Dərs 16 - Zoar Kitabı
Bu dərsdə biz kabalanın ən mühüm, əsas ilkin mənbəsi olan - Zoar Kitabı ilə tanış olacağıq. Zoar Kitabının ön sözündən seçilmiş parçaları oxuyacağıq və bu xüsusi kitabın düzgün öyrənilməsi üçün əsas məqamları müəyyən edəcəyik.1. Zoar Kitabının yaranma tarixi;2. Zoar Kitabının dili;3.Zoar Kitabının öyrənilməsinin dörd qaydası;4. Zoar Kitabına şərhlər, -- bu və bir çox digər mövzulardan bu dərsdə xəbər tutacaqsınız.
Dərs 16 - Zoar Kitabı
SLIDE #2
4) Başlanğıcda Ravvin Şimon başladı: “Torpaq üzərində çiçəklər göründü, budama vaxtı gəldi və torpağımızda qaratoyuq quşunun səsi eşidilir.” “Çiçəklərin görünməsi” yaradılış işidir. “Torpaqda göründü” üçüncü gündə, yazıldığı kimi, “Yer ot bitirsin.” “Budama vaxtı gəldi” isə zalımların budandığı dördüncü gündür. Buna görə onun haqqında “İşıqlar olsun” Vav [ibrani dilində] hərfi olmadan yazılmışdır ki, bu da lənət deməkdir. “Və qaratoyuğun səsi” beşinci gündür, onun haqqında “Sular çoxalsın” yazılmışdır ki, nəsil artsın. “Eşidilir” altıncı gündür, onun haqqında “İnsan yaradaq” yazılmışdır, bu, dinləmədən daha üstün bir işdir. “Torpağımızda” Şənbə, yəni yaşayanların diyarı, gələcək dünya kimidir.
- Raşbi, Zoar Kitabının Girişində, “Çiçəklər”, s.4. Hamı üçün Zohar. Cild 1.
SLIDE #3
Aqadanın dili asandır, çünki o, arzulanan anlayışı təsvir etmək üçün çox uyğun olan allegorik obrazlara əsaslanır. Əgər onu səthi şəkildə başa düşsək, o zaman Tanaxın dilindən də daha anlaşıqlı görünür.Lakin tam başa düşmək üçün bu, çox çətin dildir, çünki o, budaq və kök ardıcıllığını izləmədən, yalnız allegoriyalara əsaslanır, hansılar ki dilinin qeyri-adi dərəcədə iti və təsirli olması ilə fərqlənir.Bununla belə, bu dil, qeyri-adi və çətin anlayışları izah etməkdə çox zəngindir, xüsusilə də öz pilləsinə aid olan mahiyyətini açıqlamaqda – bu isə Tanaxın və ya Qalaxanın dili ilə izah edilə bilməz.
- Baal HaSulam “Kabalanın Təlimi və Onun Mahiyyəti”
SLIDE #4
Tövratın sirləri məsəllər və məchul tapmacalar şəklində örtünərək Tövratda təzahür edir. Bunun səbəbi, Tövratın ən yüksək dərəcədən enərək bu maddi dünyaya çatmasıdır.
Ramak, Atanın Tanrısını Tanı, 14
SLIDE #5
Ravvin Şimon dedi: Vay o kəsin halına ki, Tövratın yalnız zahiri hekayələr danışdığını söyləyir. Lakin Tövratın bütün sözləri ali dərəcələri və ən yüksək mənaları ehtiva edir.
Zoar "Hamı üçün", BeHaalotxa [Şamları Qaldırdıqda], Pasxa Öz Zamanında və İkinci Pasxa, s. 58:
SLIDE #6
“155) Bu səbəblə soruşmalıyıq, niyə Kabalistlər hər kəsi Kabalanın hikmətini öyrənməyə məcbur etdilər? Əslində, bu mövzuda yayılmalı olan böyük bir dəyər var: Kabalanın hikməti ilə məşğul olanlar üçün möcüzəvi, qiymətsiz bir şəfa var. Onlar nə öyrəndiklərini başa düşməsələr də, nə öyrəndiklərini başa düşmək üçün olan şiddətli istək və böyük arzu ilə, ruhlarının ətrafındakı nurları oyandırırlar.
SLIDE #7
Və insan kamilliyə çatmamışkən, ona çatacaq nurlar əhatəedici nurlar (Or Makif) hesab olunur.Bu o deməkdir ki, bu nurlar onun üçün hazır vəziyyətdə dayanır, lakin onun almaq üçün olan kelimlərini (qablarını) saflaşdırmasını gözləyir.Və o, kelimlərini saflaşdırdıqda, bu nurlar onlara daxil olacaq və onları dolduracaq.
