Ana səhifə / Məqalələr / Virtual evin Abunə Modelində Dəyişikliklər
Iyn 16, 2026 4 min read

Virtual evin Abunə Modelində Dəyişikliklər

Əziz dostlar,

Sizə bildirmək istəyirik ki, 21 iyun 2026-cı il tarixindən etibarən Virtual Evin abunə haqqının ödəniş modeli dəyişəcək. 📢


Nə dəyişəcək?

Bu tarixdən etibarən mövcud aylıq abunə haqqı yeni təhsil ödənişi modeli ilə əvəz olunacaq.

“Təhsil ödənişi” hər bir tələbənin yaşadığı ölkədəki həyat dəyərinə uyğun olaraq müəyyən edilən çoxsəviyyəli ödəniş modelidir. Bu ödəniş qlobal təhsil sistemimizin xərclərinin qarşılanması üçün nəzərdə tutulub.

“Təhsil ödənişi” əvvəlki abunə haqqı sistemini əvəz edir.


Yeni təhsil ödənişi nə qədər olacaq?

Təhsil ödənişi ölkələr üzrə üç səviyyəyə bölünür:

1-ci səviyyə: həyat dəyərinin yüksək olduğu ölkələr
Ayda 180 şekel = təxminən 55 avro / 60 ABŞ dolları

2-ci səviyyə: həyat dəyərinin orta olduğu ölkələr
Ayda 90 şekel = təxminən 25 avro / 30 ABŞ dolları

3-cü səviyyə: həyat dəyərinin aşağı olduğu ölkələr
Ayda 60 şekel = təxminən 18 avro / 21 ABŞ dolları

Ödəniş İsrail şekelinə hesablanıb. Avro və ABŞ dollarına çevrilmə məzənnəsi hər altı aydan bir yenidən nəzərdən keçiriləcək


Ölkələrin səviyyələri

1-ci səviyyə

Andorra, Antiqua və Barbuda, Avstraliya, Avstriya, Baham adaları, Bəhreyn, Barbados, Belçika, Bruney, Kanada, Kipr, Danimarka, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Qayana, Honq-Konq, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Küveyt, Lüksemburq, Malayziya, Malta, Monako, Niderland, Yeni Zelandiya, Norveç, Oman, Qətər, San-Marino, Səudiyyə Ərəbistanı, Sinqapur, Cənubi Koreya, İspaniya, Sent-Kits və Nevis, İsveç, İsveçrə, Tayvan, Trinidad və Tobaqo, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Amerika Birləşmiş Ştatları.

2-ci səviyyə

Albaniya, Əlcəzair, Beliz, Bosniya və Herseqovina, Botsvana, Bolqarıstan, Çili, Çin, Kosta-Rika, Xorvatiya, Çexiya, Dominika, Dominikan Respublikası, Misir, Ekvatorial Qvineya, Estoniya, Fici, Qabon, Qrenada, Macarıstan, İran, İraq, Yamayka, Qazaxıstan, Kosovo, Latviya, Livan, Liviya, Litva, Maldiv adaları, Mavriki, Monteneqro, Namibiya, Nauru, Şimali Makedoniya, Palau, Panama, Polşa, Portuqaliya, Rumıniya, Rusiya, Serbiya, Seyşel adaları, Slovakiya, Sloveniya, Cənubi Afrika Respublikası, Şri-Lanka, Sent-Lüsiya, Sent-Vinsent və Qrenadinlər, Surinam, Tayland, Türkiyə, Uruqvay.

