Dərs Yerli Görüş 13 - Dua & Seminar

Yerli Görüş 13 - Dua & Seminar

Harada ki, biz dua mövzusu üzərində işləyəcəyik

Dərs məzmunu
Materiallar

Yerli görüşümüzdə dua mövzusunu müzakirə edəcəyik və onun seminarla necə əlaqəli olduğunu görəcəyik.

Yerli Görüş
Dua & Seminar
Giriş
Bugünkü görüşümüzdə, öyrəndiyimiz dua konsepsiyasını və onun seminarla necə əlaqəli olduğunu aydınlaşdıracağıq.

İlk olaraq, niyyətimizi yeniləmək üçün bazar günü öyrəndiyimiz materialların bəzisini oxuyaq.

Hər bir cümləni iki dəfə oxumaq tövsiyə olunur.


Dua insanın hiss etdiyi, çatışmayan bir istəkdir. Və bu, isə məhz qəlbdə olur. Yəni insanın dil ilə nə dediyi vacib deyil, çünki dua – yuxarıda deyildiyi kimi – insana nə çatışmırsa, məhz onun üçün edilən təvəqqədir. İnsanın bütün ehtiyacları onun dilində deyil, qəlbindədir. Buna görə də insanın dil ilə nə dediyi önəmli deyil, çünki Yaradan insanın düşüncələrini bilir. Buna görə də yuxarıda dildə deyilənləri deyi, yalnız qəlbin tələb etdiyini eşidilir. Çünki yuxarıda qeyd edildiyi kimi, dilin doldurulmağa ehtiyacı olan bir tələbi yoxdur.

- Rabaş, məqalə 27, 1991


Buna görə də dua etmək üçün hazırlıq olmalıdır. Belə ki, insan duadan əvvəl özünü elə öyrəşdirməlidir ki, dua edərkən dili və qəlbi razılığa gəlsinlər. Bu, isə yalnız o zaman mümkündür ki, insan vərdiş sayəsində qəlbi ilə dilinin razılığa gəlmısinə nail olsun. Yəni anlamalıdır ki, almaq istəyi ayrılıq deməkdir və əsası onun Həyat Mənbəyi ilə vəhdətə gəlməsidir. Bu vəhdət isə vermək xüsusiyyəti deməkdir.

- Baal HaSulam, Şamati, Məqalə 122


Buna görə də dua etməyə hazırlaşan insan duadan əvvəl hazırlıq görməlidir. Bəs bu hazırlıq nədən ibarətdir?..Orada deyilir ki, hər kəs öz anlayışına uyğun hazırlıq edir. Bu belə izah olunur ki, hər kəs nəyi istəməli olduğunu bilmək üçün əvvəlcədən hazırlıq etməlidir. Çünki insan nəyi istədiyini bilməlidir, yəni ona nə çatışmadığını dərk etməlidir.

- Rabaş, məqalə 27, 1991


... Vermək istəyinə çatmağın yeganə vasitəsi Yaradana olunan– duadır. Dua, insan ilə onun çatışmazlıq hissi arasında olan aralıq mərhələsi hesab edilir. Yəni insan, Yaradandan insanın ehtiyac duymadığı, lakin ona çatışmazlıq kimi hiss olunacaq bir şeyi verməsi üçün dua etməlidir. Belə hesab edək ki, arzu insanın özündə çatışmayan şeyi hiss etməsidir, lakin o, bunu hələ hiss etmir. Buna görə də insan dua edir ki, Yaradan ona, insanın çatışmazlığını dolduran nur həzzi versin, yəni ona çatışmayan şeyi versin. Belə çıxır ki, dolma – çatışmazlıq hissidir. Və insanın, Yaradanın ona yalnız çatışmazlıq hissi verməsi üçün dua etməkdən başqa heç bir vasitəsi yoxdur.Bu isə arzu ilə həzz arasında olan əlaqədir.

- Rabaş, məqalə 22, 1986


Doğru Dualara necə çatmaq olar?

Bu əslində seminar sualıdır, lakin başlamazdan əvvəl gəlin Rav Michael Laitmanın qısa açıqlaması ilə özümüzə bir seminarın məqsədinin nə olduğunu xatırladaq.


Sual: Necə olur ki, bir dairədə, seminarda işlədikdə, tanımadığım insanlarla bütün dünya ruhu ilə bir əlaqə hiss etməyə başlayıram?

Rav: Yaradan bir böyük istək yaratdı və sonra onu hissələrə böldü.

Başqa sözlə, yaradılmış yeganə istək, Adəmin günahı adlandırılan təsir altında milyardlarla parçaya bölündü, çünki Adəm bu istəyin içinə eqoizmi daxil etdi. Nəticədə, ümumi istəyin hissələri arasındakı əlaqə dayandı və hər bir fərdi istək digərlərini hiss etməyi dayandırdı. Daha dəqiq desək, onları hiss edirdi, amma yalnız özü üçün istifadə etmək istəyirdi.