SLIDE #8
Buna görə də, hətta onun uyğun kelimləri (qabları) olmasa belə, əgər o, bu hikmətlə məşğul olarsa və ruhuna bağlı olan nurların və kelimlərin adlarını xatırlayarsa, onlar dərhal müəyyən dərəcədə ona nur saçarlar.Lakin bu nurlar onun ruhunun içinə daxil olmadan işıq saçır, çünki onları qəbul edə biləcək uyğun kelimlər çatışmır.Bununla belə, insanın bu hikmətlə ardıcıl şəkildə məşğul olması zamanı aldığı nur, ona yuxarıdan lütf gətirir və müqəddəslik və saflıq bolluğu bəxş edir.Bu isə onu kamilliyə nail olmağa daha çox yaxınlaşdırır.
SLIDE #9
156) Bununla belə, bu hikmətlə məşğul olarkən ciddi bir şərt var: insan mövzuları təsəvvürlər və cismani məsələlərlə maddiləşdirməməlidir...
- Baal HaSulam, On Sfirotun Tədrisinin Girişində, s. 155-156
SLIDE #10
Gül
Ravvin Xizqiya başladı: “cəmiyyət, Malxutdur.Bir gül var, və başqa bir gül də var.Necə ki tikanlar arasında olan gül qırmızı və ağ rənglərə malikdirsə, İsrail cəmiyyəti də hökm və mərhəmətə malikdir .
SLIDE #11
Gülün on üç ləçəyə malik olması, Knesset İsrailin də onu hər tərəfdən əhatə edən on üç mərhəmət xüsusiyyətinə malik olmasına bənzəyir.Eyni zamanda Elokim (Rəbb) "Başlanğıcda Elokim yaratdı" ayəsində qeyd edildiyi andan etibarən, Knesset İsraili əhatə etmək və onu qorumaq üçün on üç söz çıxardı.Bunlar aşağıdakı sözlərdir:"Göy və torpaq. Torpaq isə boş və xaotik idi və qaranlıq dərinlik üzərində idi, və ruh (et ha-Şamayim ve-et ha-Aretz, ve-ha-Aretz hayta tohu va-vohu ve-Xoşex al pney Tehom ve-Ruah)"Bu ifadələr "Elokimin ruhu sular üzərində idi" sözlərinə qədər davam edir.
SLIDE #12
İzah: On sfira mövcuddur: Keter, Xoxma, Bina, Xesed, Gvura, Tiferet, Netsax, Xod, Yesod və Malxut. Lakin mahiyyətcə onlar yalnız beşdir: Keter, Xoxma, Bina, Tiferet və Malxut, çünki Tiferet öz içində altı sfiranı (Xesed, Gvura, Tiferet, Netsax, Xod, Yesod) ehtiva edir.Onlar beş Partsufa (üzlərə) çevrildilər: AA, AVI və ZON. Keter – Arix Anpin (AA) adlanır. Xoxma və Bina (XB) – Aba ve İma (AVI) adlanır.Tiferet və Malxut – Zeir Anpin və Nukva (ZON) adlanır.
SLIDE #13
Yaradılışın yeddi günü – Atsilutun iki Partsufu olan Zeir Anpin və Nukvadır.Onlar yeddi sfiranı (Xesed, Gvura, Tiferet, Netsax, Xod, Yesod və Malxut) ehtiva edirlər.Yaradılışın təsviri – AVI (Aba və İma, yəni Xoxma və Bina) tərəfindən onların başlanğıcı formalaşmasından tutmuş onların böyüklüyünün (Qadlut) tamamlanmasına qədər olan prosesi izah edir.Bu proses altı min il ərzində onlarda baş verir.
RASHBİ, "Zoarın Giriş"i, "Gül". Zoar "Hamı üçün", I cild.
SLIDE #14
Eşşək çarvadarı
74) Ravvin Elazar Ravvin Şimon ben Lakunianın oğlu olan qayınatası Ravvin Yosi'ni görməyə getdi və Ravvin Aba da onunla birlikdə idi.Bir adam onların eşşəklərini sürərək irəli aparırdı.Ravvin Aba dedi:“Gəlin Tövratın qapılarını açaq, çünki indi doğru yolu islah etməyin zamanıdır.”
“Sürmək” – sancmaq deməkdir, çünki çarvadar adətən eşşəklərin daha sürətli yeriməsi üçün onları iynə ilə sancırdı.