3-cü səviyyə

Əfqanıstan, Anqola, Argentina, Ermənistan, Azərbaycan, Banqladeş, Belarus, Benin, Butan, Boliviya, Braziliya, Burkina-Faso, Burundi, Kabo-Verde, Kamboca, Kamerun, Mərkəzi Afrika Respublikası, Çad, Kolumbiya, Komor adaları, Konqo, Kot-d’İvuar, Kuba, Cibuti, Konqo Demokratik Respublikası, Ekvador, Salvador, Eritreya, Esvatini, Efiopiya, Qambiya, Gürcüstan, Qana, Qvatemala, Qvineya, Qvineya-Bisau, Haiti, Honduras, Hindistan, İndoneziya, İordaniya, Keniya, Kiribati, Qırğızıstan, Laos, Lesoto, Liberiya, Madaqaskar, Malavi, Mali, Marşall adaları, Mavritaniya, Meksika, Mikroneziya, Moldova, Monqolustan, Mərakeş, Mozambik, Myanma, Nepal, Nikaraqua, Niger, Nigeriya, Pakistan, Papua-Yeni Qvineya, Paraqvay, Peru, Filippin, Ruanda, Samoa, San-Tome və Prinsipi, Seneqal, Sierra-Leone, Solomon adaları, Somali, Sudan, Suriya, Tacikistan, Tanzaniya, Toqo, Tonqa, Tunis, Türkmənistan, Uqanda, Ukrayna, Özbəkistan, Vanuatu, Venesuela, Vyetnam, Yəmən, Zambiya, Zimbabve.


Bu dəyişiklik niyə edilir?

Son on il ərzində assosiasiyada təhsil alan tələbələrin sayı on minlərlə nəfərə çatıb. İanələr və maaser ödənişləri artıq qlobal təhsil sisteminin bütün xərclərini qarşılamaq üçün kifayət etmir. 

Bu səbəbdən hər bir iştirakçının təhsil sisteminin dəstəklənməsində pay sahibi ola bilməsi üçün təhsil ödənişi modelinə keçmək qərarı qəbul edilib.


Təhsil ödənişi maaseri (onda bir hissəni) əvəz edirmi?

Xeyr. Maaser ruhani məsələdir və insanın gəlirinin 10%-i həcmində olan töhfədir.

Təhsil ödənişi isə təhsil sisteminin fəaliyyətinin dəstəklənməsində praktiki iştirak formasıdır və maaseri əvəz etmir.


Kimlər endirim almaq hüququna malikdir?

Son 12 ay ərzində etdiyi maaser və ianələrin ümumi məbləği öz ölkəsi üçün müəyyən edilmiş illik təhsil ödənişi həddinə çatan hər bir şəxs cari ay üçün 55% endirim almaq hüququnu avtomatik olaraq əldə edir.

Ailəli cütlüklər birlikdə nəzərə alınacaqlar və onların illik ianələrinin ümumi məbləği təhsil ödənişinin ikiqat illik həddini aşdığı halda, onlar da 55% endirim əldə edəcəklər 


Sizin imkanlarınız

1. 21 iyun 2026-cı il tarixindən etibarən dəyişikliklər qüvvəyə mindikdən sonra “Virtual Ev” xidmətlazımdırsaindən istifadə etməyə davam etməklə yeni şərtləri qəbul edə bilərsiniz.

2. Əgər sizə maliyyə dəstəyi  azımdırsa, “Help Haver” (“Dosta yardım”) fondu vasitəsilə müraciət edə bilərsiniz.

“Help Haver” (“Dosta yardım”) fondu yeni təhsil ödənişi modeli çərçivəsində maliyyə dəstəyinə ehtiyacı olan tələbələr üçün nəzərdə tutulub.

 Təhsil ödənişinin qarşılanması üçün maliyyə dəstəyi müraciəti göndərin >>


Əlavə məlumat

➡️ Tez-tez verilən suallar >>

➡️ “Virtual Ev”in texniki dəstəyi >>

Əlavə suallarınız yaranarsa, zəhmət olmasa dəstək xidməti ilə əlaqə saxlayın: help@kli.one

Əgər köməyə ehtiyacınız varsa, müraciət etməkdən çəkinməyin. Biz hər bir dostu dəstəkləmək və hər kəsə Kabala təhsilini və “Bney Barux” fəaliyyətlərində iştirakını davamlı və sabit şəkildə davam etdirməkdə yardım etmək istəyirik.

Hörmətlə,

Bney Barux Kabala  Akademiyası

↑ Yuxarı qayıt