gizlədilməlidir.  Nə üçün?  Yaradan qarşısında titrəyiş üçün.  Başqa sözlə desək, bu, insan hər dəfə eqoizm və ya “özünəvurğunluq”adlanan Almaq istəyini təmin etdikdə,titrəyiş hiss etməsi üçün lazımdır .  Bunun mahiyyəti ondan ibarətdir ki, insan arzuladığı həzzləri almaqdan çəkinsin və ehtiraslı istəklərinə üstün gəlmək gücünə malik olsun. Əvəzində isə Yaradana zövq verəcək həzzlər almaq səviyyəsinə qalxacaq.  

Bunun mənası ondadır ki, məxluq öz xeyrinə həzz  almamaq üçün Yaradan qarşısında titrəyiş hiss etməli və Ona Vermək istəyində olmalıdır.Çünki öz xeyrinə alınan həzz,insanı Yaradandan uzaqlaşdırır.  Beləliklə, bir insan Yaradanın hər hansı bir qanununu yerinə yetirdiyində niyyətini elə qurmalıdır ki, bu əməl ona saf düşüncələr gətirsin -  Yaradana Vermək istəyində olsun..  

Rabbi Xananiya Ben Akaşia bu barədə deyir: "Yaradan İsraili təltif etmək istədi və buna görə də onların Vermək istəyi üçün olan əməllərini  artırdı."    Beləliklə, biz burada, hər birimizin Yaradana Vermək istəyi ruhunda irəliləyişimizi təqib etmək üçün toplaşırıq.Lakin bu istəyə çatmazdan əvvəl, “insana Vermək” istəyinə çatmaq vacibdir və bu “yaxınına sevgi” adlanır.

 Yaxınına sevgi isə  yalnız özündən imtina halında  mümkündür.  Bir tərəfdən hər kəs özünü kiçiltməli, digər tərəfdən isə  “Yaradanın daima aramızda  olması” kimi ali bir məqsədə qulluq edən bir qrupda olmaq imkanına görə fəxr etməlidir..

 Məqsədə çatmamağımıza baxmayaraq, buna çatmaq istəyimiz var.  Bu da bizim üçün vacib olmalıdır: Hələ yolun başlanğıcında olsaq da, ümid edirik ki, bu uca məqsədə çatacağıq.


Seminar

Qrupda işləmək ilə təkbaşına işləmək arasındakı fərqi necə anlayırsınız / hiss edirsiniz?


Gələn həftəyə görüşənədək!

Xatırlatma: Konqres üçün qeydiyyat davam edir.