Mixael Laytman
Fotol: Beynəlxalq Bney Barux Kabala konqresi, 2024

Bney Barux Haqqında

"Bney Barux - Kabala La'am" qeyri-kommersiya təşkilatı olub, Rav Dr. Mixael Laiyman tərəfindən təsis edilmişdir və bu təşkilat autentik mənbələrə əsaslanan Kabala müdrikliyini tədris etmək və paylaşmağa həsr olunmuşdur.

 

İsraildə yerləşən təşkilat Kabala autentik müdrikliyini qlobal miqyasda paylaşır. Tədris materialları əsasən Baal HaSulam, oğlu Rabaş, Zoar Kitabı və ARİ-nin əsərlərindən götürülür.

Rav Dr. Mixael Laytman

Rav Dr. Mixael Laytman

“Bney Barux - Kabala La’am” təsisçisi.


Rav Dr. Mixael Laytman fəlsəfə və Kabala üzrə PhD və tibbi bio-kibernetika üzrə magistr dərəcəsinə malikdir. O, öz həyatını Kabala müdrikliyini öyrənməyə və paylaşmağa həsr etmişdir.

 

O, Sulam (Pilləkən) Şərhi Zoar Kitabı üzərində olan məşhur müəllif Rav Yehuda Aşlaqın böyük oğlu Rav Barux Aşlaqın yaxın şagirdi və şəxsi köməkçisi olmuşdur.


Rav Laiyman Kabala haqqında 70-dən çox kitab yazmışdır, hansılar ki, 30-dan çox dilə tərcümə olunub. O, həmçinin gündəlik canlı dərslər və mühazirələr tədris edir, televiziya və onlayn auditoriya üçün real vaxt rejimində yayımlanır və tərcümə olunur.

 

Əlavə olaraq, o, ARI (Aşlag Tədqiqat İnstitutu) prezidenti kimi xidmət edir və Dünya Hikmət Şurası (WWC) üzvü olmuşdur.

Kabalanın hikməti nədir?

"Kabala Hikmətinin mahiyyəti yalnız Ali İradenin rəhbərliyini bilməkdir; niyə Yaradan bütün məxluqatı yaratdı, onlardan nə istəyir və onların inkişafı necə sona çatacaqdır"

Ramxal, Hikmətə Giriş, nöqtə 30

Rav Dr. Mixael Laytmanın Kitabxanası

Kabala hikməti, həyatımızı idarə edən və yaşadığımız reallığı idarə edən qüvvələri kəşf etmək metodudur.


Bu təhsil bizə təsir edən qüvvələr sistemini başa düşməyi təmin edir və bizə bu qüvvələr sisteminə münasibətimizi necə uyğunlaşdırmağı öyrədir.

 

Kabalistlər yazmışdılar ki, indi tarixdə bütün insanlığın mənəvi reallığı kəşf etməyə hazır olduğu unikal zamandır.

 

Kabala hikmətinin köməyi ilə insanlıq arasında müsbət əlaqələr sistemi qura bilərik və nəticədə ali Güvvəyə bağlantı yarada bilərik.

Gündəlik Kabala dərsi
Gündəlik Kabala dərsindən fotoşəkil

Tələbələrimiz

Tələbələr 100-dən çox ölkədən müxtəlif dinlər və mədəniyyətlərdən gəlirlər. Onlar İsrail, Şimali və Cənubi Amerika, Türkiyə, bir çox Avropa və Afrika ölkələri, Çin, Yaponiya, Hindistan, İndoneziya, Sinqapur, Avstraliya, Yeni Zelandiya və bir çox digər ölkələrdən olan insanları əhatə edir.

Dünyadakı qruplar Dünyadakı qruplar
Dünyada {Kabala} dərsi ilə əlaqəli qruplar

Kabalanı kim öyrənə bilər?

