Dərs Dərs 1: Kabalaya görə İnsan təbiəti və reallığın qavranılması

Dərs 1: Kabalaya görə İnsan təbiəti və reallığın qavranılması

Dərs, bizi nə idarə edir, düşüncələrimizin haradan gəldiyi və arzularımızın necə yaranması ilə bağlı dərinə enir. Kabalanın əsas ideyasını təhlil edir: bizim zövqə olan arzumuz, həqiqi Kabalanın məqsədini və onun bu gün hələ də niyə vacib olduğunu izah edir.

Dərs məzmunu
Materiallar
Mahnı siyahısı
İnsan təbiətini nə idarə edir? Düşüncələrimiz haradan gəlir və bizi idarə edən arzular bizdə necə oyanır? Kabala hikmətinə görə, yaradılışın fundamental qurucu elementləri hansılardır—zövq və həzz alma arzusu—və onların xüsusiyyətləri nədir? Həqiqi Kabala təhsilinin faydası nədir və o, bu gün niyə aktualdır?

Biz heç bir yenilik yaratmırıq, işimiz yalnız insanda gizli olanı işıqlandırmaqdır.  
— Rav Menaxem Mendel oKotzk  

> “Bizim mahiyyətimiz bütün reallıqdakı detalların mahiyyəti kimidir, yəni nə azdır, nə də çoxdur, yalnız almaq arzusudur.”  
— Baal HaSulam, "Zoar Kitabına Giriş", Məqalə 20  

> “İnsan iradəsinin gücünün dəyəri  və onun reallıqdakı dərəcəsi, nə qədər həlledici olduğu dünyada hələ kəşf ediləcək və bu kəşf bütün elmlərin tacı olacaq.”  
— Ravvin Kuk  

> “Bərəkət özü bir okean kimidir. Kimisi barmaq ucu ilə çəkir, kimisi vedrə ilə, və s.”  
— RABAŞ, Müxtəlif Qeydlər, Məqalə No. 798, “Kiçik Birinin Fəziləti”  

> “Kabala hikmətinin bütün məqsədi Ali istəyin rəhbərliyini , Onun bütün bu məxluqatları niyə yaratdığı, Onların vasitəsilə nə istədiyi və dünyanın bütün döngələrinin sonunda nə olacağını bilməkdir”  
— RAMXAL, Daat Tevunot  

### Almaq İstəyinin Xüsusiyyətləri

- İstəklərimiz daim artır.
- Böyük səylə əldə olunan dolğunluqlar qısa müddət ərzində hiss edilir və yox olur.
- Dolğunluq getdiyində - daha böyük bir boşluq yaradır.
- Zövqün keyfiyyəti artdıqca, dolğunluğun müddəti də uzanır.
- İstəklər insanın nəzarətində deyil.
- İstəklər güclü şəkildə mühitin təsirinə məruz qalır və onun tərəfindən idarə olunur.
- İstəkləri ləğv etmək mümkün deyil - əzablar vasitəsilə azaltmaq mümkündür.
- Eqozim = insanın zövqləri başqalarının hesabına təmin olunur.
- İstək  substansiya olaraq neytraldır.
- Eqo = başqalarına qarşı təbii nifrət (əsassız), insan hər zaman öz dolğunluğunu başqalarının dolğunluğundan üstün tutacaq və adətən bu başqalarının hesabına baş verir.

### Kurs müddətində dərindən öyrənəcəyimiz mövzular

- Yaradılış planı və onun məqsədi
- Ruh nədir və mənimlə necə əlaqəlidir?
- Ali güvvə: Var? Yox? Necə və nə?
- Reallığın qavranılması
- Seçim azadlığı
- İnsanlıq tarixi və Kabala hikməti
- Özünü analiz və daha dərin özünü öyrənmə

**Bizi hansı arzular oyadır və hansı tezliklə?  
Arzularım öz-özünəmi yaranır?  
Ətrafımızdakı insanlara nəzər salaq, onların istəkləri onları necə idarə edir?  
Ürəkdəki nöqtəni digər arzularla fərqləndirə bilirəm?**

**Video Klip -> Kabalist Rav Mixael Laytmanın kursun məqsədlərini izah etməsi və yeni tələbələrə xoş gəlmisiniz deməsi**