Dərs 20. Tövrat Yolu və Əzab Yolu. "Həyatı seç!"
1-ci hissə. Tövratın Yolu və Əzab Yolu.
2-ci hissə. “Həyatı seç!” Yaxşı mühiti seçmək.
SLAYD #2
Və yuxarıda aydınlaşdırdığımız kimi, İdarəetmə yollarının insanın son xeyirliı məqsədə mütləq çatmasına təminat verən iki üsulu var: əzab yolu və Tövrat yolu. Bizim haqqında danışdığımız bütün aydınlıq isə Tövrat yolundadır, çünki peyğəmbərlərin və Yaradanın qullarının həyatlarında uzun və ardıcıl zəncirvari hadisələr nəticəsində açılmış, üzə çıxmış və aşkar olmuş bu işıqlı anlayışları insan öz həyatında baş vermiş kimi bütövlüklə götürür və onlardan fayda əldə edir.
Beləliklə, görürsən ki, bunun sayəsində insan, özündə aydın anlayış formalaşanadək keçməyə məcbur olduğu bütün o acı sınaqlardan xilas olur və belə halda həm əzablardan qurtulur, həm də vaxt qazanır.
SLAYD #3
Bunu, həkimin verdiyi məsləhətin onu necə sağaldacağını özü başa düşənə qədər həkimə qulaq asmaq istəməyən xəstəyə bənzətmək olar. Buna görə də o, özü tibbi öyrənməyə başlayır. Amma o, tibbi dərk etməyə macal tapmamış xəstəliyindən ölə bilər.
SLAYD #4
Eynilə, əzab yolu da Tövrat yolu ilə belə münasibətdədir. Çünki Tövrat və peyğəmbərliklərin insana təklif etdiyi fikirlərə, onları öz şəxsi anlayışı olmadan qəbul etməyə inanmayan şəxs, mütləq özü bu anlayışlara çatmalıdır. Yəni o, yalnız həyat şəraitlərinin yaratdığı və yuxarıda izah edildiyi kimi, şərin dərk edilməsi hissini inkişaf etdirməyə qadir olan, çox sürətləndirici təcrübələrdən ibarət səbəb-nəticə zəncirini keçdikdən sonra bu anlayışlara çata bilər. Bu isə insanın öz seçimindən deyil, yaxşı mühit əldə etmək səylərindən asılıdır, hansı ki, onu, belə düşüncə və hərəkətlərə gətirir.
Baal HaSulam, "Azadlıq"
SLAYD #5
Bütün izahlarımın əsasında, hər bir yaradılışa həkk olunmuş və xüsusiyyətcə Yaradanla fərqli olan almaq arzusu dayanır. Bu səbəbdən də ruh Ondan, bədəndən ayrılan orqan kimi ayrıldı. Çünki ruhani aləmdə xüsusiyyətlərin fərqi maddi aləmdə ayıran balta kimidir.
Buradan aydın olur ki, Yaradan bizdən nə istəyir – xüsusiyyətlərin bənzərliyini. O zaman biz yenidən Onunla, yaradılışdan əvvəlki kimi birləşərik.
SLAYD #6
Mən artıq demişəm ki, kamilliyi aşkar etməyin iki yolu mövcuddur: ya Tövrat yolu, ya da əzab yolu. Bu səbəbdən Yaradan belə təşkil etmişdir: insanlara texnika verib, hətta atom və hidrogen bombaları icad edilib. Və əgər insanlar özlərinin dünyaya gətirə biləcəkləri ümumi dağıntını hələ də anlamırlarsa, üçüncü və ya dördüncü dünya müharibəsini gözləməli olacaqlar.
SLAYD #7
Və onda bombalar öz işini görəcək, dağıntılardan sonra sağ qalan azlıq üçün isə bundan başqa heç bir çarə olmayacaq – həm fərdlər, həm də xalqlar artıq yalnız mövcud olmaq üçün zəruri olan qədər özləri üçün işləyəcəklər, bütün digər əməlləri isə yaxınının xeyrinə yönələcək. Əgər bütün dünya xalqları bunu qəbul etsə, müharibələr yer üzündən yox olacaq, çünki hər kəs artıq öz faydası üçün deyil, yaxınının faydası üçün qayğı göstərəcək.