Kabala müdrikliyi həyatın mənasını axtaran hər kəs üçündür, onların yaşı, cinsi, milliyyəti, dini və ya inancları fərq etməz.

Kabalanı kim öyrənə bilər
tələbələr gündəlik Kabalist Dərsində
Fotoşəkil: Tələbələr gündəlik Kabala Dərsində

Kabalanın öyrənilməsi

Hər səhər, dünyanın dörd bir yanında minlərlə tələbə canlı olaraq 30-dan çox dilə tərcümə edilən Rav Dr. Mixael Laytmanın gündəlik Kabala dərsinə qoşulur.

 

Gündəlik təhsil Bney Baruxda əsas prinsiplərdən biridir, buna görə də mövcud bütün texnologiyadan istifadə edilərək bu hikmətin hamıya, hər yerdə və istənilən dildə əlçatan olması təmin edilir.

 

Bu hikməti hər kəs üçün əlçatan etmək məqsədi ilə könüllü komandalar boş vaxtlarını tərcümə, yayım, səs, altyazı, şəbəkə əlaqəsi, kitab nəşri, video montaj, məzmun redaktəsi, transkripsiya və başqaları kimi vəzifələrə həsr edirlər.

sol üst - video otağı yuxarı sağ - tərcüməçilər alt sol - yayım otağı sağ alt - səs otağı
Səhnə arxasında: yuxarı sağda - tərcüməçilər, yuxarı solda - video otağı, aşağı sağda - səs otağı, aşağı solda - yayım otağı.

Tədris orijinal mənbələrdən

Baal HaSulamın orijinal əsərləri

Sağ -
Baal HaSulam

“Mən Kabala hikmətindən bizi ayıran dəmir divarı sındırmağa böyük ehtiyac olduğunu hiss edirəm”


Baal Hasulam, Zoar Kitabının və ARI-nin yazılarını tam şəkildə izah edən , qədim Kabala hikmətini hər kəs üçün əlçatan etmək üçün kitab yazan , Kabala qəzeti dərc edən və onu geniş şəkildə yayan ilk şəxs idi.

 

Onun əsas əsərləri arasında: Talmud Eser Sefirot (On Sfirotun Tədrisi), Zoar Kitabına Peruş HaSulam (Sulam Şərhi), Nation qəzeti və bir çox digər məqalələr var.

yuxarı sol - Ha-Uma qəzeti yuxarı sol - Ha-Uma qəzeti yuxarı sol - Ha-Uma qəzeti
Sağ: "(On Sfirotun Tədrisi" əsərindən Baal HaSulamın əlyazmaları, sol yuxarı: Ha-Uma qəzeti, sol aşağı: Bney Barux tərəfindən nəşr olunan Baal HaSulamın əsərləri seriyası

Rabaşın əsərləri

Rabaş
Rabaş

Baal Hasulamın ən böyük oğlu Rav Barux Şalom HaLevi Aşlaq.

 

Rabaş, atasından eşitdiyi hər şeyi Şamati (Eşitdiklərim) adlandırdığı şəxsi dəftərində diqqətlə yazırdı. Bu dəftərdə, Baal Hasulamın insanın ruhani işi ilə bağlı izahatlarını sənədləşdirən minlərlə unikal detallar qeyd etmişdir.

Ölüm yatağında ikən, Rabaş həmin dəftəri tələbəsi və köməkçisi Rav Mixael Laiymana verdi, o isə üç il sonra bunu nəşr etdi.

Şamati-nin orijinal əlyazmaları Şamatinin orijinal əlyazmaları
Sağda: "Şamati" əsərinin orijinal əlyazmaları, solda: Bney Barux tərəfindən nəşr olunmuş "Şamati" kitabının müxtəlif nəşrləri

Tələbələri ilə gördüyü iş vasitəsilə Rabaş Kabalanı bizim nəslimizə uyğunlaşdırılmış şəkildə öyrənmək üsulu inkişaf etdirdi. Hər həftə o, insanın daxili ruhani yolçuluğunun hər addımını aydın və sadə dildə izah edən bir məqalə yazdı.

