Dərs 1: Kabalaya görə İnsan təbiəti və reallığın qavranılması
Dərs, bizi nə idarə edir, düşüncələrimizin haradan gəldiyi və arzularımızın necə yaranması ilə bağlı dərinə enir. Kabalanın əsas ideyasını təhlil edir: bizim zövqə olan arzumuz, həqiqi Kabalanın məqsədini və onun bu gün hələ də niyə vacib olduğunu izah edir.
Biz heç bir yenilik yaratmırıq, işimiz yalnız insanda gizli olanı işıqlandırmaqdır.
— Rav Menaxem Mendel oKotzk
> “Bizim mahiyyətimiz bütün reallıqdakı detalların mahiyyəti kimidir, yəni nə azdır, nə də çoxdur, yalnız almaq arzusudur.”
— Baal HaSulam, "Zoar Kitabına Giriş", Məqalə 20
> “İnsan iradəsinin gücünün dəyəri və onun reallıqdakı dərəcəsi, nə qədər həlledici olduğu dünyada hələ kəşf ediləcək və bu kəşf bütün elmlərin tacı olacaq.”
— Ravvin Kuk
> “Bərəkət özü bir okean kimidir. Kimisi barmaq ucu ilə çəkir, kimisi vedrə ilə, və s.”
— RABAŞ, Müxtəlif Qeydlər, Məqalə No. 798, “Kiçik Birinin Fəziləti”
> “Kabala hikmətinin bütün məqsədi Ali istəyin rəhbərliyini , Onun bütün bu məxluqatları niyə yaratdığı, Onların vasitəsilə nə istədiyi və dünyanın bütün döngələrinin sonunda nə olacağını bilməkdir”
— RAMXAL, Daat Tevunot
### Almaq İstəyinin Xüsusiyyətləri
- İstəklərimiz daim artır.
- Böyük səylə əldə olunan dolğunluqlar qısa müddət ərzində hiss edilir və yox olur.
- Dolğunluq getdiyində - daha böyük bir boşluq yaradır.
- Zövqün keyfiyyəti artdıqca, dolğunluğun müddəti də uzanır.
- İstəklər insanın nəzarətində deyil.
- İstəklər güclü şəkildə mühitin təsirinə məruz qalır və onun tərəfindən idarə olunur.
- İstəkləri ləğv etmək mümkün deyil - əzablar vasitəsilə azaltmaq mümkündür.
- Eqozim = insanın zövqləri başqalarının hesabına təmin olunur.
- İstək substansiya olaraq neytraldır.
- Eqo = başqalarına qarşı təbii nifrət (əsassız), insan hər zaman öz dolğunluğunu başqalarının dolğunluğundan üstün tutacaq və adətən bu başqalarının hesabına baş verir.
### Kurs müddətində dərindən öyrənəcəyimiz mövzular
- Yaradılış planı və onun məqsədi
- Ruh nədir və mənimlə necə əlaqəlidir?
- Ali güvvə: Var? Yox? Necə və nə?
- Reallığın qavranılması
- Seçim azadlığı
- İnsanlıq tarixi və Kabala hikməti
- Özünü analiz və daha dərin özünü öyrənmə
**Bizi hansı arzular oyadır və hansı tezliklə?
Arzularım öz-özünəmi yaranır?
Ətrafımızdakı insanlara nəzər salaq, onların istəkləri onları necə idarə edir?
Ürəkdəki nöqtəni digər arzularla fərqləndirə bilirəm?**
**Video Klip -> Kabalist Rav Mixael Laytmanın kursun məqsədlərini izah etməsi və yeni tələbələrə xoş gəlmisiniz deməsi**