Dərs Dərs №17 ilə bağlı yerli görüş [Suallar-cavablar]. Dərs №18-ə giriş: "On Sfirotun Təlimi"

Dərs №17 ilə bağlı yerli görüş [Suallar-cavablar]. Dərs №18-ə giriş: "On Sfirotun Təlimi"

Dərs məzmunu
Materiallar
Mahnı siyahısı

Çıxış 1. Sual-cavablar.

Çıxış 2. Ders № 18-ə giriş: "On Sfirotun Təlimi"

Baal Sulam
On SfirotunTəlimi
Cild 1, hissə 1
İxtisara qədər sonsuzluq bütün reallığı doldururdu.

(1)Bil ki,  yaradılışlar yaradılmazdan və məxluqlar yaradılmazdan əvvəl, (2) sadə ali nur (3) bütün reallığı doldururdu. Və heç bir (4) azad yer, nə də (5) boş hava və (6) məkan yox idi, hər şey (7) bu sonsuz, sadə nurla doldurulmuşdu. Onda (8) nə başlanğıc, nə son var idi, hər şey (9) bu vahid, sadə, (10) tamamilə homogen nur idi və o, (20) Sonsuzluq nuru adlanır.


Or pnimi

"Yadda saxlamaq lazımdır ki, bütün kabala elmi ruhani anlayışlara əsaslanır, hansılar ki, nə məkan tutur, nə də zamana tabedir, və onlarda heç bir yox olma və dəyişmə yoxdur. Və bu elmdə haqqında danışılan bütün dəyişikliklər ilk vəziyyətin yox olub başqa bir şəklə keçməsini ifadə etmir. Dəyişiklik yalnız formanın əlavə olunması deməkdir, halbuki ilkin forma öz yerindən tərpənmir, çünki yox olma və dəyişmə yalnız maddi obyektlərə aiddir.

Və məhz burada yeni başlayanlar üçün çətinlik yaranır, çünki onlar sözləri maddi mənada, zaman və məkan çərçivəsində, dəyişiklik və əvəzlənmə baxımından qəbul edirlər. Halbuki müəlliflər bu sözlərdən yalnız ali kökləri bildirmək üçün rəmz kimi istifadə edirdilər.

Buna görə də, mən hər bir sözü onun ruhani aspektində, məkan, zaman və əvəz anlayışlarından ayrılmış şəkildə izah etməyə çalışacağam.

Və öyrənənlərin üzərinə düşən vəzifə bu sözlərin izahını yaddaşlarına ən yaxşı şəkildə həkk etməkdir, çünki hər dəfə onlara qayıtmaq mümkün deyil..."


Daxili təfəkkür

"Hər şeydən əvvəl bilmək lazımdır ki, ruhani anlayışlar haqqında danışarkən, hansı ki, zamandan, məkandan və hərəkətdən ayrılmışdır, və xüsusilə də ilahi məsələlərdən bəhs etdikdə, bizim bu anlayışları ifadə edib izah edə biləcəyimiz sözlərimiz yoxdur. Çünki bütün söz ehtiyatımız duyğu orqanlarının illüziyalarından alınmışdır.Bəs duyğu və təxəyyülün hökmü olmadığı bir yerdə biz onlara necə güvənə bilərik?Məsələn, hətta ən incə bir söz olan "nur"-u götürsək belə, o da günəşin nurundan və ya ilhamın verdiyi işıq hissindən alınmışdır və s.
Əgər belədirsə, onlarla ilahi məsələləri necə izah etmək olar – axı aydındır ki, bu sözlər öyrənənə heç bir həqiqi təsəvvür verməyəcək.Bu isə hər hansı bir elmin tədqiqində olduğu kimi, yazılı şəkildə, kitabda, mübahisə və razılaşma obyekti olan mövzunu bu sözlərlə açıq şəkildə ifadə etməyi daha da çətinləşdirir.Çünki əgər bir sözdə belə məqsədinə çatmayan bir səhv buraxsaq, dərhal öyrənən çaşacaq və mövzunun ümumi xəttini tapa bilməyəcək.Və buna görə də kabbalistlər xüsusi bir dil seçdilər, hansı ki, "budaqlar dili" adlandırıla bilər.Çünki bu dünyada mövcud olan heç bir varlıq və ya onun idarəsi yoxdur ki, öz ali dünyadakı kökündən qaynaqlanmasın. Və daha da artıqlaması ilə – bu dünyada mövcud olan hər bir gerçəklik ali dünyadan başlayır və sonra bu dünyaya enir.Buna görə də kabbalistlər heç bir çətinlik çəkmədən, özlərinin qavrayışlarını həm şifahi, həm də yazılı şəkildə nəsildən-nəslə ötürə biləcəkləri bir dil tapdılar. Onlar bu dünyada olan budaqların adlarını götürdülər, beləliklə, hər bir ad özünü izah edir, sanki öz ali kökünü ali dünyalar sistemində barmağı ilə göstərir.


Lakin hələ ali görmə qabiliyyətinə sahib olmayanlar və bu dünyadakı budaqların ali dünyalardakı kökləri ilə əlaqəsini bilməyənlər, divarı yoxlayaraq yol tapan korlar kimidirlər. Çünki heç bir sözü onun həqiqi mənasında anlaya bilməzlər, çünki hər bir söz öz budağının ali kökünə aid bir addır.Onlara yalnız üstün bir müdrikin ağzından açıqlama almaq kömək edə bilər, hansı ki, özündə bu anlayışı danışıq dilində izah etmə imkanını açır.Bu isə tamamilə zəruridir, bir dildən digərinə tərcümədə olduğu kimi – budaqlar dilindən danışıq dilinə tərcümədə, çünki yalnız o zaman ruhani anlayışı olduğu kimi izah etmək mümkündür.


Və məhz bu, mənim bu izahımda qayğı göstərdiyim şeydir – on sfirotu bizə ilahi müdrik Ari tərəfindən ötürülən şəkildə izah etmək, onları hər cür hissi təsəvvürlərdən ayrılmış, ruhani təmizliyində təqdim etmək. Belə ki, hər bir yeni başlayan bu elmə yaxınlaşa bilsin və heç bir maddiləşdirməyə və yanlışlığa düşməsin.Və bu on sfirotu anlamaqla, bu elmin digər məsələlərini də necə araşdırmaq və dərk etmək lazım olduğunu görmək və bilmək imkanı açılacaqdır...

Şəkil 1. {On SfirotunTəlimi}, cild 5


İllüstrasiya 2 - " {On SfirotunTəlimi},"nin ilk səhifəsi


İllüstrasiya 3 - Baal Sulamın "Sözlərin mənası haqqında Cavablar Cədvəli" adlı Əlyazması


İllüstrasiya 4 - Baal Sulamın "Sözlərin mənası haqqında Cavablar Cədvəli" adlı Əlyazması


İllüstrasiya 5: Rav Mixail Laytmanın "On SfirotunTəlimi" kitabının şəxsi nüsxəsi