 

Bu məqalələr Rav Laytman tərəfindən toplanmış və "Rabaşın əsərləri" adlandırılan kitablar seriyasına daxil edilmişdir.

 

Bney Barux Kabala La'am tərəfindən nəşr olunan Rabaşın əsərləri
Rabaşın əsərləri
Rabaş və Rav Mixael Laytman
Rabaş və Rav Mixael Laytman

Zoar Kitabı

Zoar Kitabı, Kabala hikmətinin mərkəzi mətnlərindən biridir. 2-ci əsrdə Ravvin Şimon Bar Yoxay (Raşbi) və onun şagirdləri tərəfindən yazılmışdır.

 

Zoar Kitabı ilkin olaraq Tövrata və başqa kitablar - məsələn, Nevi'im (Peyğəmbərlər) üzərinə şərh, eləcə də Mi.na və Talmuda Kabalistik izahlar daxildir.

 

Hal-hazırda mövcud olan Zoar Kitabı, orijinalından 20 dəfə kiçikdir, sadəcə Pentatx (Tövrat) üzərinə şərh və digər kitablara az sayda şərhlər daxildir. Ancaq bu fakt Zoar Kitabının dəyərini azaltmır.

 

20-ci əsrin ən böyük Kaballistlərindən biri olan Baal Sulam, Zoar Kitabının böyük əhəmiyyətini başa düşdü və buna görə,  Zoar üzərinə ən hərtərəfli və dərin şərh olan Sulam Şərhini yazdı.

Baal HaSulam - Rav Yehuda Aşlaq
Baal HaSulam - Rav Yehuda Aşlaq

“Açıqlığı və təsvirlər üçün kifayət qədər ifadə təmin etmək üçün insan dilimiz çox kasıbdır. Zoar Kitabındakı hikmət dərinliyi min kilidin arxasında qapalıdır və bu kitabda bir şeyi tam mənimsəmək üçün kifayət qədər, etibarlı ifadələri təmin etməkdə insan dili acizdir. Mənim etdiyim şərh isə, əslində, məsələlərin yüksəkliyinə qalxmaqla və kitabın sözlərini özü öyrənməsi üçün tədqiqatçıya kömək edən bir pilləkən kimidir."

Baal HaSulam, Zoar Kitabına Ön söz


Hamı üçün Zoar

Biz orijinal Zoar Kitabını əlçatan etdik, onu aramey dilindən ibrani dilinə Hər kəs üçün Zoar adlı bir neçə cildlik seriyada, Sulam Şərhi və Zoar Kitabını daxil edərək tərcümə etdik.

 

Hər kəs üçün Zoar Zoar Kitabını hər kəs üçün sadə, aydın dildə əlçatan etmək məqsədi ilə Rav Dr. Mixael Laytman və Bney Barux tələbələrinin rəhbərliyi altında təcrübəli redaktorların illərlə davam edən işinin nəticəsidir.


Hər kəs üçün Zoar seriyası Bney Barux tələbələri tərəfindən digər dillərə, o cümlədən ingilis, rus, ispan, alman, fransız, türk və ukrayna dillərinə tərcümə olunur. O,  almaq mümkündür və həmçinin arxiv saytında onlayn oxuna bilər. Tərcümə işi gündəlik olaraq Zoar Kitabını müxtəlif dillərdə daha geniş auditoriyaya əlçatan etmək üçün aparılır.

bs zoar 1 bs zoar 2 bs zoar 3
"Bney Barux Kabala Laam" tərəfindən bir neçə dildə nəşr olunan "Zoar Laam" kitablar seriyası.