SLIDE #15
75) Ravvin Elazar başladı və dedi:“Siz Mənim Şənbələrimi qoruyun.”Yaradan dünyanı altı gündə yaratdı.Hər gün O, Öz işini aşkar etdi və həmin günə Öz qüdrətini yerləşdirdi.Bəs O, nə vaxt Öz işini aşkar etdi və qüdrətini yerləşdirdi? Dördüncü gündə, çünki ilk üç gün hamısı gizli idi və aşkar olmamışdı. Dördüncü gün gəldikdə, O, onların hamısının gücünü icra etdi.
SLIDE #16
Hər bir gündə O, Öz işini aşkar etdi və həmin günə Öz nişanını qoydu.“Həmin gün” – Şənbə gününü ifadə edir. Altı gün – Xesed, Gvura, Tiferet, Netsax, Xod və Yesod (XaGaT NeHY) sfirotudur.Onlar öz işlərinin və qüdrətlərinin kamilliyini Şənbə günündə – Malxutda aşkar edirlər.Hər gün O, Öz qüvvəsini Şənbə gününə yerləşdirir.Bəs niyə burada yalnız dördüncü gün haqqında danışılır?
SLIDE #17
Çünki Malxut “dördüncü” və “yeddinci” adlanır – ata-babalar olan XaGaT üçün dördüncüdür və oğullar olan NeHY üçün yeddincidir.Belə yazılmışdır: “Çiçək tumurcuqları torpaqda göründü və budama vaxtı gəldi.” “Çiçək tumurcuqları” – Xesed, Gvura, Tiferet (XaGaT) – üçüncü gündə torpaqda göründü. “Budama vaxtı gəldi” – dördüncü gündə, çünki o zaman Malxut kiçildildi və ikinci İbur (doğuluş) üçün yüksəldi. Beləliklə, Malxut üçüncü gündə XaGaT-dan yayıldı və dördüncü gündə Zeir Anpinin Netsaxı vasitəsilə islah edildi. Buna görə də, bu baxımdan Malxut “ata-babalar üçün dördüncü” hesab edilir.
SLIDE #18
Belə də yazılmışdır: “Və qaratoyuğun səsi torpağımızda eşidildi.”“Torpağımızda” – Şənbə günüdür, hansı ki, dirilər torpağının (Erets HaXayim) nümunəsidir.Beləliklə, “yer” adlanan Malxut – Şənbə günüdür, oğullar üçün yeddinci. Bununla da, dördüncü və yeddinci anlayışı burada izah edilir.
SLIDE #19
Deyildi ki, ilk üç gün hamısı gizli idi və aşkar olmamışdı, çünki nə qədər ki, Malxut pilləsi çatmır, o natamam sayılır və bu halda o, gizli və naməlum hesab edilir.Malxutu əldə etdikdə, o, kamilliyə nail olur.Bu, altı iş günü və Şənbə anlayışının mənasını izah edir.Elə görünə bilər ki, altı iş günü Şənbədən daha vacib olmalıdır, çünki Xesed, Gvura, Tiferet, Netsax, Xod və Yesod (HaGaT NeHY) – altı iş gününü təşkil edir və Malxutdan (Şənbədən) daha üstün görünür.
SLIDE #20
Lakin hər bir həftə ayrıca bir pillədir, hansı ki iş günlərində Malxutdan məhrum olur.Buna görə də bu pillə gizlidir və onda müqəddəslik yoxdur, çünki Malxut olmadıqda, nurların GAR-ı (üç ali səviyyəsi) da yoxdur.Yalnız Malxut pilləsi aşkar olduqda, yəni Şənbə günü gəldikdə, müqəddəslik bütün pillələrdə – altı iş günü ərzində də – aşkar olur və beləliklə müqəddəslik bütün həftə boyu mövcud olur.
SLIDE #21
Bənzər olaraq, Yaradılışın altı günündə, ilk üç gün Xesed, Gvura və Tiferet (HaGaT) yayımlandıqda, Malxut aşkar olunmazdan əvvəl, onlar gizli idilər və müqəddəslikləri aşkar deyildi. Dördüncü gün Malxut yayımlandıqda, bütün dörd günün müqəddəsliyi aşkar oldu. Dördüncü gün gəldikdə, onların hamısının gücünü həyata keçirdi – yəni, müqəddəslik bütün dörd günün işində və gücündə özünü göstərdi, çünki Malxut pilləni tamamlamaq üçün geri döndü.
Raşbi, Zoar Kitabının Girişi, “Eşşək çarvadarı”, s. 74-75. Zoar Hamı üçün, I cild.