Almaq arzusu "Adəm" və ya "Adəm HaRişon" və ya "ruh" adlanır. Şviradan (qırılmadan) sonra ümumi ruh çoxlu fərdi ruhlara bölündü.

Sonra fərdi ruhlar daha da aşağıya düşdü. Onların hər birində gələcək ruhun başlanğıcı olan kiçik bir nöqtə – "Keter" qaldı. Qırılmamış bu nöqtələr və ya qığılcımlar bizi yenidən birləşməyə doğru çəkir ki, Yaradanı aşkar edək.

Onlar içimizdə alışdıqda, biz bütün Yaradanın sistemini aşkar etməyə can atırıq.

Bu bizdə həyatın mənasını dərk etməyə can atmaq kimi üzə çıxır və özümüzü müəyyən bir qrupda tapırıq.

Qrup – indi islahata çatmalı olan bütün fərdi ruhların müəyyən bir hissəsidir. İnsanlar nəyə görə olduğunu bilmədən bir qrupa toplaşır və on nəfərlik qruplarda öz üzərlərində işləməyə başlayırlar ki, qrup bir vahidə, bir ümumi bütövlüyə çevrilsin. Onlar bunu əldə edən kimi, dərhal Yaradanı hiss etməyə başlayırlar.

Bizim etməli olduğumuz şey budur. Buna görə də, harada olursunuzsa olun, sizə uyğun olan dostları tapmalısınız ki, kabala elminin metoduna uyğun olaraq aranızda bir bütöv yaratmağı öyrənəsiniz. O zaman siz yuxarı aləmi hiss edəcəksiniz, yəni aranızdakı əlaqəni bərpa edəcəksiniz ki, bu da 10 Sfirot, Partsuf və ya ruh adlanır.

Bu quruluş vasitəsilə siz yuxarı aləmi aydın şəkildə hiss edə biləcəksiniz. "Ruh", "Yuxarı Aləm" və "Yaradan" – bunların hamısı eyni şeydir.


Seminar

Beləliklə, indi seminar zamanı biz ağlımızda və ürəyimizdə bu daxili həsrəti saxlayacağıq ki, başqaları vasitəsilə – bütövü – mənim bağlana biləcəyim hissəni kəşf edək.

Seminar sualı:

Düzgün duaya necə çatmaq olar?


...İnsan öz gücü ilə özü üçün almaq hakimiyyətindən çıxa bilməz, çünki bu, Yaradanın insanı yaratdığı təbiətdir və yalnız Yaradan onu dəyişə bilər. Başqa sözlə desək, necə ki, O, məxluqlara almaq istəyini verdi, eləcə də sonradan onlara vermək istəyini verə bilər. Lakin "Klisiz nur yoxdur, xissaronsuz dolğunluq yoxdur" qaydasına görə, əvvəlcə insan xisaron əldə etməlidir. Yəni o, hiss etməlidir ki, ona vermək arzusu adlanan bu kli çatışmır.

Və hissiyyat o deməkdir ki, insan heç bir xissaronu hiss edə bilməz, əgər bilmirsə ki, vermək arzusu adlanan klisi olmadığı üçün nəyi itirir. Buna görə də insan özünü yoxlamalıdır ki, bu da onu anlamağa gətirib çıxarır ki, onda vermək arzusu yoxdur.

Və itkinin ölçüsü nə qədərdirsə, ağrı və əzab hissi də o qədər güclü olur. Və əgər insanda artıq həqiqi xissaron varsa, yəni o, qəlbinin dərinliyindən Yaradan üçün işləmək gücünün olmadığını hiss edir və buna görə dua edə bilirsə, o zaman bu kli – yəni həqiqi xissaron – onu həqiqi məqama gətirir ki, onun duası qəbul olunur. Və o, yuxarıdan kömək alır, müdriklərimiz dediyi kimi: "Təmizlənməyə gələnə kömək edirlər."

- Rabaş, məqalə 29, 1987


Seminar

Seminarıт "Kli" qurmaq üçün bir vasitə ola biləcəyini necə düşünürsünüz?


Birlikdə seminarda işlədikdə və bir-birimizlə həqiqi şəkildə əlaqə qurmaqda nə qədər aciz olduğumuzu dərk etdikdə, tədricən anlayırıq ki, bu vəziyyəti dəyişmək üçün Ali Gücün köməyinə ehtiyacımız var. Yalnız bu köməklə biz tədricən vahid ruh halına yaxınlaşa bilərik. Bu, bir prosesdir.


Növbəti Dərs
Kongresə hazırlıq – və qlobal dərsdə seminar.