Əgər Tövrat yolu ilə gedib onu islah vasitəsi kimi qəbul etsəniz – yaxşıdır, yox əgər bunu etməsəniz – əzab yolu ilə gedəcəksiniz.
Baal HaSulam, "Son nəsil"
SLAYD №8
Əgər ümumi baxsaq, cəmiyyətdə biz yalnız iki ehkamla məşğul olmalıyıq – bunları [1] «alma» və [2] «vermə» sözləri ilə ifadə etmək olar.
Başqa sözlə desək, Təbiət cəmiyyətin hər bir üzvünü məcbur edir ki, bütün ehtiyaclarının [dolumunu] cəmiyyətdən alsın. Həmçinin o, öz əməyilə cəmiyyətin rifahı naminə verməyə də borcludur. Əgər o, bu iki ehkamlardan birini pozarsa, yuxarıda deyildiyi kimi, heç bir mərhəmət göstərilmədən cəzalandırılacaq.
– Baal HaSulam, “Sülh”
SLAYD №9
Və budur, almaq ehkamında bizə xüsusi diqqət lazım deyil, çünki cəza dərhal yerindəcə verilir. Bu səbəbdən ona qarşı bizdə laqeydlik baş verə bilməz.
Lakin ikinci ehkamda, yəni cəmiyyətə verməkdə, burada cəza dərhal gəlmir, üstəlik, cəza bizə birbaşa da gəlmir və buna görə də bu ehkam lazımınca yerinə yetirilmir.
SLAYD #10
Və buna görə də insanlıq dəhşətli tavada alov üstündə qızardılır. Qılınc, aclıq və onların törətdikləri bizi bu günə qədər tərk etmir.
Burada heyrətamiz olan odur ki, Təbiət, peşəkar hakim kimi, bizi inkişafımızı nəzərə alaraq cəzalandırır. Axı biz öz gözlərimizlə görürük ki, insanlıq tədricən inkişaf etdikcə, bizim qida əldə etmək və varlığımızı təmin etmək üçün çəkdiyimiz iztirab və əziyyətlər də artır.
Baal HaSulam, "Sülh"
SLAYD #11
Nəyə görə kabalistlər hər kəsi kabala elmini öyrənməyə məcbur ediblər? Çünki burada çox böyük və açıqlanmağa layiq bir şey gizlidir. Kabala elmi ilə məşğul olanlarda ölçüyəgəlməz, möcüzəvi xüsusiyyət mövcuddur: öyrəndiklərini anlamasalar belə, öyrəndikləri materialı başa düşmək üçün güclü arzuları və səyləri sayəsində öz ruhlarını əhatə edən nurları oyadırlar.
Baal HaSulam, "On Sfirotun Təliminə Önsöz", bənd 155
SLAYD #12
Lakin Talmud müdriklərinin sözlərindən görürük ki, onlar bizə Tövrat yolunu Mişna müdriklərindən daha da asanlaşdırmışlar, çünki demişlər: «İnsan həmişə Tövrat və əmrlərlə hətta “Lo lişma” niyyəti ilə məşğul olmalıdır və “Lo lişma”dan “Lişma”ya çatacaq, çünki Tövratda olan nur onu öz Mənbəyinə qaytarır».
SLAYD #13
Beləliklə, onlar Mişnada təsvir edilən zahidlik əvəzinə bizə yeni vasitə təqdim etdilər – “Tövratda mövcud olan nur”. Bu nurun içində insanı Mənbəyə qaytarmağa, və onu Tövrat və əmrlərlə məşğul olmağa "lişma" ilə gətirməyə kifayət qədər güc var. Axı burada onlar heç bir zahidliyi qeyd etmədilər, sadəcə olaraq, yalnız Tövrat və əmrlərlə məşğul olmağın insana Mənbəyə qaytaran kifayət qədər nur verdiyini göstərdilər ki, bunun nəticəsində də insan Tövrat və əmrlərlə özünü məmnun etmək üçün deyil, yalnız Yaradanı razı salmaq üçün məşğul ola bilsin. Bu isə “lişma” adlanır.