Beynəlxalq Tədbirlər - Qlobal Əlaqə

İnsanlıq məqsədinə çatdıqda, onları başqalarını tamamilə sevmək dərəcəsinə çatdırmaqla, dünyadakı bütün bədənlər bir tək bədən və bir tək ürək halına gələcək. Yalnız o zaman insanlıq üçün nəzərdə tutulmuş xoşbəxtlik bütün ihtişamı ilə açılacaqdır.

Baal HaSulam

Bney Barux  dünya üzrə beynəlxalq konfranslar keçirir, əsas konfrans isə hər il İsraildə keçirilir. Onlarla ölkədən minlərlə insan tədbirlərə qatılır. Hər bir konfrans Kabalanın hikmətindən mühüm bir mövzuya fokuslanır və oraya dərslər, ustad dərsləri, Kabalistik ziyafətlər, dostların toplaşmaları və mədəni tədbirlər daxildir.

 

Kabalanın hikməti öyrədir ki, ruhani səfər ürəklər arasında əlaqə ilə başlayır. Bu əlaqə ali qüvvəni—Yaradanı aşkar edir. Konfransın məqsədi bu prinsipləri gücləndirmək və tətbiq etməkdir.

bs zoar 1 bs zoar 3 bs zoar 2

Kabalanın Hikmətini Hamı Üçün Açmaq

"Buna görə də, hikmətin yayılmasını sürətləndirmək üçün seminarlar yaratmalı və kitablar tərtib etməliyik"

Baal Hasulam, Panim Meirot uMasbirot-a Giriş,Parça 5


Otuz ildən artıq bir müddətdir ki, Bney Barux orijinal Kabalanın ən böyük mənbəyidir. Onun məzmunu çoxdilli olaraq pulsuz şəkildə təbliğ edilir və bu biliklərə maraq göstərən hər kəs üçün əlçatandır. Buraya Kabalistik dərslər, TV proqramları, müxtəlif Kabalistlərin əsərləri və məqalələrdən ibarət kitabxana, Rabaş'ın nadir dərs yazıları, transkriptlər və daha çoxu aiddir.

rav-dərs qonaq proqramı eşivat xaverim qonaq proqramı 2

Kabala Qəzeti “Ha’Uma”

Baal HaSulam insanlarda birlik təşviq edən Ha’Uma (*Millət*) qəzetini nəşr etdirmək üçün böyük səy göstərdi.

 

Onun izindən gedərək, Bney Barux İsraildə qəzetin yenilənmiş versiyasını nəşr etdi ki, bu da ABŞ-da, Rusiyada, Fransada, Almaniyada və digər ölkələrdə də yayılmışdı.

Yenilənmiş qəzet Baal HaSulam
Sağda - Baal HaSulam qəzeti, orijinal nəşr - Solda - "Kabalahamı üçün" adından yenilənmiş qəzet

Kabala Akademiyası

Bney Barux tələbələrin fərqli təhsil proqramları vasitəsilə Kabala hikmətini öyrənmələrini dünya miqyasında təmin edir. Tədris mərkəzləri, o cümlədən onlayn kurslar olmaqla müxtəlif təhsil variantları təqdim edir.

Tələbələr Mühazirə Tələbələr
Bney Barux Yeni başlayanlar üçün mühazirə

Kabalistik Kitablar

Kitablar Kabalada çox vacibdir, çünki bu qədim hikmət nəsildən-nəslə məhz bu kitablar vasitəsilə ötürülmüşdür.


Bu bilikləri hər kəs üçün əlçatan etmək , Kabala kitablarını müxtəlif dillərə tərcümə etmək və nəşr etmək üçün çox çalışırıq. Bu kitablar fərqli ehtiyaclara cavab verir, istər Kabalaya sadə bir giriş istəyin, istər detallı öyrənmə materialları, istərsə də orijinal mətnlər.

 

İsraildəki "Bnei Baruch - Kabbalah Laam" kitab evinin əsas filialı

Bütün bu qiymətli resurslar rahatlıqla veb saytımızdan əldə edilə bilər.