Baal HaSulam, "On Sfirotun Təliminə Önsöz", bənd 11
SLAYD №14
İnsanın daxilində ruhani istək mövcuddur. Yəni əgər o, tək olsa belə və ətrafında ona ilham verə biləcək və istək aşılayacaq heç bir insan olmasa da, o, özlüyündə bir oyanış alır və Yaradanın işçisi olmağa can atır. Lakin onun daxilində olan bu istək, təbii ki, o qədər böyük deyil ki, o, bu istəyi artırmağa ehtiyac duymasın və onun əsasında ruhani məqsədə çatmaq üçün fəaliyyət göstərsin. Buna görə də burada maddi dünyadakı kimi bir məsləhət mövcuddur, yəni: bu istəyi kənar insanlar hesabına artırmaq – onlar onun davranışını öz zövq və ruhlarına uyğun aparmağa vadar edirlər.
SLAYD №15
Bu isə onun o insanlarla birləşməsi sayəsində baş verir, çünki, o görür ki – onların da ruhaniyyətə ehtiyacları var. Və kənar insanlarda olan istəklər onda da bir istək doğurur, və bunun sayəsində o, böyük bir ruhani istək əldə edir. Yəni, onun özündə olan istəyindən əlavə, o, onlarda olan və onda doğan ruhaniyyət istəyini də alır. Və bu zaman o, məqsədə çatmaq üçün böyük bir istəyə gəlir.
– Rabaş, məqalə 13, 1985-ci il
SLAYD №16
Lakin yuxarıda açıqlananlardan bu çox sadə görünür və arzuolunandır ki, hər birimiz tərəfindən yerinə yetirilsin. Axı, hərçənd hər kəsin “özünəməxsus əsası” vardır, buna baxmayaraq, bu qüvvələr praktikada yalnız onun daxilində olduğu mühit sayəsində üzə çıxır. Bu, torpağa əkilən buğdaya bənzəyir — onun qücü yalnız ətraf mühitin, yəni torpağın, yağışın və günəş işığının təsiri ilə praktik şəkildə üzə çıxır.
– Baal HaSulam, “Azadlıq”
SLAYD №17
Lakin başlanğıcda insanın iradə azadlığı vardır ki, özü üçün elə bir mühit, elə kitablar və elə müəllimlər seçsin ki, onlar ona yaxşı fikirlər ötürsünlər. Əgər o, belə etməzsə və qarşısına çıxan istənilən mühiti qəbul edərsə, əlinə keçən hər hansı bir kitabı oxuyarsa, [...] onda o, mütləq şəkildə cəzalandırılacaq – pis fikirlərə və hərəkətlərə görə yox, çünki orada onun seçimi yoxdur – məhz yaxşı bir mühitdə olmağı seçmədiyi üçün, çünki məhz bu məsələdə seçimin mövcud olduğu, yuxarıda izah edildiyi kimi, danılmazdır.
SLAYD №18
Buna görə də həyatının hər günündə daim daha yaxşı bir mühit seçməyə çalışan insan tərifə və mükafata layiqdir. Və bu da – onun yaxşı fikirləri və əməllərinə görə deyil, çünki onlar ona məcburi şəkildə, öz seçimi olmadan gəlir, – məhz yaxşı bir mühit əldə etmək üçün göstərdiyi səylərə görədir, çünki bu mühit onu həmin fikirlərə və əməllərə gətirib çıxarır.
– Baal HaSulam, “Azadlıq”
SLAYD №19
…bizə mühit lazımdır, yəni tam inama gəlmək zərurətində olan eyni fikri bölüşən insanların bir toplusu. Və yalnız bu, insanı cəmiyyətdə mövcud olan digər fikirlərdən xilas edə bilər. O zaman hər kəs başqasını tam inam xüsusiyyətinə çatmaq istəyində möhkəmləndirir ki, Yaradanı razı sala bilsin və onun bütün səyləri də məhz bunda cəmlənsin.
SLAYD №20
…
Yaradan Özü insanın əlini yaxşı tale üzərinə qoyur; bunu isə, əzab və iztirablarla dolu, hər cür mənadan məhrum maddi həyatda ona həzz və zövq verməklə edir. Beləcə, mütləq şəkildə insanı oradan qoparır və ona kiçik bir çatlaqdan da olsa hansısa sakit yer göstərilən kimi, insan ölümdən də ağır olan bu həyatdan qaçıb ora sığınmağa çalışır. Yaradan tərəfindən insana bundan daha böyük bir işarə yoxdur.
İnsanın seçimi isə yalnız möhkəmlənməkdən ibarətdir…
– Baal HaSulam, “TES-ə Giriş”, bənd 4